|
Avropa Birliyinin Rusiya ilə bağlı siyasətinə baxmaq hələ tezdir.
Axar.az xəbər verir ki, bunu AB xarici işlər nazirlərinin görüşündən öncə jurnalistlərə verdiyi açıqlamada Belçika Xarici İşlər naziri Didye Reynders deyib.
“Hələlik Minsk razılaşmasında inkişaf yoxdur. Ona görə də Rusiya və AB münasibətlərinin dəyişilməsini nəzərdən keçirmək mümkün deyil. Biz həmçinin Azov dənizində gəmilərin sərbəst hərəkəti üçün Rusiyaya əlavə təzyiq imknaları ilə bağlı situasiyanı da analiz etməliyik”, – deyə o bildirib.
İranda qəzet, jurnal və internet saytlarında fəaliyyət göstərən 500-dən çox tələbə Prezident Həsən Ruhaniyə məktub yazaraq, ölkədə fəallara, sivil qurumlara, fəhlələrə, müəllimlərə qarşı geniş repressiyaların aparılmasına etiraz ediblər.
Axar.az xəbər verir ki, məktubda Ruhaninin prezident vəzifəsinə seçilməzdən əvvəl ölkədə və universitetlərdə azadlıqların təmin olunacağı ilə bağlı verdiyi vədlərin yerinə yetirilməməsi, bir-biri ilə paralel şəkildə fəaliyyət göstərən təhlükəsizlik qurumlarının ali təhsil ocaqlarına nəzarətinin güclənməsi vurğulanıb:
“Bu gün artıq hərbçilərin çəkməsinin səsi nəinki universitetlərdə, ölkənin hər bir yerində eşidilir. ETTELAAT-ın həbsləri, məhkəmə sisteminin sivil fəalları məsuliyyətə cəlb etməsi, dinc fəallara müxtəlif bəhanələrlə iş açılması ilə bağlı yayılan xəbərlər o qədər çoxdur ki, artıq hər bir sadə sivil fəaliyyətin aparılması qorxuya gətirib çıxarır.
Vəziyyət belə acınacaqlı olduğu bir halda, sizin hökumət ölkədə baş verən bu kimi xoşagəlməz hallara biganə qalır".
Qeyd edək ki, Həsən Ruhani bir neçə gün əvvəl “Tələbə günü” ərəfəsində Tehranda keçirilən bir tədbirdə çıxış edərək, dünyanın ən azad universitetlərinin məhz İranda olduğunu iddia etmişdi.
İsrail ordusu Hizbullahın şimal sərhədimizdəki təhlükəli tunellərini bir-bir məhv etmək üçün əməliyyatları davam etdirir.
Axar.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"Hazırda ordumuz İranı Suriyadan çıxarmağa və Hizbullahın qarşısını almağa çalışır. Üçüncü bir cəbhənin açılmasına - fələstinlilərə qarşı əməliyyatın başlamasına lüzum yoxdur. Lakin əgər hər hansı təhdid olarsa, daha böyük qüvvə ilə Qəzzada əməliyyata başlayacağıq", - Netanyahu bildirib.
MDB, KTMT, AİB-də heç bir diktə edən yoxdur, ona görə də bu təşkilatlarda heç kim heç kimə nəsə borclu deyil.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Bizim ümumi evimiz KTMT və AİB-də digər şuralardan, o cümlədən NATO-dan fərqli olaraq, diktə edən yoxdur”, - Lavrov bildirib.
XİN rəhbərinin sözlərinə görə, NATO-nun tam konsensusu təzyiq, bəzən də təhdidlər hesabına təmin olunur. Bu cür yanaşmanı isə heç də dostluq və tərəfdaşlıq adlandırmaq olmaz.
İrəvanda 33 yaşlı Anjel İ. qətlə yetirilib.
Axar.az erməni mediasına istinadla xəbər verir ki, hadisə ötən gün baş verib. “Hayat” otel kompleksinin bir otağında ölü tapılan şəxsin güllələndiyi məlum olub. Otel otağından “Kalaşnikov” avtomatı, 4 istifadə olunmuş və bir istifadəsiz giliz, 2 bıçaq aşkarlanıb. Otelin divarlarında güllə izi, yerdə isə qan müəyyən edilib.
Qətlə yetirilənin otelin direktoru olduğu bildirilir.
Maraqlıdır ki, həmin gecə oteldən 33 yaşlı Artur N. adlı şəxsin əlindən sulfat turşusu yanığı ilə xəstəxanaya yerləşdirildiyi də üzə çıxıb.
Sudanda yerli məmurları daşıyan helikopter qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, ölkənin rəsmi SUNA agentliyi qəzanın Kadarif rayonunda baş verdiyini bildirib.
Hadisə nəticəsində 7 nəfər həlak olub. Ölənlər arasında valinin də olduğu bildiriir.
Belçikada koalisiya hökumətinin tərkibində yer alan millətçi Yeni Flamand İttifaqı (N-VA) koalisiyadan ayrıldığını açıqlayıb.
Axar.az xəbər verir ki, buna səbəb kimi hökumətin miqrantlarla bağlı qanunu imzalaması göstərilib.
Qeyd edək ki, Yeni Flamand İttifaqı qanunun qəbul ediləcəyi halda koalisiyadan çıxacağını açıqlamışdı. Koalisiya Valon bölgəsindən Liberallar Partiyası (MR), Flamand bölgəsindən Yeni Flamand İttifaqı (N-VA), Xristian Demokratlar (CD&V) və “Open Vld” Partiyasından ibarət idi.
Əfqanıstanın Farah vilayətində Taliban silahlılarının hücumu nəticəsində azı 8 hərbçi həlak olub, daha 6 əsgər girov götürülüb.
Axar.az xəbər verir ki, Bala Buluk rayonundakı hərbi bazaya hücum edən silahlılar oradan silah və döyüş sursatları götürüblər.
Hücum zamanı baş verən atışma nəticəsində Talibanın iki üzvü də yaralanıb.
Rusiya və İsrailin hərbi ekspertləri yaxın günlərdə Moskvada Suriya məsələsində koordinasiya müzakirələrinin aparılması üçün növbəti dəfə görüşməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin həftəlik iclasında çıxışı zamanı İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Dünən Rusiya Prezidenti Vladimir Putinlə danışdım. İsrail və Rusiya ordusunun nümayəndə heyətlərinin Suriya məsələsinin koordinasiyası üçün yaxın zamanda toplanması barədə razılıq əldə olundu. Ümid edirəm ki, yaxın günlərdə Moskvada toplantı baş tutacaq. Bir qədər sonra isə Putinlə bizim görüşümüz keçiriləcək”, - Netanyahu bildirib.
ABŞ-ın cənub vilayətlərində 20 milyondan artıq insan böyük və çətin bir qış fırtınası üçün hazırlanır.
Axar.az xəbər verir ki, təhlükə altındakı əyalətlərdə qatar və təyyarə səfərləri təxirə salınıb, bəzi yerlərdə isə məktəblərə tətil verilməsi gözlənilir.
Bir həftə ərzində ölkənin böyük bir hissəsini cənginə alacaq fırtınanın buzlaşma və su daşqınlarına yol aça biləcəyi barədə xəbərdarlıq edilib.