|
Bu il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı qeyri-iş günlərinin sayı açıqlanıb.
Bu gün hərbçilərin həyatında çox əlamətdar bir gündür.
Mübariz İbrahimovun ermənilərin nəzarəti altında olan ərazilərə daxil olduqdan sonra nələr etdiyini dəqiq bilməməklə bərabər, bəzi təxminlər apara bilərik.
Axar.az xəbər verir ki, bu sözləri professor, hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, Mübariz İbrahimovun cəbhə xəttinin o tayında mülki şəxsləri öldürmədiyi şübhəsizdir:
“Əgər mülki şəxsləri öldürsəydi, bunu ermənilər mütləq yazardı. Yazmadıqlarına görə, deməli, Mübariz İbrahimov silahsız ermənilərə toxunmayıb. Mübariz İbrahimovun neçə erməni əsgərini və hansı şəraitdə öldürdüyünü də bilmirik və bu, bizə lazım da deyil. Müharibə qanunları, konkret olaraq Cenevrə Konvensiyaları yuxuda olan, yemək yeyən, lap çimən düşmən əsgərini öldürmə hüququ verir. Ancaq döyüş qabiliyyətini itirmiş yaralı, ya da təslim olmaq istəyən düşmən əsgərini öldürmək olmaz. Yuxuda yatanları isə bomba qoyub partlada bilərsiniz, buna icazə var”.
F.Mehdiyev vurğulayıb ki, bu səbəblə ağlınızda hər hansı şübhəyə yer qoymadan bilin ki, Mübariz İbrahimov qəhrəmandır:
“Erməni əsgəri bizim torpaqda olduğu müddətcə işğalçı sayılır və öldürmək üçün legitim bir hədəfdir”.
Mübariz İbrahimovu təhqir etməsi ilə gündəmə gələn "psixoloq" olduğu deyilən Nərmin Şahmarzadə adlı gənc Milli Qəhrəmanın valideynlərindən üzr istəyib.
Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirakı zamanı deyib.
Prezidentin sözlərinə görə, Azərbaycan dünyada güclü orduya malik olan ölkələrin sırasındadır.
“Ordumuzun maddi-texniki bazası möhkəmlənir, ən müasir texnika, silahlar alınır. Bu il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya göstərib. Bu gün ordumuz texniki təchizat baxımından dünya miqyasında seçilən ordular sırasındadır. Əlbəttə ki, bizim güclü hərbi potensialımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir. Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Deyə bilərəm ki, bu il də Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçmişdir. Biz strateji yüksəklikləri əldə etdik. Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm Aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuzda yüksək ruh mövcuddur və ordumuz istənilən vəzifəni icra edə bilər.
Əlbəttə, bir daha demək istəyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir. Biz gücümüzü artırırıq və artıracağıq. Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcəkdir. Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir”, - prezident bildirib.
Azərbaycan siyasi rəhbərliyinin Dağlıq Qarabağla bağlı apardığı uzunmüddətli siyasət çox uğurlu nəticələr verdi. Ermənistanda hakimiyyət dəyişikliyi, İrəvanın KTMT çərçivəsində məğlubiyyəti və böhrana sürüklənməsi bunun bariz nümunəsidir.
Bu sözləri Axar.az-a 2019-cu ildə Dağlıq Qarabağa dair gözləntiləri haqda danışan Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Qarabağ klanının tamamilə məğlubiyyətə uğraması və bu fonda Ermənistanda qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsi özlüyündə Qarabağ ətrafında yeni vəziyyət yaradır:
“Paşinyanın hakimiyyəti elə bir dövrə təsadüf edir ki, Ermənistan tamamilə təcrid vəziyyətindədir. Ölkənin iqtisadiyyatı demək olar ki, yoxdur, dövlətin pulları tamamilə mənimsənilib. Ermənistan ordusu sadəcə KTMT və Rusiyadan asılı vəziyyətdə olan bir hərbi birləşmədir. Paşinyanın hakimiyyətə gəlməsi ilə Dağlıq Qarabağın işğalda saxlanılması yönündə qurulmuş bütün sistem dağıdılıb. KTMT heç bir vəchlə Dağlıq Qarabağ mövzusuna girişməyəcək. Qazaxıstan, Belarus və Rusiya isə Ermənistanı müdafiə etməyəcəklərini artıq rəsmən bəyan ediblər. Beləliklə, buradan iki nəticə hasil olur. Birincisi, Ermənistan təklənmiş vəziyyətdədir. İkincisi, işğalçı dərin siyasi böhran yaşayır”.
Politoloqun sözlərinə görə, Avropa İttifaqının və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsi də 2019-cu ildə danışıqlar prosesinə təkan verəcək:
“Ermənistan növbəti ilə Qarabağ mövzusunda uduzmuş bir şəkildə daxil olacaq və artıq siyasi həqiqətlərin qarşısını ala bilməyəcək. Çünki Azərbaycan siyasəti və diplomatiyası sözün əsl mənasında hücumdadır və Qarabağ məsələsinin həlli prioritetdir. Azərbaycanın başqa istiqamətlərdəki uğurlu siyasətini də buraya əlavə etsək, İrəvanın belə bir vəziyyətdə Bakının təzyiqlərinə tab gətirə bilməyəcəyini dəqiqliklə söyləmək mümkündür.
Paşinyan xalqa çox istinad edir. Ancaq zənnimcə, Nikolun ən zəif nöqtəsi elə erməni xalqıdır. Çünki onlar müstəqil Qarabağ ideyasının faktiki olaraq Ermənistanın məhvinə apardığını artıq yaxşı anlayırlar. Bu tendensiyalar davam edərsə, 2019 Qarabağ məsələsinin həlli istiqamətində əsas il olacaq”.
Nərmin Şahmarzadə adlı psixoloq olduğu bildirilən gənc qızın Milli Qəhrəman Mübariz İbrahimovla bağlı yaydığı fikirlərə bir sıra tanınmış şəxslər də reaksiya verib.
Kult.az xəbər verir ki, onlar bu barədə sosial şəbəkələrdə qeyd ediblər.
Əməkdar artist Aybəniz Haşımova: “Kaş ki, bircə gecə şəhid anasının yerinə övladının məzarını yataq bilib yataydın. Kaş ki, şəhid anasının yerinə balanın geyimlərini bağrına basıb qoxusunu geyimlərdən alaydın, məzarında saatlarla bitməyən gözyaşlarına sarılardın. Heç bilirsiniz o necə dərddir? Bilsəydiniz, reklamınız üçün şəhid qanına bulaşmazdınız, Nərmin. Siz artıq o ada layiq deyilsiniz. Adınızı da ruhunuz kimi satın! Şəhidlər sizlərin azad, firavan yaşamağınız üçün öz xoşbəxtliyindən keçən, Vətən uğrunda körpə balalarını yetim qoyan, hələ gənc yaşlarından qəbir evinə gedənlərdir. Siz tək Mübarizə yox, bütün şəhid vermiş ailələrin, ana-bacıların qaysaq bağlamış yarasını qopartdınız, onlara sataşdınız. Deyirsiniz ki, Azərbaycanda kişi yoxdur. Bəs atanız kimdir, kişi deyil? Bəsdirin, özünüzü yığışdırın! Erməni itinin mənim torpağımda nə işi var idi ki? Mübariz kiminsə torpağında qan tökməyib, bizim torpağa soxulanların cəzasını verib. Onun əllərinə ruhuna qurban olum”.
Əməkdar artist Nüşabə Ələsgərli: ”Öz xalqının yolunda ən şirin nemət olan canından keçən qəhrəman. Dostu, xalqının uşağı və qocası gözü qabağında vəhşicəsinə öldürülən insan sənin kimi edər. Onu da hər kəs bacarmaz. Əbədi ürəyimizdəsən”.
Əməkdar artist Nuriyyə Hüseynova: “Qəhrəman, mərd, qeyrət, şərəf simvolu şəhidim. Məkanın cənnət, ruhun şad olsun! Sözünü, özünü bilməyənlərə ar olsun!”
Müğənni Rəqsanə: “Vətən uğrunda canını qurban verən şəhidlərimizə allah rəhmət etsin. Bu oğullarımız bizim xalqımızın rahat yatması üçün canlarından keçib. Mübariz İbrahimov adı bütün dünyaya səs saldı. Bu gün hansısa danışığını bilməyən tərbiyəsiz ifadələr işlədir, erməni dığasını özünə düşmən saymır. Onda bu torpaqda nə qələt edirsən? Rədd ol get dığaların ölkəsində yaşa! Belələrinin dilini dibindən çıxarmaq lazımdır. Bir də kimsə belə qələt etməsin. Görün başımıza hansı oyunlar gəlib, nə qədər insan əsir düşüb, bacı-qardaşlarımız, körpələrimiz şəhid olub. Necə bunlara düşmən deməyək? O xanımın bizim şəhidimizin adına işlətdiyi söz bağışlanılmazdır. Allah Mübariz qardaşımıza rəhmət etsin. Bütün vətən uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.
Şair Cəlal Qurbanov (Xocalıda vəhşicəsinə qətlə yetirənlərin fotosunu paylaşıb): “Bu fotoya diqqətlə bax! 26 fevral 1992-ci il. Dünya hələ də bu soyqırıma və haqsızlığa göz yumur. Sənin günahsız adlandırdığın erməni əsgərinin ayağının altında günahsız körpə və Azərbaycan balasının qanı var. Bu özü psix olan "psixoloqun" görüntüsü və danışdığı absurd və məntiqsiz şərhlər əvəzinə, illərdir işğal altda olan torpaqlarımızı paylaşaq. Ermənilərin bizə qarşı törətdiyi soyqırımını paylaşaq. Günahsız Zəhraları paylaşaq... Bu qız adı bizdən olan, qanı bizdən olmayan, bu vətəndə doğulub, böyüyüb, amma millətinə nankor, dönük və satqın çıxan xaindir. Bu nankor və satqın qız deyir ki, erməni mənim düşmənim deyil və Mübariz İbrahimov döyüş zamanı olmadan, günahsız erməni əsgərlərini öldürüb. Ay bədbaxt psixoloq, o günahsız adlandırdığın ermənilərin, Xocalımızda bir gecənin içərisində, dinc əhaliyə qarşı törətdikləri soyqırıma, gecə şirin- şirin beşiyində uyuyan məsum körpə balaların, anaların, qızların, gəlinlərin başlarına açdığı vəhşilik və qətliama bəs nə ad qoymusan? Sənin qəhraman hesab etmədiyin Mübariz ürəyində olan vətən sevgisindən, yaddaşından silinməyən və gözlərinin önündə hər an canlanan o günahsız körpə balaların, anaların, bacıların, hamilə qadınların namusunu- qeyrətini, nahaq axan qanlarını yerdə qoymamaq üçün, bir alayın edə bilməyəcəyini təkbaşına bir neçə saatın içində edib və qəhrəmancasına şəhid olub. Bütün media işçilərinə, saytlara, bu qızın şəklini İnstaqram və Feysbuk səhifələrində paylaşan bacı və qardaşlarıma üzümü tutaraq, dönə-dönə xahiş edirəm. Bu qanı bizdən olmayan qızın şəklini, şərhini və hər hansı bir yazısını paylaşmayın. Artıq ermənilər bu paylaşımlarda öz şərhlərini yazaraq, bu satqın azərbaycanlını ermənipərəst “qəhraman” adlanadıraraq, ona dəstək göstərirlər. Kaş ki, həmin gecə Xocalıda qeyrətli, namuslu ana və bacılarımızın, hamilə qadınların yerinə, sənə erməni qanı bəxş edən anan olardı. Onda sən bu cür danışmazdın!”
Elza Seyidcahan və Sevil-Sevinc bacıları da Cəlal Qurbanovun yazdıqlarını paylaşaraq ona dəstək veriblər.
Şeyx Zahid Gilani Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin ustadı olub. “Şeyx Səfi təzkirəsi”ndə xüsusi maraq doğuran məsələlərdən biri məşhur Elxani hökmdarı Qazan xanın Şeyx Zahid Gilanini ziyarət etməsi və ona böyük ehtiram göstərməsi ilə bağlıdır. Bu fakt Şeyx Zahid Gilaninin o dövrdə böyük nüfuz və kəramət sahibi olduğunu göstərir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, bunu institutun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fazil “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” adlı beynəlxalq simpoziumda çıxışı zamanı deyib. Simpoziumun təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetidir.
Lənkəran şəhərində keçirilən simpoziumda Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Nəcməddin Ərbəkan Universitetinin professoru Əhməd Taşkın, Kastamonu Universitetinin professoru Cövdət Yaquboğlu, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Dilavər Əzimli və başqaları çıxış ediblər. Tədbirdə AMEA-dan Tarix İnstitutunun ortaəsrşünas alimlərinin, Lənkəran Regional Elmi Mərkəzin direktor müavini Mayis Cəfərovun və başqalarının məruzələri dinlənilib.
Simpoziumda bildirilib ki, müasir mərhələdə dünyanın ən güclü səfəvişünaslıq məktəbi məhz Azərbaycanda - Tarix İnstitutundadır.
Dilavər Əzimli qeyd edib ki, Şeyx Zahid Gilaninin yüz min müridi (şagird) olub. Diqqətə çatdırılıb ki, Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəran rayonunun Siyəvar kəndində anadan olub. Rayonun Şıxəkəran kəndində yerləşən Şeyx Zahid türbəsi ölkəmizin tanınmış ziyarətgahlarından biridir. Türbə Nazirlər Kabinetinin qərarına əsasən, yerli əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alınaraq qorunur.
Beynəlxalq simpoziuma Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İran və Bolqarıstandan olan tədqiqatçılar da məruzələrini təqdim ediblər.
Qeyd edək ki, Lənkərandakı simpoziumdan əvvəl AMEA-nın Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Nərmin Şahmarzadə adlı gənc qızın Milli Qəhrəman Mübariz İbrahimov haqda yazdığı status ciddi müzakirəyə çevrilib.
Gənc bir qız, həyatı o qədər də anlamayan, dünyanı sevgi dolu görməyə çalışan azərbaycanlı xanımın düşüncələrinə əhəmiyyət verməmək də olardı. Ancaq düşməni də sevəcək qədər “bəşəri” olduğunu nümayiş etdirməyə çalışan bu xanımın əks-reaksiyalara cavabı, hətta öz mövqeyini müdafiə etmək üçün video-müraciəti ona və onun kimi düşünməsi ehtimal olunan gənclərə bəzi məsələləri anlatmağı zəruri edir.
İlk olaraq: heç bir halda bu kiçik xanımın təhqir olunmasına razı deyiləm. Əksinə, insan sevgisi dəyərləndirilməlidir. Ancaq istiqamətindəki yanlışlıqları izah edilməlidir.
Ordan başlayaq ki, “Miatsum” hərəkatı ilə böyük bir azərbaycanlı nəslin həyatı büsbütün məhv edildi: 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində qaçqın-köçkün düşən, yurdundan qovulan, qoca ata-anası düşmən əlində, qardaşı döyüşlərdə ölən minlərlə o vaxtın nərminlərini göz önünə gətirin. O minlərin, onminlərin yaşadıqları faktiki olaraq Azərbaycanın həmin dövrdəki gəncliyini, insanlığını məhv etdi. Hər gün çiyinlərinin arasına “5 nərmin” yerləşən, Əli Kərimin təbirincə desək, gensinə, çatmaqaş oğulların meyitlərini qarşılayırdı atalar, analar, bacılar. Onlar öz evlərini, ocaqlarını, ana-bacılarını qorumaq üçün, ermənilərin gizli şəkildə kəndlərə girib girov götürdükləri və hər gün zorladıqları nərminlərin sayının artmaması üçün ölürdülər.
Arxa cəbhədə də insanlar faktiki olaraq məhv olmuşdu – hər gün alınan xəbərlərdən, acılardan, ağır iqtisadi durumdan, xəyanət soraqlarından...
O dövrü yaşayanlar xatırlayırlar: bütün ermənilər bizə nifrət püskürürdü – 7-dən 77-yə “yan”lar qanımıza susamışdı. Dünənə qədər bizim üçün ölümdən keçməyə hazır olduğunu “nümayiş” etdirən “kirvələr” bizi öldürmək üçün hər şeydən keçirdilər.
Tam əminliklə deyirəm ki, indi də elədirlər. Azacıq fürsətləri olarsa, Xocalıda girov götürdükləri 1200 qız-gəlinin sırasına yeni nərminləri qatıb, səhərisi Azərbaycan oğullarını (Yəni Mübarizləri) “üzəçıxdıya” çağıracaqlar.
Anlaya bilirsinizmi ki, nərminləri girov götürüb aparandan sonra səhəri gün Mübarizlərin üzəçıxdıya, qızgördüsünə çağırılması nə deməkdir?
İkincisi, ermənilər rusların sayəsində son yüz ildə 4 mindən çox kəndimizi dağıdıb, 600-ə yaxınını yer üzündən silib, bir milyon beş yüz mindən çox azərbaycanlını qətlə yetirib. Və bu, təkcə Zəngəzurda, Meğridə, Qafanda, Göyçədə, Qarabağda olmayıb – Sulduzda, Urmiyada da... olub. Hamilə qadınların belinə qaynar samovar bağlayıb onların yana-yana qaçmasından zövq alıblar, uşaqları Spitakda su borularına doldurub, ağzını qaynaqlayıb, son nidalarına şampan partladıblar; qocaları diri-diri çuxura atıb, üstünü torpaqlayıblar...
1887-ci ildə İrəvanda azərbaycanlıların sayı əhalinin 87 faizi qədər idi (Çar Rusiyasının apardığı siyahıyaalmada). Qarabağdakı ermənilərin sayının çoxluğundan isə ümumiyyətlə, söhbət gedə bilməzdi.
İndiki mənzərəyə baxın!
Üçüncüsü, kiçik xanım deyir ki, Mübariz döyüş vaxtı öldürsəydi, başa düşərdi, “amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır”.
Nərmin və ya Nərmin düşüncəsinə düşənlər, siz dərk etmirsiniz ki, Azərbaycan 30 ildən artıqdır müharibədədir?! Bunun hüquqi-siyasi adı belədir – müharibə şəraiti. Yəni ermənilərlə atəşkəs əldə olunub, müharibə isə bitməyib, davam edir.
Hər gün döyüş gedir – cəbhədə, Brüsseldə, Strasburqda, Nyu Yorkda; Parisdə, Vaşinqtonda, Moskvada... NATO-da, KTMT-də, AB-də, AİB-də, Minsk Qrupunda və diasporlarda...
Bu savaşlarda hamı iştirak edir – başda da başdakılar!
“Vətəni itirmək təhlükən olmadan” yazır gəncimiz. O postlarda duran ermənilər bizim vətənimizdədirlər, bizim əlimizdən alınmış torpağımızdadırlar, onları bura göndərən də, burda xidmət çəkən də hədəfimizdir. Erməni snayperlər istənilən an Mübarizləri hədəfə götürürlər və ilk fürsətdəcə öldürürlər. Ön cəbhədəki Mübarizləri təsəvvür edirsinizmi?
Etmirsiniz! Mübarizlərin hesabına Bakıda oturub, qışda istilik bir qədər az gələn kimi hökuməti var-yoxdan çıxaranlar, dodaqlarını qabağa uzadıb çəkdikləri selfilərini sosial şəbəkədə paylaşanlar, Madonnanı özünə kumir seçənlər, Nazın dodağına, qazın dalına baxanlar nə bilsin Murovda Mübarizlər gözünü qırpa da bilmir düşmənin əlindən!
Dördüncü: Bilirsinizmi Mübariz hansı psixoloji hücumlardan sonra silaha sarılıb, “hərbi hissəni özbaşına tərk edib”?
Ermənilərin hər gecə, fürsət tapdıqca yaxın səngərlərdən qışqırdıqları atmacaları, ratsiya ilə verdikləri qıcıqları cəbhədə düşmənlə üz-üzə aylarını, illərini verən gənclərdən soruşun. Soruşun, öyrənin görün onlar girov götürdükləri azərbaycanlı nərminlərin “səsini çıxarmaqla” azərbaycanlı əsgərlərə necə təsir edirlər. Onları ideallaşdırmağa, evlərinə getmək üçün günlərini sayan kimi təsvir etməyə, günahsız olduqlarını sübuta yetirməyə tələsmə: əmr verilən kimi Mübarizlərin üstünə atılan çaqqal sürüsüdür o Azərbaycan torpağında əsgərlərimizlə üz-üzə duran ermənilər. Mübariz İrəvanda arvadının qoynunda xoruldayan dığanı öldürməyib, Azərbaycan əsgərinə silah tuşlayan, bir əmrlə azərbaycanlı gənci öldürməyə hazır olan sürüyə hücum edib; həm də günlərlə “bacılarınızla burda kef edirik, kişiliyiniz varsa, gəlin” deyən erməni dığalarına hücum edib, həm də təkbaşına.
Beşincisi: 90-cı illərdə bizim nəslin əfsanələşən igidləri az deyildi. Mübariz isə, Fərid isə Azərbaycanın 21-ci əsrinin – ilk növbədə siz gəncliyin əfsanələridir. Əfsanələr müzakirə olunmur, tənqid edilmir, onlara münasibət birmənalı olur. Onlar nərminlər zorlanmasın deyə, erməni dığalar cəbhədə azərbaycanlı əsgərlərin heysiyyatı ilə oynamasın deyə, ermənilər mülki əhaliyə atəş açmasın deyə və nəhayət, ermənilərin oturduğu postların, ərazilərin Azərbaycana aid olduğu və bir gün o torpaqları geri qaytaracağımıza ermənilərdə heç bir şübhə yeri qalmasın deyə öldülər və ölürlər...
Savaş vaxtı qəhrəman olmağa nə var ki! Özünü müdafiə edərsən, arxan-dayağın yanındakı əsgər qardaşın, komandirin olar və sən də - əlbəttə ki, cəsarətlisənsə - Allahın lütfü ilə qəhrəmanlıq göstərərsən.
Mübariz qəhrəmanlıq göstərmədi! Mübariz sıradan qəhrəman deyil! Mübariz “mən getdim ölməyə, ölənə qədər düşməndən gücüm çatanı öldürəcəm” düşüncəsi ilə təkbaşına erməni ordusuna hücuma keçən, ölümü göz altına alan yox, məhz ölümə gedən Əfsanədir!
“O qayıtsaydı, burda mühakimə olunacaqdı, çünki hərbi hissəni özbaşına tərk etmişdi” yazır gəncimiz.
Siz Mübariz əfsanəsini anlamırsınız ki! Dərk etmirsiniz ki! Əziz gəncimiz, Mübariz 5 erməni öldürüb qayıtmağa getməmişdi! Mübariz qayıtmamaq üçün getmişdi! Getmişdi ki, bu Torpaq üçün, bu Vətən üçün, girovluqda qalan nərminlər üçün, Bakıda yaşamağın dadını çıxaran nərminlər üçün, onu müzakirəyə çıxaracaq nərminlər üçün ölsün!
Anlayırsınızmı?
Mübariz nəyi sübut etdi, bilirsinizmi? Sübut etdi ki, 90 min ordunun qarşısına 7 nəfərlə çıxan Türk oğlu türklər haqda əfsanə sizin düşündüyünüz əfsanə deyil, realdır, faktdır.
Mübariz göstərdi ki, ölüm 20 yaşda da olar, 70 yaşda da – bu dünyadakı illərin heç bir fərqi yoxdur. Ancaq yaşamın missiyası var, doğulanın vəzifəsi var – bu vəzifə 20 ilə də tamamlanar, 70 ilə də.
Mübariz öz missiyasından qaçmayan, Azərbaycan gəncinə öz missiyasını xatırladan gözümüzün önündəki əfsanədir, rəvayətdir, mifdir, tarixdir. Heç kimin əfsanə, tarix, mifə qarşı çıxmaq, onu mühakimə etmək səlahiyyəti yoxdur!
...Və nəhayət sonuncu: Mübarizlər olmasa, siz erməniyə sevginizi bildirə, bu statusunuzu yaza, sonra da özünüzə haqq qazandırmaq üçün video paylaşa bilməzdiniz.
Əgər Mübarizlər olmasa, siz indi ermənilərin əsirliyində Allah bilsin nələr çəkirdiniz!
Bir də, heç vaxt unutmayın, siz çox tolerant ölkədə yaşayırsınız – yoxsa belə arın-arxayın hələ də fikirlərinizi davam etdirə bilməzdiniz. Əgər Ermənistanda olsaydınız, sizi çoxdan baş-ayaq eləmişdilər.
Bu qədər yetər yəqin – savadlı, işıqlı gənclərsiniz, gerisini özünüz də anlayarsınız...
Mübariz İbrahimova qarşı mövqeyi ilə gündəmə gələn Nərmin Şahmarzadə adlı psixoloq olduğu deyilən gənc xanımın sosial şəbəkə paylaşımına erməni millətindən olan şəxsin şərhi və N.Şahmarzadənin ona cavabı sosial şəbəkələrdə paylaşılıb.