|
Türkiyədə gənc qız Prezident Rəcəb Tayyib Ərdoğana yaxınlaşaraq, ondan qeyri-adi arzusunu yerinə yetirməsini istəyib.
Oxu.az xəbər verir ki, Ərdoğanın bu istəyə reaksiyası gülüşə səbəb olub.
Gənc qız Ərdoğandan evə gecə gələndə atasının əsəbiləşməməsini deməyini istəyib.
Ancaq bu istəyə təəccübünü gizlətməyən Ərdoğan qıza evə çox gec gəlməməyi məsləhət görüb.
FETÖ istintaqını izləmək üçün FTB rəsmilərinin də aralarında olduğu ABŞ nümayəndə heyəti Türkiyənin Ədliyyə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin rəsmiləri ilə görüşmək üçün Ankaraya səfər edib.
Axar.az xəbər verir ki, görüş zamanı ABŞ-da aparılan FETÖ istintaqı və Fətullah Gülənin ekstradisiyası məsələləri müzakirə ediləcək.
Heyət Türkiyədəki rəsmi təmaslara Ankara məhkəməsindən başlayıb. Hazırda ABŞ nümayəndə heyətinin Ankara məhkəməsində aparılan FETÖ ilə bağlı məhkəmə prosesini izlədiyi bildirilir.
Yanvarın 2-dən 3-ə keçən gecə Etna dağı yaxınlığında ardıcıl iki dəfə 2,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Axar.az xəbər verir ki, birinci təkan Zafferana-Etnea bölgəsindən 8 kilometr şərqdə, ikinci təkan isə Raqalna kommunasından 8 kilometr şimalda baş verib.
Yeraltı təkanlar səbəbindən Kataniya şəhərində hava limanının fəaliyyəti dayandırılıb.
Ər-Riyadda ilk əyləncə kompleksi açılacaq.
Azərtac xəbər verir ki, bu haqda məlumat Səudiyyənin əyləncə layihələri şirkəti tərəfindən yayılıb. Səudiyyə Ərəbistanın paytaxtında Şərq dairəvi yolu üzərində yerləşən ilk əyləncə kompleksinin sahəsi təqribən 100 min kvadratmetrdir. Müasir metodlar əsasında layihələşdirilmiş kompleks müxtəlif əyləncə obyektlərini əhatə edir.
Şirkətin direktorlar şurasının sədri Abdulla bin Nasir əl-Daud bildirib ki, bütün ölkə ərazisində yaradılması nəzərdə tutulan əyləncə kompleksləri müasir dizaynı ilə fərqlənəcək. Burada idman tədbirləri və əyləncə şouları keçirilməsi üçün açıq məkanlar, çoxsaylı restoranlar, kafe, kinoteatr və digər obyektlər olacaq. Direktorlar şurasının sədrinin sözlərinə görə, bu komplekslər asudə vaxtın səmərəli keçirilməsi, idman və incəsənət məşğələləri, müxtəlif mədəni və idman tədbirlərinin keçirilməsi üçün ideal məkana çevriləcək.
Nəzərdə tutulmuşdur ki, əyləncə mərkəzlərində həm ölkə vətəndaşlarına, həm də turistlərə müxtəlif xidmətlər təqdim ediləcək.
Ölkənin təhlükəsizliyi ilə oynanılmasına icazə verməyəcəyəm.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Sudan Prezidenti Ömər Bəşir çıxış edib.
“Gəminin batacağını və hökumətin devriləcəyini düşünənlərə söyləyirəm. Biz hökumətin məhv olmasını istəyənləri deyil, ayaqda durub bizə dəstək olanları istəyirik”, - deyə dövlət başçısı bildirib.
Cənubi Koreyanın Təhlükəsizlik Şurası bu gün Şimali Koreya lideri Kim Çen İnin Yeni il münasibətilə etdiyi çıxışın müzakirəsi üçün toplanacaq.
Axar.az xəbər verir ki, bu barədə “Renxap” informasiya yayıb.
Məlumata görə, Cənubi Koreya rəhbərliyi 2019-cu ildə Şimali Koreyanın müxtəlif qurumları ilə əlaqələrin inkişaf etdirilməsi üçün fəaliyyətlərini əlaqələndirməyi planlaşdırıb.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn Yeni il çıxışında ABŞ və Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması niyyətində olduğunu açıqlayıb.
Türkiyənin Burdur bölgəsinin Tefenni mahalında Azərbaycan vətəndaşı qətlə yetirilib.
Axar.az xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarova ötən gecə sevgilisi Xəlil A. ilə barda əyləndikdən sonra taksi ilə evə dönmək istəyib. Yolda cütlük arasında mübahisə yaranıb və onlar taksidən eniblər. Mübahisə zamanı sevgilisi Cabbarovaya 55 bıçaq zərbəsi endirib.
Taksi sürücüsü hadisə yerinə polis və təcili yardım çağırıb. Qənirə Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb. Taksi sürücüsünün səyləri nəticəsində Xəlil A. saxlanılıb.
Cənazə müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza qurumunun Antalya şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma başladılıb.
ABŞ öz ordusunu Suriyadan tələsik çıxarmayacaq.
Bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın Suriya ilə bağlı açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Trampın qərarındakı dəyişikliyin səbəblərinə aydınlıq gətirib:
“Birincisi, ABŞ ordusunun Suriyadan çıxarılması Trampın şəxsi mövqeyi idi. ABŞ prezidenti bu mövqeyini Dövlət Departamenti, Pentaqon, Müdafiə Nazirliyi və milli təhlükəsizlik üzrə müşaviri ilə razılaşdırmamışdı. ABŞ Müdafiə naziri Ceyms Mettis və İŞİD-lə mübarizə üzrə koalisiyasının xüsusi nümayəndəsi Bret Makqark da Trampın sözügedən qərarına etiraz olaraq istefa verdilər. Onlar ABŞ-ın kürdlərə dəstəyinin tərəfdarı idilər. Bu mənada Trampın Suriya ilə bağlı yeni açıqlaması ABŞ ordusunun Suriyadan tamamilə çəkilməsi məsələsini şübhə altında qoydu. Zənnimcə, bu ani dəyişikliyə səbəb Trampın müşavirləri ilə razılaşmasıdır. Görünür, Trampı Suriyadan tələsik çıxmağın və kürdləri dəstəksiz buraxmağın yanlış addım ola biləcəyinə inandırıblar. Ona görə də Tramp hazırda geri addım atmış kimi görünür. Bu baxımdan da hesab edirəm ki, ABŞ və Tramp artıq ikinci qərardan çıxış edərək hərəkət edəcəklər. Yəni ABŞ Suriyanı tələsik tərk etməyəcək. Böyük ehtimalla, Vaşinqton kürdləri tam dəstəksiz buraxmayacaq”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun Suriyadan çıxsa belə, buradakı kürdləri qorumaq niyyətində olduğunu açıqlayıb.
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.
Liderlər telefon danışığı zamanı Ukrayna daxilindəki böhran və Kerç boğazında baş verən təxribat barədə fikir mübadiləsi aparıblar.
ABŞ-Meksika sərhədini 150-ə yaxın miqrant qanunsuz yolla keçməyə cəhd edib.
Axar.az xəbər verir ki, ABŞ sərhədçiləri miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bu addıma səbəb kimi miqrantların sərhədçiləri daş-qalaq etməsi göstərilib.
Hadisə nəticəsində 25 nəfər saxlanılıb.