![]() |
|
Son günlərdə Suriyanın şimal-qərb bölgəsinə Hələbdə baş verən qarşıdurmalarda Türkiyənin əli yoxdur və proseslərə qarışmır, lakin müəyyən təhlükəsizlik tədbirləri də görülür.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Hələbdəki qarşıdurmalarla bağlı açıqlamasında deyib.
Fidan onu da bəyan edib ki, Türkiyə Suriyada terror quruplaşmalarının dövlətə çevrilməsinə heç vaxt icazə verməyəcək.
"Bununla bağlı mövqeyimizi ABŞ-də diqqətini çatdırmışıq. Oranı ABŞ həssas bölgə gördüyü kimi, bizim üçün də həssasdır. Deyirik ki, bir gün seçim nöqtəsinə gəlib oradakı quruluşa icazə versəniz, səhv seçim etmiş olarsınız. ABŞ bizim qətiyyətli mövqeyimiz çox yaxşı bilir. Oradakı terror strukturu hazırda tamamilə ABŞ-dən asılı olan süni bir quruluşdur. Beləliklə, bir insanın reanimasiyada oksigen maskası olmadan yaşaya bilməyəcəyini təsəvvür edin. Bölgədəki terrorçu qrupların oksigen maskaları da Amerikadadır. Əgər ABŞ oksigeni kəssə, onlar üç gün yaşaya bilməyəcəklər. Bu coğrafiyada mövcud olandan başqa yeni bir quruluş və ya yeni bir dövlət qurma prosesi mümkün deyil. Şimali İraqa baxın. Federasiya var, muxtariyyət var, yerli strukturlar var, amma heç nəyə nail olmayıblar. Bizim əsas məqsədimiz Suriyada ərazi bütövlüyünü təmin etməkdir. Sərhəddəki kürdlərin himayəçisi də Türkiyədir", - nazir Hakan Fidan qeyd edib.
Rusiyanın paytaxtı Moskvada miqrantlar üçün şəxsi məlumatları və QR kodu olan xüsusi şəxsiyyət vəsiqələri tətbiq ediləcək.
Oxu.az xəbər verir ki, şəhərdə miqrantlarla bağlı yeni nəzarət tədbiri həyata keçiriləcək.
Vəsiqədə QR kodun olması səbəbindən onu saxtalaşdırmaq mümkün olmayacaq - bütün məlumatlar Daxili İşlər Nazirliyinin serverlərində saxlanılacaq.
Yenilik polisə əcnəbinin identifikasiyasını sürətləndirməyə, həmçinin onun barmaq izi kimi məcburi prosedurları yoxlamağa imkan edəcək. Sənəd, həmçinin cinayət törətmiş miqrantların axtarışına da kömək edəcək. Vəsiqə Çoxfunksiyalı Miqrasiya Mərkəzində 14 yaşdan yuxarı bütün əcnəbilərə veriləcək.
Xatırladaq ki, dekabrın 1-dən Moskva hava limanlarında Belarus vətəndaşları istisna olmaqla, bütün əcnəbilər üçün biometrik nəzarət tətbiq olunacaq. Eksperimentin nəticələrinə əsasən qanunvericiliyə dəyişikliklər ediləcəyi bildirilib.
Qara Cümə günü, Arkanzasın Little Rock şəhərində yerləşən Park Plaza Ticarət Mərkəzində atışma baş verib və nəticədə iki nəfər yaralanıb.
Milli.Az xəbər verir ki, Little Rock Polis İdarəsi əvvəlcə üç nəfərin yaralandığını bildirmişdi.
Polisin verdiyi məlumata görə, hadisə saat 13:44-də baş verib.
İki nəfər xəstəxanaya çatdırılıb və onlardan birinin güllə yarası aldığı bildirilib, lakin onların həyati təhlükəsi yoxdur.
Polis, hadisənin iki şəxs arasında baş verən "münaqişədən" qaynaqlandığını və bu münaqişənin atışmaya çevrildiyini qeyd edib.
Little Rock meri Frenk Skott Jr.-nin bəyanatı
Little Rock meri Frenk Skott Jr. cümə günü atışmadan sonra açıqlama yayıb:
"Bu gün iki şəxs sakinlərin və ziyarətçilərin həyatını və təhlükəsizliyini riskə atıb."
"Biz bu insidentin qurbanları üçün dua edirik və onların tam sağalacağına ümid edirik," deyə o əlavə edib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Gürcüstanda səfirlər də etirazlara qoşuldu
Zelenski hamını şoka salan qərar verdi
Blinken Kiyevə silah tədarükünü müzakirə etdi
Bakıda 9 ballıq zəlzələ yerləri var
Moskva miqrantlara xüsusi vəsiqələr verəcək
Tramp əsas düşməni açıqladı
Ermənistan Müdafiə Nazirliyi xəbər yaydı
Ukrayna hücuma hazırdı - deputat
Üsyançılar Hələbi ələ keçirdi
Tiflisdə atəş səsləri eşidildi
Tokayevdən Putinə tokat kimi hərəkət
General Sırski azad edildi
Kuleba bədbin proqnoz verdi
Rusiya ordusu Suriyanın şimal-qərbində yerləşən Hələbdə Əsəd rejiminin əleyhdarlarına qarşı əməliyyatlara və təyin olunmuş hədəflərə hava zərbəsi endirməyə başlayıb.
Bu barədə Rusiya tərəfi məlumat yayıb.
Rusiya ordusu Suriyada Əsəd rejiminə müxalif olan Heyət Təhrir əş-Şam (HTŞ) arasında 3 gündür davam edən qarşıdurmada Əsəd rejimin əleyhdarlarını zərərsizləşdirmək istiqamətində hərbi əməliyyata əl atıb.
Rusiya Müdafiə Nazirliyinin təmsilçisi bildirib ki, Rusiya Hərbi Hava Qüvvələri silahlı qrupların texnika və canlı qüvvəsinə, nəzarət-buraxılış məntəqələrinə, anbarlarına və artilleriya mövqelərinə raket zərbələri endirir.
Əsəd hakimiyyətinin Hələb Beynəlxalq Hava Limanını bütün reyslərə bağladığı və Rusiyadan əlavə hərbi yardım vədləri aldığı bildirilir.
Qeyd edək ki, Heyət Təhrir əş-Şam Əsəd rejimi ilə 3 gündür davam edən qarşıdurma nəticəsində Hələb ətrafında 86, İdlibdə 22 olmaqla ümumilikdə 108 yaşayış məntəqəsini ələ keçirib.
Təhrir əş-Şam qüvvələrinin Suriyanın ikinci böyük şəhəri Hələbə daxil olduğu bildirilir.
Ermənistanın Vanadzor şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin məlumatında deyilir.
Partlayışdan sonra obyektdə yanğın başlayıb. Əraziyə 4 yanğınsöndürmə briqadası cəlb edilib.
İlkin məlumata görə, 2 nəfər hadisə zamanı xəsarət alıb.
Partlayışın nədən qaynaqlandığı açıqlanmır.
Gürcüstan Qərb kəşfiyyatı tərəfindən qarışdırılır, "casus şəbəkəsi" ilə yanaşı, hətta erməni təxribatçılar da hərəkətə gətirilib... Bu, o deməkdir ki, Gürcüstana qarşı xüsusi məkrli planlarla hərəkət edən məxfi xarici koalisiya mövcuddur...
"Yeni Müsavat" xəbər verir ki, ABŞ və Qərb Gürcüstanı açıq hədəfə çıxarıb. İndi Qərb siyasi dairələri bütün mümkün vasitələrlə Gürcüstanı daxildən siyasi-ictimai xaosa sürükləməyə cəhd göstərirlər. Çünki Gürcüstan ABŞ və Qərbin qəzəbinə tuş gəlib. Belə ki, hakimiyyətdə olan və son parlament seçkilərində də qalib gələn "Gürcü arzusu" Partiyası Gürcüstanı ABŞ və Qərbin Cənubi Qafqazdakı "geopolitik alət"inə çevrilməsini qətiyyən istəmir. Və Qərb siyasi dairələrinin Gürcüstanı "geopolitik müstəmləkə"yə çevirmək cəhdlərinə qətiyyətlə müqavimət göstərir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Gürcüstana qəzəbinin başlanğıcı xeyli əvvəllərə gedib, çıxır. Rəsmi Tiflis vaxtilə Avropa Birliyi və NATO-ya inteqrasiya kursunu əsas siyasi prioritet kimi qəbul etmişdi. Ancaq sonradan ABŞ və Avropa Birliyinin bu prosesdən istifadə edərək, Gürcüstanı tam nəzarətə götürmək niyyətinə düşməsi rəsmi Tiflisin kəskin müqaviməti ilə qarşılaşdı. Rəsmi Tiflis Gürcüstanın ABŞ və Qərblə Rusiya arasında regional qarşıdurmada "geopolitik alət" funksiyalarını üzərinə götürməsindən birmənalı şəkildə imtina etdi.
Nəticədə ABŞ və Qərblə Gürcüstan arasında münasibətlər sürətlə gərginləşməyə başladı. Qərb hakimiyyətdə olan "Gürcü arzusu" Partiyasına qarşı Gürcüstandakı "qrant agentura şəbəkəsi"ni hərəkətə gətirdi. Ona görə də, rəsmi Tiflis Qərb kəşfiyyatının nəzarətində olan bu "casus şəbəkəsi"nin fəaliyyətini məhdudlaşdırmaq üçün dərhal "xarici agentlər" barədə qanunun qəbulunu təmin etdi. Və Qərb siyasi dairələrinin Gürcüstana qəzəbi daha da gücləndi.
Halbuki, Fransa başda olmaqla, Avropa Birliyinin əksər ölkələrində analoji qanunlar mövcuddur. Ancaq özlərini xarici kəşfiyyatların agentlərindən qoruyan Avropa Birliyi ölkələri Gürcüstana belə hüquq tanımaq istəmirlər. Çünki Avropa Birliyi Gürcüstanı "geopolitik müstəmləkə"yə çevirmək istəyir, "xarici agentlər" qanunu isə buna xidmət edən onların casuslarının effektiv fəaliyyət imkanlarını məhdudlaşdırır. Və ona görə də, Gürcüstanda hakimiyyət çevrilişinə qərar verildi.
Qərb kəşfiyyat qurumlarına Gürcüstanda növbəti parlament seçkiləri üzərindən dövlət çevrilişi planlaşdırmaq tapşırıldı. Bu planlar artıq ifşa olunub, iflasa uğradıldığından bəzi sensasiyalı detallar da artıq məlumdur. Belə ki, Gürcüstanda kütləvi iğtişaşların və daxili xaosun törədilməsi üçün Ermənistan kəşfiyyatı da Qərb xüsusi xidmət servislərinə dəstək verirdi. Belə ki, Ermənistan kəşfiyyatı Gürcüstanda yaşayan ermənilər vasitəsilə bu ölkədə terror aktları törətməliydilər. Və bütün bunlardan əvvəlcədən məlumatlı olan rəsmi Tiflis kütləvi iğtişaş cəhdlərinin qarşısını almağa nail oldu.
Ancaq Gürcüstanın Qərbin qəzəbindən belə asanlıqla yayınacağına yalnız sadəlövhlər inana bilərdi. Çünki Gürcüstana ən sarsıdıcı zərbə vurmağa hazır şəxslərdən biri məhz bu dövlətin lideri postunda otururdu. Gürcüstan müxalifətinin kütləvi etiraz dalğasına liderlik də məhz Gürcüstan prezidenti Salome Zurabişviliyə tapşırılmışdı. Hər halda, prezident Salome Zurabişvilinin Fransa vətəndaşı olması və fransız kəşfiyyatı ilə iddia olunan məxfi bağlantıları onu Qərb siyasi dairələri üçün ən etibarlı şəxs olduğunu göstərir. Və hazırda səlahiyyət müddəti sona çatmaqda olan bu şəxs kütləvi iğtişaşla liderlik etməkdədir.
Rəsmi Tiflis parlament seçkilərindən dərhal sonra hərəkətə keçirilən Qərbin "qrant aventura şəbəkəsi"nin ilk qiyam cəhdlərinin qarşısını almağa nail oldu. Ardınca isə Gürcüstanın Avropa Birliyinə üzvlüklə bağlı danışıqlar prosesinin dayandırılması barədə qərar qəbul etdi. Qərb siyasi dairələrinin qəzəbi daha da artdı və bu dəfə prezident Salome Zurabişvilinin liderliyi ilə "qrant aventura şəbəkəsi"ni həlledici savaşa çıxartdı. Və paytaxt Tiflisin küçələri növbəti dəfə döyüş meydanına çevrilmiş oldu.
Onu da qeyd etmək lazımdır ki, prezident Salome Zurabişvilinin qiyamçılarla ortaq hərəkət edərək, kütləvi iğtişaşlarda iştirakı Gürcüstan dövlətçiliyinə ən ağır zərbələrdən biridir. Çünki normal prezident öz ölkəsinin hakimiyyətinə qarşı qiyamda iştirak etməz. Əgər, o, Gürcüstana xidmət etmiş olsaydı, kütləvi etiraz aksiyalarına qoşulmazdan əvvəl mütləq tutduğu ali dövlət postundan istefa verməliydi. Və bu baxımdan, prezident Salome Zurabişvilinin Qərbin planlarına bağlı qiyama liderlik etməsi, əslində, dövlətə xəyanət xarakteri daşıyır.
Gürcüstanda törədilən son hadisələrin məhz Qərb kəşfiyyatı tərəfindən təşkil olunduğunu Avropa Birliyi ölkələrinin səfirlərinin də bu iğtişaşlara açıq dəstək verməsi də təsdiqləyir. Qərb ölkələrini təmsil edən səfirlərin Gürcüstanda qiyamçıların qoşulub, onların sırasında yer alması beynəlxalq hüquq normalarına, eləcə də, diplomatik qaydalara ziddir. Və Gürcüstanın daxili işlərinə bu qədər kobud şəkildə müdaxilə etməyə çalışan Avropa Birliyi ölkələri bu davranışlarını mütləq tutarlı hüquqi arqumentlərlə izah etməyə borcludurlar.
Bütün bunlar onu göstərir ki, son günlərdə Gürcüstanda baş verənlər qətiyyən təsadüfi deyil. Üstəlik, bu, sadəcə, Gürcüstan vətəndaşlarının mövcud hakimiyyətə qarşı kütləvi etiraz prosesi də sayıla bilməz. Çünki Gürcüstan Qərb kəşfiyyatı tərəfindən qarışdırılmaqdadır. Gürcüstanın səlahiyyətləri sona çatmaqda olan və Fransa agenti olduğu iddia edilən prezidenti Salone Zurabişvilinin rəhbərliyi altında törədilən kütləvi iğtişaşlara məhz Ermənistan kəşfiyyatı da yerli erməni terrorçuları bu prosesə yönəltməklə, dəstək verir. Və bu, o deməkdir ki, Gürcüstana qarşı xüsusi məkrli planlarla hərəkət edən xarici koalisiya mövcuddur.
Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumatlara əsasən, Qərb Ukraynanı “sülhməramlı kontingent” adı altında işğal etməyi planlaşdırır. Bu barədə rusdilli xəbər məkanında çoxsaylı yazılar yayılıb.
Bu yazılarda iddia olunur ki, Ukrayna ərazisi Kollektiv Qərb tərəfindən belə bölünəcək:
• Qara dəniz sahili – Rumıniyaya veriləcək;
• Ukraynanın qərb bölgələri – Polşaya təhkim ediləcək;
• Mərkəzi və şərq hissəsi – Almaniyanın nəzarətinə keçəcək;
• Şimal bölgələri, o cümlədən paytaxt regionu – Böyük Britaniyaya veriləcək.
Məlumatda vurğulanır ki, ümumilikdə, Ukraynaya 100 min nəfərlik “sülhməramlı” qüvvənin yeridilməsi planlaşdırılır.
Bu az da gülməli olan bu məlumata əsasən, Almaniya hərbçiləri İkinci Dünya müharibəsi illərində Ukraynada tətbiq edilmiş işğal rejimindən təcrübə götürmək niyyətindədirlər. Almaniya ordusu – Bundevyer bu təcrübəni müasir şərtlərə uyğunlaşdıraraq polis funksiyalarının icrasını təmin etmək üçün “zonderkomanda”lardan istifadə etməyi planlaşdırır. Bunun üçün ukraynalı millətçilərdən ibarət yeni qruplar yaradılacaq. Adları dəyişdirilsə də, mahiyyətcə bunlar eyni Bandera cəza dəstələri olacaq.
Bu sensasion qılıflı və komediya janrındakı məlumat Rusiya kəşfiyyatının Ukrayna böhranı ilə bağlı yeni istedadını üzə çıxarır. Fantastik janrda kəşfiyyat məlumatı toplamaq və yaymaq...
Ukrayna prezidenti Vladimir Zelenski yaxın günlərdə Rusiyadan daha çox təhdidlər ola biləcəyi ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib. O, öz "Telegram" kanalından ukraynalılara müraciət edib. “Bütün xalqımız üçün: hava hücumları və raket təhdidləri zamanı gizlənmək lazımdır. Bu, qəti qaydadır - Rusiyanın heç bir bəyanatından asılı olmayan qaydadır”, - deyə Ukrayna lideri vurğulayıb.
Bu və gündəmdəki digər xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” berilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Telman Qasımovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti xəbər verir.
“Ararat Mirzoyan Cənubi Qafqazda dayanıqlı sülhün qurulması və Ermənistan vətəndaşları üçün daha təhlükəsiz mühitin təmin edilməsinin ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb”, - məlumatda qeyd edilib.
Bildirilib ki, Ermənistanın XİN başçısı Bakı və İrəvan arasında sülh sazişinin imzalanması üçün siyasi iradənin mövcud olduğunu bəyan edib./Report