|
Rusiya prezidenti Vladimir Putin 4-5 oktyabr tarixlərində Hindistanın paytaxtı Yeni Dehliyə səfər edəcək.
Putinin Hindistanın baş naziri Narendra Modi ilə keçirəcəyi görüşdə Rusiyaya 3 ədəd “Mig-21” supersonik (səsdən sürətli) qırıcı təyyarə hədiyyə ediləcəyi iddia edilib.
Hədiyyələrin iki ölkə arasındakı münasibətlərin və dərin starteji müttəfiqliyin gücləndirilməsi məqsədilə veriləcəyi bildirilir.
Kreml sözçüsü Dmitri Peskov görüşlərdə əsasən hərbi-texniki məsələlərin müzakirə ediləcəyini açıqlayıb.
Qeyd edək ki, SSRİ dövründə istehsal edilən “Mig-21” təyyarələri ilk uçuşlarını 1956-cı ildə edib. Hindistan bu təyyarələrdən 1963-cü ildən etibarən almağa başlamışdı.
Rusiya Federasiyası Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Bondarev Rusiya Silahlı Qüvvələrinin Suriyada əməliyyatlara başlamasının üçüncü ildönümü münasibətilə mətbuata açıqlama verib.
o, geridə qalan 3 il ərzində Suriyada 112 rus hərbiçinin həlak olduğunu bildirib:
“Bu əsgərlərin təxminən yarısı “An-26” və “İl-20” təyyarələrinin vurulması nəticəsində ölüblər. Bundan başqa, 8 təyyarə, 7 helikopter və bir neçə zirehli texnika itirmişik”.
Bondarev 2003-2006-ci illərdə ABŞ-ın İraqda həyata keçirdiyi əməliyyatlar zamanı koalisiya qüvvələrinin 2515 hərbçi, 20-yə yaxın tank, ən azı 50 zirehli maşın, 15 təyyarə və təxminən 80 helikopter itirdiyini xatırladıb.
Qeyd edək ki, Rusiyanın “An-26” tipli hərbi yük təyyarəsi bu il 6 martda Hmeymim hərbi hava bazasında texniki səbəblərdən qəzaya uğramış, göyərtəsində olan 39 rus əsgəri həlak olmuşdu.
“İl-20” hərbi təyyarəsi isə 17 sentyabrda vurulub. Kəşfiyyat uçuşu edən və 15 əsgəri daşıyan həmin təyyarə Aralıq dənizi üzərində Suriya hava hücumundan müdafiə kompleksi ilə partladılıb.
Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qardaşı Kutbettin Gülənə 10 il 6 ay həbs cəzası verilib.
İzmir 14-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə “silahlı terror təşkilatına üzv olmaq” maddəsi ilə ittiham olunan K.Gülənlə bağlı şahid ifadələri dinlənilib. Əvvəlcə 7 il həbsə məhkum edilən müttəhimin daha sonra cəzası 3 il 6 ay artırılaraq 10 il 6 aya çatdırılıb.
Qeyd edək ki, Gülən 2016-cı il oktyabrın 2-də saxlanılıb.
Almaniya hökuməti Səudiyyə Ərəbistanına 254 milyon avroluq silah satışına izn verib.
Axar.az xəbər verir ki, “Der Şpiqel” artıq bununla bağlı tərəflər arasında razılaşmanın imzalandığını yazıb.
Qeyd edək ki, Almaniya hökuməti bundan öncə Ər-Riyada silah satışına qarşı çıxmışdı. Hökumət buna səbəb kimi Ər-Riyadın bu silahı Yəməndə istifadə edəcəyini göstərmişdi.
Xəbər verdiyimiz kimi, bu il avqustun 31-də Ukraynada qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko “Separ” restoranında törədilmiş partlayış zamanı ölüb.
“Rossiya-1” telekanalının “Youtube” kanalında 42 yaşlı Zaxarçenkonun ölümündən bir neçə dəqiqə öncənin görüntüləri yayılıb.
Qeyd olunur ki, A. Zaxarçenkonun korteci restoranın qarşısında dayandıqdan sonra mühafizəçilərdən biri restorana daxil olaraq oranı yoxlayır. Daha sonra Zaxarçenko qadın mühafizəçi ilə məkana girir və bu zaman partlayış baş verir.
Görüntünü təqdim edirik:
Əfqanıstanın Pərvan əyalətində Taliban yaraqlılarının liderlərindən biri öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Pajvak” agentliyi informasiya yayıb.
Məlumata görə, yaraqlılar gecə saatlarında sərhəd keçid məntəqəsinə hücum ediblər. Təhlükəsizlik orqanları Taliban hücumunu dəf etməyə müvəffəq olub.
Hücum zamanı Talibanın Salanq rayonu üzrə komandiri Kari Manaf daha iki yaraqlı ilə birlikdə öldürülüb. Qarşıdurma zamanı həmçinin 5 silahlı talib yaralanıb.
İranda islahatçı millət vəkili Fatimə Hüseyni Həsən Ruhani hökumətini seçki vədlərini yerinə yetirmədiyi üçün tənqid edib.
Axar.az xəbər verir ki, İran məclisində çıxış edən Hüseyni Ruhani hökumətinin vətəndaşlıq hüquqları və siyasi sərhədlərin aradan qaldırılması ilə bağlı sözlərini yerinə yetirmədiyini bildirib.
Fatimə Hüseyni cəmiyyətin hökumətə olan etibarının azalmasının iqtisadi böhranı dərinləşdirdiyini qeyd edib.