![]() |
|
Bu barədə Hindistanın Baş naziri Narendra Modini açıqlama verib. Nazirin açıqlamasından sonra Maharaştra əyalətinin mərkəzi Mumbay şəhərində toplanan minlərlə miqrant etirazlara başlayıb. Bu səbəbdən etirazçılarla polis arasında qarşıdurma baş verib.
Dəmiryolu vağzalı yaxınlığında toplanan insanlar evlərinə qayıda bilmək üçün qərara müvafiq düzəlişlər olunmasını tələb ediblər.
Baş katib CBS Mayami televiziyasına açıqlamasında "Koronavirusa qarşı peyvənd tapılana qədər maska taxmaq yeni normal halımıza çevrilməlidir. Biz buna özümüzü uyğunlaşdırmalı və qorumalıyıq",- deyib.
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci və digər mütəxəssislər də 12-18 ay müddətində maska taxmağın vacibliyini vurğulayıblar.
Bu barədə məlumatı ABŞ-ın Con Hopkins Universiteti yayıb.
Son statistikaya görə, dünyada 119 588 nəfər koronavirus səbəbi ilə həyatlarını itirib. Koronavirusdan sağalanların sayı 449 min təşkil edir.
Virusa yoluxmaya görə ABŞ birinici yerdədir. Ölkədə 582 468 nəfər virusdan əziyyət çəkir. Ölənlər isə 23 621 nəfərdir. İkinci yerdə 170 099 nəfər yoluxma sayına görə isə İspaniyadır.
Milli.az bildirir ki, haberler-in son dəqiqə xəbərinə görə, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefasının qəbul edilməməsi barədə açıqlama verərkən söyləyib.
"Eyni qərarlılıqla davam etməliyik", - nazir sözünə davam edib.
Xatırladaq ki, ötən gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsindən istefa verdiyini öz "Twitter" səhifəsində elan edib.
Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan onun istefasını qəbul etməyib.
Qafqazinfo xəbər verir ki, ümumilikdə 63 milyon 640 min nəfərin yaşadığı əyalətləri əhatə edən qərarı 24 min 88 nəfər pozub. Onlara qarşı inzibati tədbirlər görülüb.
Qadağa bitdikdən sonra əyalətlərdə bağlanan market və supermarketlər yenidən açılacaq.
Bununla belə, pandemiya səbəbindən küçələrə çıxmamaq tövsiyə edilib.
Ermənistandakı bioloji laboratoriyaların dünyanı dəhşətə gətirən koronavirus infeksiyasının mənbəyi olması barədə Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” (MK) mətbu orqanı faktlara əsaslanan yazı dərc edib.
“Pentaqonun pulları hesabına yaradılan erməni laboratoriyaları koronavirus infeksiyası mənbəyidir”
“MK”nın yazdığına görə, koronavirusun yayılması ilə bağlı ciddi qalmaqal yaşanır. Belə ki, Ermənistanda yoluxan 1000-dək insanın arasında Ermənistan Səhiyyə nazirliyi yanında Milli kəskin respiratorlu infeksiya xəstəliklərinə nəzarət və proflaktikası mərkəzinin 14 mütəxəssisi də var. 14 mütəxəssisin koronavirus infeksiyasına yoluxması Ermənistan cəmiyyətində ciddi təşviş yaradıb. Bildirilir ki, Pentaqonun pulu ilə Ermənistanda yaradılan ən müasir bioloji laboratoriyalar ölkədə ən təhlükəli infeksiyaların qarşısını almaq üçün nəzərdə tutulsa da, bunun tam əksi müşahidə olunmaqdadır. Ölkədə “Bu təhlükəli infeksiyalar orada çalışan müətxəssislərin özlərini də infeksiyadan qorumağa kömək etmədi” kimi fikirlər dolaşmaqdadır. Hazırda Ermənistanda Amerikanın maliyyəsi ilə yaradılan 12 belə bioloji laboratoriya fəaliyyət göstərir. Bunlar bioloji təhlükələrin səviyyəsinin aşağı salınmasına xidmət edir. ABŞ bu proqramı dünyanın 25 ölkəsində həyata keçirir. 12 bioloji laboratoriyadan üçü İrəvanında, qalanları isə Ermənistanın Gümri, Vanadzor, İcavan, Martuni və digər bölgələrində yerləşir. ABŞ bu laboratoriyaları yaratmaq üçün Ermənistana 50 milyon dollar vəsait ayırıb.
“MK”-nın yazdığına görə, Moskva dəfələrlə ABŞ-ın Ermənistandakı yaratdığə bioloji laboratoriyalarla bağlı narahatlığını ifadə edib. Ancaq buna baxmayaraq , Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan bu laboratoriyaların İrəvanın nəzarətində olduğunu bildirib və müxtəlif bəhanələr gətirməyə çalışıb.
Z. Mnatsakanyan bioloji laboratoriya ilə bağlı “MK”-nın sualını cavablandırarkən SSRİ dağıldıqdan sonra Ermənistanın bioloji təhlükəsizliyinin aşağı səviyyədə olduğunu deyib.
“Erməni həkimlər istənilən küləyin gətirəcəyi epidemiyanın yayılmasından qorxur. Bu laboratoriyalar Ermənistana məxsusdur. Bunlar Ermənistanın bioloji təhlükəsizlik maraqlarına xidmət edir və burada başqa məqsədlər yoxdur. Laboratoriyalarda hər hansı təhlükəli araşdırmalar aparılmır”.
Bundan sonra “MK” martın 22-də nə baş verdiyini və Ermənistandakı bioloji laboratoriyaların fəaliyyəti nə səbəblə dayandırıldığı və orada “son dezinfeksiya” işlərə həyata keçirildiyi barədə yazıb. Ondan bir həftə sonra isə bioloji laboratoriyanın 14 əməkdaşının koronavirus infeksiyasına yoluxduğu məlum olub.
Sözsüz ki, bir çox insanlarda bu şəxslərin koronavirus infeksiyasına necə yoluxması barədə suallar yaranır. İstisna edilmir ki, həmin insanlar koronavirus testini həyata keçirən zaman infeksiyaya yoluxublar. Daha sonra onlar da ətrafdakı insanları COVİD -19-a yoluxdurublar.
Halbuki, həmin laboratoriyalarda təhlükəsizlik səviyyəsi ən yüksək dərəcədə olmalıdır, lakin onlar əksinə, infeksiyanın yayılma mənbəyinə çevrilib.
Ancaq nə Səhiyyə nazirliyi, nə də laboratoriya rəhbərliyi bu məsələlərə heç bir aydınlıq gətirmir.
İndi hamını bir sual düşündürür: Əgər bioloji laboratoriya öz əməkdaşlarını infeksiyon virusdan qoruya bilmirsə, bəs, Ermənistanı necə qoruyacaq?
Xarici mediaya xəbər verir ki, virusoloq Hendrik Ştrek həmkarları ilə birlikdə ölkədə epidemiyanın yayıldığı Haynsberq şəhərində yoluxanların mənzillərində araşdırma aparıb.
Mütəxəssislər mənzillərin heç bir yerində, hətta ev heyvanlarında da virusun izlərini aşkar etməyiblər.
Onların bu müşahidələrinin nəticəsində virusun plastik və paslanmayan polad üzərində 7 gün ərzində yaşaya bilməsi iddiasının həqiqətə uyğun olmadığı məlum olub.
İsveç ABŞ və Rusiyanın koronavirus testlərini rədd edib: əks təsirləri səbəbilə xəstəxanalar antimalarial dərman – xlorokinin istifadəsini dayandırıb.
Bu barədə “Daily Mail” məlumat yayıb. Qərar bir neçə xəstənin əzələ ağrısı, görmə qabiliyyətinin zəifləməsi və miqren şikayətlərindən sonra qəbul edilib. Qeyd olunur ki, bəzi insanlarda xlorokin tabletləri qəbul etmək ürək problemlərinə və hətta infarkta səbəb ola bilər.
Avropa, ABŞ və Çin həkimləri dərmanı ağır xəstələrdə sınaqdan keçirmək üçün lisenziya alıb, lakin Böyük Britaniya klinik sınaqlar başa çatana qədər xlorokin istifadə etməməyə çağırıb. London İmperial Kollecinin anesteziya və reanimasiya şöbəsinin müdiri, professor Entoni Qordon dərmanın koronavirusun müalicəsində kömək etdiyinə dair hələ də inandırıcı dəlil olmadığını söyləyib.
Xatırladaq ki, antimalarial dərmanı COVID-19 ilə mübarizədə istifadə etmək barədə ilk qərar Çində aparılan araşdırmalardan sonra qəbul edilib.
Mart ayının əvvəlində “Banner Health” sağlamlıq təşkilatı xlorokin dərmanını yeni növ koronavirusun müalicəsi üçün ölümcül adlandırmışdı. “İnsanların infeksiyanın qarşısını almaq və ya müalicə etmək üçün yeni yollar axtarmağa çalışdıqlarını başa düşürük, amma istənilən dərman bu problemi həll etməyəcək” deyə ABŞ-ın Feniks şəhərindəki tibb mərkəzinin direktoru Daniel Bruks açıqlama yayıb.
Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyonu keçib, 88 338 nəfər ölüb, 328 661 nəfər sağalıb. ABŞ yoluxmuş insanların sayına görə (429 mindən çox) birinci yerdədir, 14 mindən çox şəxs isə ölüb. (publika.az)
“Haber Global” bildirir ki, ailəyə mənsub 150 nəfərin yoluxma faktı haqqında məlumatı “Nyu-York Tayms” yayıb. Onlar bu xəbəri kral ailəsinə yaxın iki həkimə istinadən yazdıqları qeyd edilir.
İddiaya görə, yoluxanlar arasında Ər-Riyadın valisi Faysa bin Bəndər bin Əbdüləziz Səudun da olduğu bildirilib. Təhlükəsizlik məqsədilə 84 yaşlı Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman Ciddə şəhərinə yaxın bir adada sarayda karantinə alınıb.