|
Prezident yeganə icraçı olmalı və baş nazirlik sistemi ləğv edilməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Fransanın sabiq prezidenti Fransua Olland “Publik Senat” kanalında çıxışı zamanı deyib.
“Fransada parlament ABŞ Konqresinə bənzər bir funksiyaya malik olmalıdır. Yalnız bu şəkildə prezident hakimiyyətin yeganə icraçısı ola bilər. Ölkə başçısı olduğum müddətdə bu mövzu məni hər zaman düşündürüb, lakin gündəmə gətirməmişəm”, - Olland bildirib.
Qeyd edək ki, Prezident Emmanuel Makron yanvar ayından etibarən Konstitusiyaya düzəlişlər ediləcəyini və islahatlar keçiriləcəyini söyləyib. Ölkə başçısının bu dəyişikliklərin detallarını tezliklə açıqlaması gözlənilir.
ABŞ Prezidenti Donald Tramp KİV-lərin onu ədalətsiz şəkildə Rusiya və Şimali Koreyaya qarşı yumşaq davranmaqda ittiham etdiyini bildirib.
Axar.az xəbər verir ki, Tramp bunu Minesotada öz tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Onlar deyirlər ki, mən Rusiyaya, Şimali Koreyaya qarşı çox mehribanam. Əgər mən Rusiya ilə kobud davransaydım, onlar məni həddən artıq sərtlikdə ittiham edərdilər”, – deyə o bildirib.
Batmanda bu gün baş verən hücumu şiddətlə qınayır, dünyasını dəyişənlərin yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyindən informasiya yayılıb.
“PKK terrorçuları hücumlara son verməlidir. Terrorla mübarizədə müttəfiqimiz Türkiyənin yanındayıq”, - səfirlik açıqlamasında deyilib.
Qeyd edək ki, Türkiyənin Batman bölgəsində yol kənarında yerləşdirilmiş uzaqdan idarə edilən partladıcının işə salınması nəticəsində ərazidən keçən hərbi maşındakı 7 əsgər şəhid olmuşdu.
Rusiyanın Vladiqafqaz bölgəsində gecə saatlarında ağır yol nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, yerli vaxtla 03:30 radələrində baş verən qəza zamanı “Ford” markalı mikroavtobus yol kənarında dayanan “KamAZ” markalı yük maşını ilə toqquşub, daha sonra “Opel” markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Mikroavtobusun Stavropoldan Azərbaycana hərəkət etdiyi məlum olub.
Serbiya heç vaxt Kosovanın müstəqilliyini tanımayacaq.
Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makalisterlə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamasında Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Mən Qərbin Serbiyadan nə istədiyini anlamıram. Qərbin nə istəməyindən asılı olmayaraq, Serbiya heç vaxt Kosovanın müstəqilliyini tanımayacaq. Mən heç vaxt Kosovanın müstəqilliyini qəbul etməyəcəyəm”, – deyə o bildirib.
ABŞ hərbçilərinin genetik modifikasiya edilmiş virusların yayılması üçün həşəratlardan istifadə etməklə bağlı proqramı Biloji Silahlar haqqında Konvensiyanın pozulmasına gətirib çıxara bilər.
Axar.az xəbər verir ki, bu barədə təkamül genetikası və bioetika sahəsində çalışan alman və fransız alimlər qrupunun “Science” jurnalında dərc olunan araşdırmasında bildirilib.
Araşdırma müəllifləri Pentaqonun sözügedən proqramı həyata keçirməsinin ətraf mühitə təsir edə biləcəyini və genişmiqyaslı bioloji, iqtisadi, sosial nəticələrini qeyd ediblər. Alimlər layihənin ABŞ-ın kənd təsərrüfatına fayda verə biləcəyinə şübhə ilə yanaşdıqlarını vurğulayıblar.
“Yekun nəticədə proqram bir çoxları tərəfindən bioloji casusların və onların düşmən məqsədlərlə çatdırılması vasitələrinin yaradılması kimi qiymətləndirilə bilər. Əgər bu həqiqətə uyğundursa, o zaman Biloji Silahlar haqqında Konvensiyanın müddəalarının pozulması anlamına gəlir”, - məqalədə qeyd olunub.
Xatırladaq ki, 2016-cı ildən yaradılan proqrama ABŞ hökuməti artıq 27 milyon dollar vəsait sərf edib.
“İnsect Allies” (Həşərat-müttəfiqlər) proqramı ABŞ Müdafiə Nazirliyinin Perspektivli Tədqiqat Layihələri İdarəsində (DARPA) hazırlanır. Təqdiqatların rəsmi məqsədi böcəklərin daşıyacağı viruslar vasitəsilə bitkilərin xromosomlarının “üfüqi” redaktə edilməsidir.
50 milyon Feysbuk istifadəçisinin məlumatlarının oğurlanmasından sonra İrlandiya Məlumatların Qorunması üzrə Komissiyası şirkətə qarşı istintaqa start verib.
Avropa İttifaqınının nizamlayıcı orqanı olan bu komissiya Feysbukun bu ilin mayında qüvvəyə minmiş Məlumatların qorunması üzrə ümumi reqlament (GDPR) qanununun qaydalarına əməl olunmasını yoxlayacaq.
İstintaq çərçivəsində özəl məlumatların təhlükəsizliyi üçün şirkət tərəfindən texniki və təşkilati tədbirlərə əməl olunub-olunmaması araşdırılacaq.
Əgər komissiya Feysbukun əleyhinə qərar çıxarsa, şirkət 1,6 milyard dollar cərimə ödəməli olacaq.
Türkiyənin Adıyaman şəhərində iki ailə arasında düşən mübahisə qanlı bitib.
Hocaömər məhəlləsində dava edən tərəflərə polis müdaxiləsindən sonra 2 nəfər saxlanılıb.
Bundan sonra Yeşilyurd Polis İdarəsinin qarşısına gedən ailələr burada da dava etməyə davam ediblər. Silahların işə düşdüyü davada ikisi ağır olmaqla 11 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis qüvvələri və təcili yardım briqadaları cəlb edilib. Yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.
İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələdə ölənlərin sayı 1424 nəfərə çatıb.
zəlzələ və sunami fəlakətində 2 min 549 nəfər yaralanıb, 100 nəfər isə itkin düşüb. Bölgədə 61 min 867 nəfər müvəqqəti sığınacağa yerləşdirilib.
Xatırladaq ki, ötən həftə Sulavesi adasında 7,5 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra isə sunami başlayıb.