Rusiyanın qapısını artıq sistemdaxili böhran döyməyə başlayıb.

Axar.az xəbər verir ki, bunu “Obozrevatel” saytına açıqlamasında ukraynalı politoloq Kiril Sazonov deyib.

Onun sözlərinə görə, hələlik sistem böhranı problemi Rusiya KİV-ləri tərəfindən səylə gizlədilir:

“Bu gün Rusiya yalnız prezident Vladimir Putinin səyləri sayəsində bütöv formada qalır. Putinin ölümü Rusiyanın parçalanmasında katalizator rolunu oynayacaq. Bir tərəfdən Qafqazda çoxlu problemlər başlanıb, digər tərəfdən isə Çin Sibirin bir hissəsinə iddia edir. İnquşetiya və Çeçenistanın böyük problemləri var”.

Bu həftə ABŞ-dan nümayəndə heyəti Suriya ilə bağlı Türkiyəyə səfər edəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat xidmətinin sözçüsü İbrahim Qalın bildirib.

Qalın ilk mərhələdə hərbçilər arasında koordinasiya yaradılacağını deyib.

ABŞ-ın Suriyadan geri çəkilmə qərarı hərbi manevrdir.

Axar.az xəbər verir ki, bunu iraqlı hərbi ekspert Əhməd Şərifi bildirib.

Şərifi bölgədəki əsgərlərin İraqdakı bazalara göndəriləcəyini deyib:

"Amerikalılar artıq Ərbildə bazasını genişləndirməyə başlayıb. Əsgərlərin bəziləri Bağdad və İraq-Suriya sərhədləri arasındakı Eyn əl-Əsəd bazasına göndəriləcək. Bu əməliyyatın hüquqi əsasları Bağdadla Vaşinqton arasındakı əməkdaşlıq müqaviləsidir və Vaşinqton da Birləşmiş Millətlər Təşkilatının İŞİD əleyhinə fəaliyyət göstərmək səlahiyyətinə malikdir".

ABŞ-ın Suriyadakı qoşunlarını geri çəkəcəyinə inanmıram.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"ABŞ-ın Suriyadakı iştirakı Vaşinqtonun maraqları üçün vacibdir. Geri çəkilsə, ABŞ-ın xarici siyasəti Rusiyadakı imicini gücləndirəcək, çünki bu, ciddi bir addımdır. Ancaq hələ konkret nəsə baş verməyib. Hər hansı kanalda və ya Yutubda ABŞ-ın son hərbi maşınının Suriyanı tərk etməsini görsəm, buna inanıb-inanmayacağımı düşünəcəm", - Ryabkov deyib.

Gürcüstan Beynəlxalq Universiteti (GBU) Azərbaycan vətəndaşlarına saxta diplomların verilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Report-un xəbərinə görə, özəl ali məktəbin rektoru Kaxaber Kordzaia “Rustavi 2” televiziya kanalının bu mövzuya aid yayımladığı sujetlə bağlı açıqlama verib.

O bildirib ki, süjetdə saxta diplomun verildiyi iddia olunan Azərbaycan vətəndaşı Mircəlal Zeynalov universitetə qəbul olunub və üç il orada təhsil alıb: “Diplomun verilməsinə qədər o, soyadının dəyişdirildiyi barədə Azərbaycanın müvafiq dövlət qurumlarından sənəd təqdim edib. Bundan sonra dəyişdirilmiş soyad universitetin, eyni zamanda Təhsil və Elm Nazirliyinin reyestrinə daxil edilib, diplom yeni soyadla təqdim olunub”.

Qeyd edək ki, GBU 1995-ci ildə yaradılıb. Universitet biznes, sosial elmlər, hüquq, tibb və şərabçılıq üzrə bakalavr, magistr və doktorantura üzrə təhsil proqramları təklif edir.

Ali təhsil müəssisəsi iki Gürcüstan və iki Azərbaycan vətəndaşına məxsusdur. Onlardan hər biri səhmlərin 25%-nə sahibdir.

Zalım və terrorçu İsrail dövlətinin baş naziridir.

Axar.az xəbər verir ki, bunu Şimali Kipr parlamentinin spiker müavini Zorlu Törə İsrail Baş naziri Netanyahunun Türkiyə və türk ordusu barədə dediklərini şərh edərkən bildirib.

"Suriya və Fələstin torpaqlarının bir hissəsini işğal altında saxlayan İsrail dövləti Qüdsdə də ABŞ-ın dəstəyi ilə mövcuddur. İndi də ABŞ-ın dəstəyi ilə Cənubi Kiprdə Türkiyəyə qarşı cəbhə yaradır", - Törə qeyd edib.

Qeyd edək ki, Netanyahu Tvitter hesabında Türkiyəni Şimali Kipri işğal etməkdə və kürd kəndlərində qırğın törətməkdə ittiham etmişdi.

Gürcüstan Prezidenti Salome Zurabişvili müşavirləri və komandasının bəzi üzvlərini təqdim edib.

Report-un verdiyi xəbərə görə, Prezident Administrasiyasının rəhbəri Laşa Jvania təyin olub.

Administrasiyanın rəhbər müavini Ketevan Maxaraşvili olacaq. O həmçinin Gürcüstan Prezidentinin milli azlıqlar və gender bərabərliyi ilə bağlı fəaliyyətini də koordinasiya edəcək. K.Maxaraşvili müvəqqəti olaraq mətbuat katibi vəzifəsini də icra edəcək.

Prezidentin parlament üzrə katibi Dmitri Qabunia, məhdud imkanlı şəxslərin işi üzrə müşaviri Simon Petridis, diaspor və vətəndaşlıq üzrə müşaviri Natia Sulava təyin olunub.

Dövlət başçısı həmçinin hərbi məsələlər, ictimaiyyətlə əlaqələr, mədəniyyət, təhsil və elm sahələri üzrə də müşavirlərini təqdim edib.

Qeyd edək ki, K.Maxaraşvili bu vaxta qədər Zurab Jvania adına Dövlət İdarəçilik Məktəbinin direktoru olub.

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.

Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.

Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

ABŞ-ın tətbiq etdiyi sanksiyaların dövrəyə girməsi ilə İran iqtisadiyyatında sarsılmalar meydana gəlib.

Ardını oxu...

Vaşinqton, tezliklə, Ermənistana Qarabağ məsələsində güzəşt etməsi üçün təzyiqlər edəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın “Ay Data” ofisinin rəhbəri və Daşnaksütyun Partiyasının rəsmi nümayəndəsi Kiro Manoyan deyib. Onun sözlərinə görə, Ermənistandakı daxili proseslər Azərbaycanın danışıqlar prosesinə yanaşmasında müəyyən dəyişikliklərə gətirib çıxarıb:

“Ermənistan artıq Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaların reallaşdırılmasından danışmır. Ona görə ki, baş nazir Azərbaycan prezidenti ilə atəşkəs rejiminin pozulmasının azaldılması barədə razılaşıb.

Tezliklə, Ermənistana Qarabağın həlliylə bağlı xüsusilə ABŞ-dan təzyiqlər başlayacaq. İrəvandan Qarabağ məsələsində güzəşt tələb ediləcək. Bu o demək deyil ki, Ermənistan təzyiqlər qarşısında geri çəkiləcək. Vyana və Sankt-Peterburq razılaşmaları reallaşdırılmadan Qarabağın birbaşa həlli Ermənistan üçün təhlükəlidir”.

 

Xəbər lenti