![]() |
|
Dəmiryolçuların peşə bayramı ərəfəsində, “Azərbaycan Dəmir Yolları” QSC-nin Sədri Cavid Qurbanov “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasına baxış keçirib, burada aparılan təmir-bərpa işlərinin nəticələri ilə tanış olub.
Stansiyada görülən işlər haqqında Dəmir Yolu Sədrinə məruzə edilərək, stansiyada yaradılan şərait və iş prosesi barədə məlumat verilib. Bildirilib ki, Cən vaqonlarının daxildən yuyulması ilə yanaşı, xaricdən də yuyulması üçün yeni avadanlıqlar quraşdırılıb. Eyni zamanda Dəmir Yolu Sədrinə, çirk sularının təmizlənməsi və təkrar yuyulma prosesində istifadə edilməsi üçün qurğular nümayiş etdirilib.
Cavid Qurbanov Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında çalışan əməkdaşlar üçün yaradılan məişət şəraiti, çən vaqonlarının yuyulması prosesində tətbiq edilən texnoloji yeniliklər, stansiya ərazisində yaradılan təlim-tədris mərkəzi ilə tanış olaraq tapşırıqlarını verdi.
Qeyd edək ki, Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası 2018-ci ilə yanvarın 9-da “ADY Express” MMC-nin tərkibinə daxil edilib və elə həmin tarixdən burada təmir-bərpa işlərinə və avadanlıqların əvəz edilməsi prosesinə start verilib. Paralel olaraq texnoloji proses, çən vaqonlarının buxarla yuyulması işləri davam etdirilib. İstehsalat prossesinin ekoloji standartları yüksələrək, dünya standartlarına cavab verib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.
Dəmiryolçular öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyavanın, Şəhidlər Xiyabanında vətənimizin ərazi bütovlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın məzarları da ziyarət olunub.
Tədbir "Azərbaycan Dəmir Yolları" QSC-də davam etdirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov tədbir iştirakçılarını 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb. Uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olub. Həmin dövrdən başlayaraq, yük daşınmasına olan tələbatın artması səbəbindən dəmir yolu inkişaf edərək təkmilləşib.
Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu 1955-ci il, oktyabrın 3-də SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə SSRİ Yollar müstəqil dəmir yolu elan olunub. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Möhtərəm Prezident İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürərək, 2005-ci il, oktyabrın 7-də "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün-Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.
139 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan Dəmir Yolu daim inkişafda olub. Ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində ötən əsrin 70-90-cı illərində tərəqqisinin zirvəsinə çatıb. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində aktiv iştirak edir.
Sonda bu ilin avqust-sentyabr aylarında Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzində keçiriilən dəmiryolçuların idman spartakiadasının qaliblərinə kuboklar, pul mükafatları və diplomlar, bir qrup dəmiryolçuya “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə müstəqil Azərbaycanın inkişafının aparıcı sahələrindən olan nəqliyyat infrastrukturunun yenidən qurulması haqda “Yol xəritəsi” təsdiq edilmişdir.
Bu sənədə əsasən ölkəmizdə fəaliyyət göstərən bütün nəqliyyat növlərinin və onların material-texniki bazasının yenilənməsi, gələcək inkişafı öz əksini tapmışdır. Bu baxımdan, yük və sərnişinlərin daşınmasında əsas rol oynayan, yaranmasının 139 ilini qeyd edən dəmir yolu infrastrukturunun yenidən qurulması və inkişafı qarşıda duran əsas vəzifələrdən biridir.
Son illərdə ölkə daxilində bu sahədə sürətli təmir və yenidənqurma işləri aparılır, həmçinin ölkənin beynəlxalq nəqliyyat strukturlarına inteqrasiyası istiqamətində mühüm işlər reallaşdırılır. Onların sırasında Bakı-Tbilisi-Qars (Şərq-Qərb), Rusiyanı İran və Hind okeanı ölkələri ilə birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizləri vardır. Bu dəhlizlərin son 2 ildə istifadəyə verilməsi ölkəmizi qitələrarası nəqliyyat xabına çevirmiş, Bakı yaxınlığında Ələt dəniz limanının inşası isə Azərbaycanı beynəlxalq logistika strukturunun tərkib hissəsinə daxil etmişdir. Bütün bu görülən işlər həm də tələb edir ki, dəmir yolu vasitəsilə sərnişin və yüklər mənzil başına vaxtında və təhlükəsiz çatdırılsın. Bu baxımdan dəmir yolu infrastrukturunun maddi-texniki bazasının müasirləşdirilməsi, yolların texniki təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm təmir və yenidənqurma işləri aparılır.
Sözügedən fəaliyyət isə “Dəmiryolservis” MMC-nin (baş direktor Əli Əşrəf Lütfəlibəyovdur) müəssisələri tərəfindən həyata keçirilir.
Dəmir yolunun fəaliyyətində əsas rol oynayan stansiyaların yolları və texniki qurğularının da istismara tam cavab verəcək səviyyədə olması bu struktur üçün həmişə prioritet məsələdir. MMC-nin bu istiqamətdə gördüyü işlər də təqdirəlayiqdir. Ölkənin bütün bölgələrini əhatə edən kollektivin fəaliyyəti nəticəsində 2019-cu ilin təkcə 9 ayı ərzində 24000 p/m yol, 54 dəst yoldəyişən qurğu əsaslı təmir edilmiş və yollarda 4733 p/m relslər uzunölçülü rels tipində qaynaq edilmişdir. Qarşıda stansiya və depo yollarının, eyni zamanda yoldəyişən qurğların əsaslı təmiri davam etdirilir. Bununla yanaşı “Dəmiryolservis” MMC “Bak Sərnişin – Sabunçu – Pirşağı – Sumqayıt Sərnişin – Xırdalan – Biləcəri – Bakı Sərnişin dairəvi dəmir yolunun yenidən qurulması” layihəsinin baş podratçısıdır. “Dəmiryolservis” MMC-nin tabeliyində olan 24 saylı Rels Qaynaq Qatarı (RQQ) tərəfindən də 2019-cu ilin sözügedən dövründə 115.5 km uzunluğunda uzunölçülü rels pletləri qaynaq edilmiş, təyinatı üzrə müxtəlif mənzillərə göndərilmiş, o cümlədən 54 ədəd keçid relsi hazırlanmışdır. Görülən təmir və yenidənqurma işləri Bakı sərnişin, Ləcət, Bakı lokomotiv deposu, Biləcəri, Sumqayıtçay, Astara və digər dəmir yolu stansiyalarında həyata keçirilmişdir. Bu baxımdan Şimal-Cənub beynəlxalq dəmir yolu dəhlizinin istifadəyə verilməsi ilə bağlı mühüm strateji əhəmiyyət kəsb edən Astara sərhəd dəmir yolu stansiyasında aparılan işlər diqqəti xüsusi cəlb edir. Belə ki, burada 6400 p/m dəmir yolu əsaslı təmir edilmiş, 22 dəst yoldəyişən qurğu təmir edilərək yenidən quraşdırılmış, ərazidə 1000 m2 sahilbərkitmə işləri aparılmışdır.
Bütün bu görülən işlər deməyə əsas verir ki, “Dəmiryolservis” MMC-nin kollektivi 13 oktyabrda qeyd ediləcək peşə bayramına yeni nailiyyətlərlə gəlib.
Kollektivi qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edir və əmin olduğumuzu bildiririk ki, əməkdaşlar 2019-cu ildə dövlətimiz tərəfindən onların qarşılarına qoyulan tapşırıqları layiqincə yerinə yetirəcəklər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak ediblər.
Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb.
“Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur”
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.
18:04
Prezident İlham Əliyev Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür.