Türkiyə polisinin həyata keçirdiyi əməliyyat zamanı İŞİD üzvü olan 12 nəfər saxlanılıb.

Axar.az xəbər verir ki, saxlanılanlar arasında Suriyada İŞİD-in komandirlərindən birinin cangüdəni də var.

Saxlanılanlardan bəzisinin Fransa tərəfindən qırmızı bülletenlə axtarışa verdiyi də bildirilib.

 

Dəməşq administrasiyası və kürdlər arasında əldə edilən razılaşmağa görə YPG-nin 400-ə qədər döyüşçüsü Menbiçdən çıxacaq.

Axar.az xəbər verir ki, bu barədə Suriya ordusunun açıqlamasında deyilib.

Qeyd edək ki, daha öncə YPG-nin nəzarətində olan bölgədə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatının qarşısının alınması üçün Suriya ordusunun yerləşdirildiyi açıqlanmışdı.

Avropa İttifaqına üzv ölkələr arasında alkoqola ən çox pul xərcləyən ölkə Estoniyadır.

Axar.az xəbər bu barədə Avropa Statistika Agentliyi hesabat açıqlayıb.

Məlumata görə, avropalılar ümumilikdə 2017-ci ildə spirtli içkilərə 130 milyard avrodan çox pul xərcləyiblər.

Estonlar öz gəlirlərinin 5.2 faizini, latviyalılar 4.9, litvalılar isə 4 faizini alkoqola sərf ediblər. Siyahıda növbəti yerləri Polşa (3.5 faiz), Çexiya (3.3 faiz), Macarıstan (3 faiz) və Finlandiya (2.8 faiz) tutub.

Spirtli içkilərə ən az pul xərcləyənlər isə ispanlar (0.8 faiz), italiyalılar və yunanlar (0.9 faiz) olub.

Taliban yaraqlıları Əfqanıstanın cənubunda yerləşən Qəndahar bölgəsindəki hərbi düşərgəyə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi informasiya yayıb.

Hadisə nəticəsində 5 hərbçi öldürülüb, daha 6-sı yaralanıb.

Danimarkada qatar qəzası baş verib.

Axar.az xəbər verir ki, qəza nəticəsində Zealand və Fyn adaları arasında əlaqə kəsilib.

İlkin məlumatlara görə, qəza zamanı 7 nəfər həlak olub.

Bölgədə hökm sürən şiddətli fırtına səbəbindən xilasedicilərin əraziyə cəlb edilməsində problemlər yaranıb.

ABŞ iqtisadi sanksiyalar və blokada siyasəti ilə İranı təzyiq altında saxlamağa çalışır.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

"Bu iqtisadi savaşda düşmənə qalib gələcəyimizə şübhə etmirəm. Xalqımız öz mübarizə əzmi ilə bu savaşdan qalib çıxacaq", - Ruhani bildirib.

İran prezidenti bütün müsəlmanlara çağırış edərək bunları deyib:

"Müsəlmanlar Fələstin xalqının öz haqqını qorumasına, miqrantların evlərinə qayıtmasına və Qüdsün müstəqil Fələstinin paytaxtı olmasına yardım etməlidir".

İngiltərə hökuməti Suriya Prezidenti Bəşər Əsədin yaxın qohumuna sərmayə qarşılığında müddətsiz oturum icazəsi verib.

Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti məlumat yayıb.

Məlumata görə, oturum izni verilən şəxs Əsədin əmisi Rüfət Əsədin arvadıdır.

Qanuna görə adı açıqlanmayan 63 yaşlı qadının İngiltərə vətəndaşlığı istəyi isə rədd edilib.

ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə Tvitter hesabında 3 min dəfə paylaşım edib.

Axar.az xəbər verir ki, bu barədə “Hill” nəşri yazıb.

Nəşrin məlumatına görə, ABŞ lideri retvitlər də daxil olmaqla, 2860 şərh yazıb. Trampın ən çox istifadə etdiyi ifadə prezident seçkilərinə Rusiya müdaxiləsinə dair istintaqla bağlı işlətdiyi “cadügər ovu” sözü olub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın 2018-ci ildə ictimai şəkildə günə orta hesabla 15 yalan danışdığı bildirilmişdi.

ABŞ-da 2019-cu ildə vəzifədən göndərilən ilk isim bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Məlumatda Pentaqon sözçüsü Dana Vaytın vəzifədən göndərildiyi, onun yerinə Çarlz Sammersin təyin olduğu bildirilib.

Vayt Tvitterdə onu vəzifəyə gətirən Pentaqonun sabiq rəhbəri Ceym Mettisə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Ceyms Mettis ABŞ Prezidenti Donald Trampın Suriyadan çəkilmək barədə qərarından sonra istefa verib.

Taliban terrorçuları Əfqanıstanın Səyyad mahalına 3 istiqamətdən hücum edib.

Axar.az xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 20 əməkdaşı həlak olub, 23-ü isə yaralanıb.

Qarşıdurma zamanı xeyli sayda terrorçu məhv edilib.

Xəbər lenti