![]() |
|
“Keçən il, eyni zamanda, nəqliyyat sahəsində bizim böyük layihələrimiz icra edilibdir. Onların arasında Bakıətrafı dəmir yolu xəttinin çəkilişini xüsusilə qeyd etmək istərdim. Biz vaxtilə “elektriçka” adlandırılan dəmir yolu nəqliyyatını ən müasir səviyyədə bərpa etmişik, ən aparıcı şirkətin istehsal etdiyi qatarları gətizdirmişik. Qəsəbələrdə dəmir yolu stansiyaları tikilibdir və bu proses davam etdiriləcək. Bu il artıq Bakıətrafı dəmir yolunun çəkilişinin əsas mərhələsi başa çatacaq, yəni, dairə birləşəcəkdir. Ondan sonra hələ ki, dəmir yolu olmayan qəsəbələrə dəmir yolunun çəkilişi nəzərdə tutulur. Eyni zamanda, qonşularla bizi birləşdirən dəmir yollarında bərpa işləri aparılır ki, sürət daha da artsın. Buna böyük dərəcədə nail olmuşuq, xüsusilə qərb istiqamətində. Şimal və cənub istiqamətində görüləcək işlər üçün hazırlıq aparılır və bu il bu proses daha sürətlə gedəcəkdir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
“Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Bu, bizim tarixi qələbəmizdir. Təkcə ona görə yox ki, Ermənistan əbədi dalanda qaldı. Halbuki bu da vacib məsələdir. Ona görə ki, indi bu yol həm böyük gəlir gətirir, həm də beynəlxalq əməkdaşlığı genişləndirir. İndi bu yol ilə onu tikməyə başlayanda nəzərdə tutulmayan yerlərdən də yüklər daşınır. Yəni, bu yol beynəlxalq əməkdaşlıq üçün çox önəmli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir. Şərq-Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında biz xüsusi rol oynamışıq. Biz o ölkəyik ki, hər iki layihədə iştirak edirik. Ələt Beynəlxalq Dəniz Limanı Xəzərdə ən böyük dəniz limanıdır. Gəmiqayırma zavodu bizim üçün tankerlər, yük gəmiləri və istənilən gəmini istehsal edə bilər. İndi pulumuz Azərbaycanda qalır, xaricə getmir. Biz indi tankerləri, yük gəmilərini özümüz istehsal edirik. Mən ancaq 16 il ərzində görülmüş işlərin əsas məqamlarını qeyd edirəm.
Dəmir yolunun bərpası və çəkilişi ilə bağlı. Gəncə-Gürcüstan sərhədi dəmir yolunun sürətinin artırılması nəzərdə tutulur. Bakı-Gəncə dəmir yolunun çəkilişi tamamilə başa çatıb. Mən o vaxt Gəncədə olarkən söz vermişdim ki, bu, təmin ediləcək. Elə də oldu. İndi çox rahat, sürətli qatarla Bakıdan Gəncə şəhərinə getmək olar. İndi sərhədə qədər bu dəmir yolunun bərpası başa çatdırılmalıdır. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun yenidən qurulması gündəlikdədir. Bununla yanaşı, Xudatdan Şahdağa dəmir yolunun çəkilişi nəzərdə tutulur. Şahdağ dağ-xizək kurortu indi nəinki MDB məkanında, dünyada tanınır. Bunun ikinci mərhələsi işə düşəndən sonra maraq daha da artıbdır. Ona görə mütləq bu kurorta dəmir yolu çəkilməlidir. Bu, həm bölgədə yaşayan vətəndaşlara, xarici qonaqlara və Bakı sakinlərinə rahatlıq gətirəcəkdir. Artıq müvafiq Sərəncam da verilib və vəsait də ayrılıb.
Ələt-Astara dəmir yolunun yenidən qurulması və yolun marşrutunun dəyişdirilməsi, sahildən kənarlaşdırılması üzərində iş aparılır. Bu il vəsait də nəzərdə tutulur. Bu il şəhərlərarası dəmir yolları arasında Ləki-Qəbələ dəmir yolunun fəaliyyətə başlaması nəzərdə tutulur. Giriş sözümdə dediyim kimi, Bakıətrafı, Bakı qəsəbələrinə gedən dəmir yolunun davam etdirilməsi nəzərdə tutulur”, - dövlət başçısı əlavə edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2019-cu ilin yekunlarına və 2020-ci il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclası keçirilib. İclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra dövlət agentliyinin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb. Saleh Məmmədov Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edildiyini bildirib.
Qeyd olunub ki, ölkə başçısının sədrliyi ilə 2019-cu il 11 yanvar tarixində keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, cənab Prezident yekun nitqində yol infrastrukturu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarşısında konkret tapşırıq qoyaraq bildirmişdir ki, 2019-cu ildə ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var.
Bu tapşırıq Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilib. Belə ki, 2019-cu il üçün tərtib edilmiş “Tədbirlər Planı”na uyğun olaraq 1376.6 km uzunluğunda 56 layihə başa çatıb. Bura 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri daxildir. Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43.8 km oln 3 respublika əhəmiyyətli, uzunluğu 79.3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197.6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilmişdir.
Kollegiya iclası zamanı o da xüsusi olaraq vurğulanıb ki, Prezident İlham Əliyev yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır, avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edərək, öz dəyərli tövsiyə və tapşırıqlarını verib.
Qeyd olunub ki, yol infrastrukturunun təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq kənd və qəsəbələrarası, qəsəbədaxili avtomobil yollarının tikintisinin vacibliyi barədə səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən, 2020-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını qeyd edib.
Qeyd olunub ki, 2020-ci ildə ilkin mərhələdə 29 şəhər və rayonunda, habelə Bakı şəhərinin 12 rayonu ərazisində kənd və qəsəbə yollarının tikintisi və təmiri nəzərdə tutulmuşdur. Bundan başqa cari ildə respublika əhəmiyyətli və magistral yolların da tikintisi davam etdiriləcək və bir çoxunda işlərin başa çatdırılması nəzərdə tutulub.
123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kompaniyasını Goranboy rayon ərazisində davam etdirmişdir. Aqil Məmmədov kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdığı Goranboy rayon Veyisli qəsəbəsində, Goranboy rayonda yerləşən yeni məcburi köçkün qəsəbəsində, Qaraçinar və Böyrü kəndlərində məskunlaşan məcburi köçkünlərlə görüşmüşdür.
Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də 18 170 nəfər çalışır. Yol-xeber.az xəbər verir ki, bu barədə qurumun sədri Cavid Qurbanov kollegiya iclasında məlumat verib. “Ötən il 1 046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 13 65 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5 341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub”, - o deyib. Bundan başqa, sədrin sözlərinə görə, ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfərə isə “Əmək veteranı” adı verilib.
“2015-ci illə müqayisədə əmək haqqı 103% artırılaraq, 270 manatdan 549 manata qaldırılıb”, - C.Qurbanov əlavə edib.
“Azərbaycan Dəmir Yolları" QSC-də 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Yol-xeber.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, cəmiyyətin sədri Cavid Qurbanov il ərzində dəmir yolu sahəsində görülən işlər haqqında geniş məlumat verərək, dəmir yolu nəqliyyatının iqtisadiyyatın vacib sahələrindən biri olduğunu vurğulayıb. Sədr bu sahədə görülən işlərin Prezident İlham Əliyevin daim diqqətində olduğunu və dəmir yollarında çalışanların əməyini yüksək qiymətləndirdiyini bildirib.
Qeyd olunub ki, ötən il ərzində “Azərbaycan Dəmir Yolları" dövlət başçısının iştirakı ilə 4 mühüm layihənin təqdimatını keçirib. Prezidentin aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olması, mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksi, noyabrın 19-da Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin, dekabrın 29-da isə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak etməsi bu diqqətin göstəricisidir. Ötən il dövlət başçısı Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi, Ləki Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb.
C.Qurbanov Prezidentin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə müvafiq dövlət strukturları və qurumların qarşısında mühüm öhdəliklər qoyduğunu vurğulayıb. Dövlət başçısı keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpünün Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçası olduğunu, Astara-Rəşt dəmir yolunun tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalandığını qeyd edərək, həmin istiqamətdə fəaliyyətin bu il təsirli olacağına əminliyini bildirib.
İclasda qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər. Cari məsələlər müzakirə edilib, qurumun struktur bölmələrinə tapşırıqlar verilib.
Bir sözlə, əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək. Sağ olun.
Dekabrın 29-da Bakının Pirşağı qəsəbəsində avtomobil tunelinin açılışı olub.
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub.
Dövlətimizin başçısına yeni avtomobil yolunun tikintisi çərçivəsində görülən işlərlə bağlı məlumat verildi.