|
“Nyu-York Tayms” qəzeti ABŞ prezidenti Donald Tramp və ailəsinin vergidən yayınaraq milyonlarla dollar qeyri-qanuni qazanc əldə etdiklərini iddia edib.
qəzet Tramp ailəsinin bunu 1990-cı illərdə etdiyini yazıb.
Məlumata görə, vergidən yayınma ilə bağlı bank hesabları və fakturalar da daxil olmaqla 100 min səhifədən çox sənəd araşdırılıb. Nəticəyə əsasən qeyd edilib ki, Tramp atasından qalan daşınmaz əmlaklara görə vergi ödəməmək üçün qardaşlarının adına saxta şirkət qurub və bu yolla milyonlarla dolları vergidən yayındırıb.
İddialara görə, Donald Trampa atasından 1 milyard dollardan çox sərvət qalıb və bunun üçün 550 milyon dollar vergi ödəməli olduğu halda, sadəcə 52,2 milyon dollar ödəyib. Beləliklə, 500 milyon dollara yaxın pul mənimsənilib.
Məsələ ailə bağlı Trampın vəkili Çarlz Harder açıqlama verərək iddiaları təkzib edib. O, Trampın ailəsinin vergi strategiyasına qarışmadığını söyləyib.
ABŞ prezidentinin qardaşı Robert Tramp da məsələyə münasibət bildirib və valideynlərinin vəfatından sonra bütün vergilərin ödənildiyini deyib.
Xəbər verdiyimiz kimi, bu il tibb üzrə Nobel mükafatı T-hüceyrələrindən istifadə etməklə xərçəng xəstəliklərinin inqilabi immunoterapiya metodu ilə (xərçəngə qarşı bədənin özünü təbii yolla müdafiəsi) müalicə üsuluna görə amerikalı Ceyms Allison və yaponiyalı Tasuku Xondzyoya verildi.
Nobel komitəsinin qərarında bildirilir ki, hər iki laureatın böyük kəşfi xərçənglə mübarizədə dönüş nöqtəsi olub. Allison və Xondzyo tərəfindən hazırlanan müalicə metodu xərçəngin inkişaf etdiyi bəzi xəstələrdə nəticələri köklü şəkildə dəyişə bilib.
Xərçəngi necə aldatmaq olar ?
Adətən bizim immun sistemimiz müstəqil şəkildə orqanizmdəki mutasiyaya məruz qalmış hüceyrələri tapır, çoxalmağa imkan vermədən onları parçalayır. Lakin xərçəng hüceyrələri bu təbii müdafiəni yarmağın yolunu tapa biliblər. Nəticədə şişlər sürətlə böyüməyə başlayır.
Allison və Xondzyo isə xərçəng hüceyrələrini “aldadaraq” onların immun reaksiyanı bloklamasına imkan verməməyin yolunu öyrəniblər. Bu, müalicədə əsl inqilab yaradaraq yeni nəsil dərman preparatlarının əsasını təşkil edib.
Həmin dərman preparatlarının yan təsirləri az olmasa da, onlar onkologiya ilə mübarizədə effektivliklərini sübut ediblər. Bəzən əvvəllər müalicəsi mümkün olmayan xərçəngin son mərhələsində olan xəstələri də artıq sağaltmaq mümkün olur.
Xərçənglə mübarizədə xəstələrin öz immunitetlərini səfərbər etməklə bağlı fikrə alimlər hələ 100 il əvvəl gəliblər. Ancaq 1990-cı illərdə bu sahədə əsl sıçrayış edilib.
Amerikalı Allison bizim immunitetimizi ləngidən təbii mexanizmi, İmmun Nəzarət Nöqtələrini kəşf etdi ki, bu mexanizmlə yad və mutasiyalaşan hüceyrələri tanıyan və onları məhv edən T-limfositlərini “sakitləşdirmək” mümkün olur. Əgər bu mexanizm pozulursa, orqanizm öz-özünü məhv etməyə başlayır. Yad və mutasiyalaşan hüceyrələrlə yanaşı, orqanizmin sağlam toxumaları da məhvə məhkum olur.
Allison xərçəngə yoluxdurulan siçanlar üzərində təbii “tormoz” mexanizmini söndürərək inanılmaz nəticələr əldə edib. Şiş hüceyrələri daha immunitetdən gizlənə bilmirlər və orqanizm xərçənglə daha effektiv mübarizə aparmağa başlayır.
Buna paralel olaraq 1992-ci ildə Tasuku Xondzyo eyni prinsiplə çalışaraq İmmun Nəzarət Nöqtələrininin başqa növünü kəşf edib. Yapon professor da öz kəşfində bir neçə immunoterapiya metodunu işləyib hazırlayıb.
Hazırda həmin alimlərin təklif etdikləri metod əsasında hazırlanan preparatlar xərçəng xəstəliklərinin müalicəsində uğurla tətbiq edilir. Lakin bir çox dərmanlar hazırda kliniki sınaqdan keçdikləri üçün yaxın illərdə əlçatan olacaqlar.
Rusiya KTMT-ni möhkəmləndirməli, Qərb ölkələri, ilk növbədə isə ABŞ-la diplomatik əməkdaşlığın miqyasını azaltmalıdır.
Axar.az xəbər verir ki, bu barədə “Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko danışıb.
“Postsovet məkanının gücləndirilməsi iki istiqamət üzrə getməlidir. Bunlardan birincisi KTMT-dir. KTMT-ni genişləndirmək lazımdır. Bizim KTMT-ə üzv olmayan MDB ölkələrimiz var. Azərbaycan və Özbəkistanı KTMT-ə qəbul etmək lazımdır. Yeri gəlmişkən, bu, Ermənistanla hərbi qarşıdurma riskini də minimuma endirməyə imkan verəcək. Biz bu gün görürük ki, Paşinyan və Əliyev MDB sammitində danışıblar, hərbi presedentlərin hər hansı bir təhlükəsinin qarşısının alınması üçün qaynar xətt yaradılması barədə razılaşıblar”, - Korotçenko bildirib.
Ekspertin sözlərinə görə, hazırda Moldova ilə bağlı vəziyyət bir o qədər yaxşı olmasa da, parlament seçkilərindən sonra bu ölkənin də təşkilata üzvlük məsələsi müsbət məcrada inkişaf edə bilər. Bütün bunlarla yanaşı isə Rusiyanın qarşısında dayanan əsas problem ABŞ-ın postsovet məkanına təsirinin qarşısının alınmasıdır.
“SpeysX” şirkətinin rəhbəri İlon Mask Pentaqona raketləri ucuz qiymətə təklif edir.
Axar.az xəbər verir ki, bunu Rusiyanın “Birinci kanal”ına açıqlamasında “Roskosmos”un rəhbəri Dmitri Roqozin deyib. Onun sözlərinə görə, Mask bununla Rusiyanı bazardan sıxışdırmaq istəyir:
“ABŞ Müdafiə Nazirliyi Maska hər buraxılış üçün 150 milyon dollar ödəyir. Onlar Maska ödəniş edirlər ki, bazara daha ucuz məhsul çıxarsın. Buna görə də Rusiya rəqabət apara bilmir”.
Baltik dənizində göyərtəsində 294 sərnişinin və 24 ekipaj heyətinin olduğu bərədə partlayış, ardınca isə yanğın baş verib.
Axar.az xəbər verir ki, partlayışın mühərrikdə yaranan nasazlıqdan qaynaqlandığı bildirilib.
Məlumata görə, “Regina Siveys” adlı bərə Danimarkanın “DFDS SİVEYS” şirkətinə məxsusdur.
Hadisə nəticəsində xəsarət alanların olmadığı, bərənin isə açıq dənizdə hərəkətsiz vəziyyətdə olduğu deyilir.
Dünyada ən böyük hərbi büdcəyə malik ABŞ ordusunun istifadəsi üçün formalaşdırılan yeni avtomatın sınaqlarına başlayıb.
Axar.az xəbər verir ki, hələlik sadəcə prototipi yaradılan “Ribbon gun” adlı silahı rəqiblərindən fərqləndirən ən diqqətçəkən cəhəti eyni anda 4 güllə birdən ata bilmək qabiliyyətidir.
Testlərinə start verilən silahın uğurlu sınağından sonra 2019-cu ildə seriyalı istehsalına başlanılacaq.
Avropa bankları son iqtisadi böhrandan sonra öz balanslarını gücləndirmələrinə, şirkətlər isə yumşaq kreditləşmədən fayda götürmələrinə rəğmən, Avropa hələ də maliyyə sisteminə təsir edəcək daha bir ciddi tənəzzülə hazır deyil.
Axar.az xəbər verir ki, bu iddia ilə “Mudis” beynəlxalq reytinq agentliyi çıxış edib. Agentlik Avropa hökumətlərinin və Mərkəzi Bankın son tənəzzüldən sonra iqtisadiyyatın bərpasına yardım üçün gördüyü tədbirlərin onların növbəti iqtisadi böhrana qarşı müqavimət göstərmək üçün əllərində olan variantları məhdudlaşdırdığını bildirib:
“2008-ci ildən bu yana olan pozitivliyə rəğmən, Avropa hələ də əvvəlki kimi iqtisadi baxımdan həssas olaraq qalır. Belə ki, Avropanın borc yükü artır, regionlarının iqtisadiyyatın bərpası üçün istifadə edəcəyi vasitələr azalır, aktivlərinin dəyəri, siyasi riskləri yüksəlir. Ümumilikdə yeni zərbənin yumşaldılması üçün Avropanın manevr imkanları azalır. Hələ də özəl şəxslər və ya korporasiyaların borcları son onilliyin ən yüksək səviyyəsində qalmaqda davam edir. Üstəlik, əksər ölkələrin dövlət borcunun hələ də yüksək olması iqtisadiyyatın tənəzzül riskini yüksəldir”.
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla müqayisədə dünyada daha çox etibara sahibdir.
Axar.az xəbər verir ki, bu, “Pev Research Center”in keçirdiyi sorğunun nəticəsində əks olunub. Sorğuda respondentlərin 27 faizi Trampa etibar edib, Putin isə 30 faizlik göstərici ilə onu qabaqlayıb.
Etibar reytinqində 3-cü yerə Çin lideri Si Szinpin (34 faiz) sahib olub. İkinci yerdə 46 faizlə Fransa Prezidenti Emmanuel Makron, ilk pillədə isə 52 faizlə Almaniya kansleri Angela Merkel qərarlaşıb.
Sorğu zamanı dünyanın 25 ölkəsindən 26 min insanın fikri öyrənilib.
Taliban terror təşkilatının təsisçilərindən biri olan Maulan Sami əl-Haqq Çini Əfqanıstanda müharibəni bitirmək üçün danışıqlarda iştirak etməyə çağırıb.
Axar.az xəbər verir ki, Haqq Çinin Əfqanıstanla bağlı danışıqlarda iştirakının sevindirici hall olacağını bildirib. O, Çinin bu vacib məsələni yalnız ABŞ-ın öhdəliyinə buraxmamalı olduğunu söyləyib.
Qeyd edək ki, Çin uzun illərdir Əfqanıstandakı situasiya ilə yaxından maraqlanır. Buna səbəb müsəlman əhalinin üstünlük təşkil etdiyi Uyğur Muxtar bölgəsinin Əfqanıstanla sərhəd olmasıdır. Belə ki, Çinin terror təşkilatı kimi tanıdığı Şərqi Türküstan İslam Hərəkatının bazaları Əfqanıstan və Pakistanda yerləşir.
ABŞ-ın dövlət borcu 21,516 trilyon dollara çatıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Vaşinqton İkzaminer” qəzeti yayıb.
Məlumata görə, 2018-ci maliyyə ili çərçivəsində dövlət borcu 1,2 trilyon dollar artıb.
2020-ci ilə qədər ABŞ-ın büdcə kəsirinin 1 trilyon dollara qədər artacağı ehtimal edilir.