![]() |
|
Mayın 6-da Ankarada “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC), “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Türkiyə Dövlət Dəmir Yolları” (TCDD) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Mərasimdə hər üç ölkəni təmsil edən hökumət üzvləri, səfirlər və digər məsul şəxslər iştirak ediblər.
Əvvəlcə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə bağlı sənədli film nümayiş olunub.
Sonra Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov və Türkiyə Dövlət Dəmiryollarının baş direktoru Əli İhsan Uyğunun çıxışları dinlənilib.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsini əhatə edən üçtərəfli əməkdaşlıq Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətində canlanma yaradacaq. Əminliklə ifadə olunub ki, əməkdaşlığın yeni forması Rusiyanın şərqindəki dəniz limanlarına daxil olan yüklərin Qafqazdan və Anadoludan keçməklə mənzil başına çatmasını təmin edəcək.
Çıxışçılar öz ölkələrində həyata keçirilən nəqliyyat və infrastruktur layihələr haqqında müfəssəl məlumat veriblər və bu sahədə əməkdaşlığın faydalı istiqamətləri barədə fikir və mülahizələrini bölüşüblər.
Sonra sözügedən sənədi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin İdarə Heyətinin sədri Oleq Belozyorov və Türkiyə Dövlət Dəmiryollarının baş direktoru Əli İhsan Uyğun imzalayıblar.
Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə xalqı təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:
“Əziz həmvətənlər.
Sizi Ramazan ayının – orucluq və mənəvi yenilənmə, düşünmək və dua etmək, bağışlamaq və mərhəmət ayının başlanması münasibətilə təbrik edirəm. Bu müqəddəs ay bütün dünyada milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, nəcib və xeyirxah işlər dövrüdür.
Azərbaycanda çoxəsrlik tarixi olan mənəvi ənənələrə hörmətlə yanaşılır. Bu ənənələrin əxlaqi və etik əsasları dəyişməz qalır. Çünki yaxınlarına qayğı, xeyirxahlıq və mərhəmət bütün dövrlərdə yüksək qiymətləndirilib.
Əminəm ki, Ramazan ayı birlik və həmrəylik, hörmət və qarşılıqlı anlaşma dövrü olacaq. Qoy Ulu Tanrı bu müqəddəs günlərdə sizin bütün dualarınızı eşitsin və qəbul etsin. Sizə sülh, xoş günlər, səadət və rifah arzulayıram”.
“Azərbaycan Dəmir Yolları” QSC-də “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru – İdarə Heyətinin sədri Oleq Belozyorovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Azərbaycanın dilbər guşələrindən biri, dağlar diyarı, uzunömürlülər məskəni - Lerik rayonu olub.
Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Meydanında baş tutub.
Mədəniyyət bayramında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçiriblər.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi hissəsində çadırlar qurularaq metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.
Ənənəvi festivalda xalq sənətkarları və rəssamları əl işlərini əyani şəkildə nümayiş etdirməsi izləyicilərin xüsusi marağına səbəb olub.
Daha sonra xalçaçı qızların hana arxasında ilmə vurması, corab toxuması kimi qədim el sənətini əyani şəkildə nümayiş etdirmələri ziyarətçiləri keçmiş dövrlərin ab-havasına kökləyib.
Festival Rayon Mədəniyyət Mərkəzinin “Bahar” xalq çalğı alətləri ansamblı, Mondigah Kənd Folklor Evinin oğlanlardan ibarət “Lakto” folklor rəqs qrupu, Cəngəmiran kənd Diyarşünaslıq Evinin qızlardan ibarət “Bənövşə ” folklor kollektivinin biri-birindən maraqlı çıxışları ilə davam edib.
Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub. Nəsimi obrazı canlandırılaraq qiraət ustalarının ifasında ədibin “Mərhaba” və “Olmuşam” qəzəlləri səsləndirilib.
Festivalda 12 nəfər Lerik rayonundan olan uzunömürlülər də iştirak edib. Rayon rəhbərliyi Lerikin uzunömürlüləri ilə təbiət qoynunda, çay süfrəsi arxasında səmimi söhbət də edib. Bundan başqa, uzunömürlülərə hədiyyələr də təqdim olunub.
Festivalda açılış nitqi ilə çıxış edən rayon icra başçısı cənab, Rövşən Bağırov festivalın mədəniyyət və incəsənət aləminə verdiyi töhvələrindən söz açıb.
Daha sonra icra başçısı Lerik rayonun mədəni həyatında aktiv olan bir neçə mədəniyyət işçilərini də mükafatlandırıb.
Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət ustaları və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar və rayon rəhbrəliyi tərəfindən alqışlarla qarşılanıb.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır
Aparılan araşdırmalar zamanı məlum olub ki, Çindən Avropaya daşınan yüklərin həcmi 100 milyon tona yaxındır. Yəni Çin ilə Avropa ölkələri arasında yük dövriyyəsi 650 milyard dollar təşkil edir. Hazırda mövcud iqtisad vəziyyəti nəzərə alsaq, rəqəmlərdə az da olsa, azalma və ya çoxalma prosesi gedir. Buna baxmayaraq bu böyük bir rəqəmdir. Yüklər üç əsas yolldan istifadə edilməklə daşınır. Bunlardan isə ən səmərilisi Azərbaycan üzərindən olan yoldur.
Belə ki, həm məsafə, həm də tarif qiymətləri baxımından sərfəlidir. Bir daha qeyd edim, bunun üçün nə etmək lazımdır? Sadəcə olaraq şərait yaratmaq lazımdır ki, bu yüklər əldə çıxmasın. Vaxtilə bunun arxasınca düşən, bu istiqamətdə danışıq aparmaq, eləcə də cəlb etmək istəyən olmayıb.
Əsas bazarlar - Çin, Hindistan və Avropadır. Yüklər məhz Qazaxstan, Azərbaycan və Gürcüstandan keçir. Əgər biz Azərbaycan - İran arasında yolun inşasını başa çatdıra bilsək, bu zaman Hindistandan - Mumbaydan, yəni Bombeydən başlamaqla, Bəndərabbasdan Azərbaycan üzərindən keçməklə, Rusiya Helsinki və Avropanın ortalarına qədər davam edər. Məhz “İpək yolu” dediyimiz bu şimal – cənub və şərq - qərb dəhlizləri həm Azərbaycanın, həm də Gürcüstanın üzərindən keçir. Gürcüstan isə güclü bir iqtisadiyyata malik deyil. Yüklərin daşınmasıda Gürcüstan çox maraqlıdır. Ona gərə də burda hər bir kəs maraqlıdır.
Bu layihələrin rəvac verməsi 2015-ci ilıdən sonra mümkün oldu.
Məhz həmin il Cavid Qurbanov Dövlət başçısının etimadı “Azərbaycan Dəmir Yolları” QSC-nə rəhbər təyin olunub və burada əsaslı islahatlar aparılmasına, iş əmsalının artmasına, bu məsuliyyətli sahənin imicinin möhkəmlənməsinə nail olub.
Postneft dövründə strateji sayılan bu sahələrdən başqa daxili marşrutlarda da uğurlu işlər görülüb.
"Sürət qatarının ilk olaraq Gəncəyə gəlməsini böyük hadisədir. İnkişafa, uğura gedən bu qatarın açılışı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində reallaşıb. Azərbaycan dəmir yolları daha da inkişaf edəcək, ilk olaraq Gəncəyə gedən sürət qatarı gələcəkdə Ankaraya qədər uzanacaq".
Bu sözləri Cavid Qurbanov ötən ilin sonlarında Bakı-Gəncə sürət qatırının açılış mərasimində bildirdi.
İşlər hələ də davam edir. Maraqlıdır ki, Cavid Qurbanovun gördüyü işlər artdıqca onun haqda hədyan yazan dırnaqarası media mənsubları da çoxalır. Müxalifətçilərin yazması yenə anlaşılandır. Oldu-olmadı tənqid etməlidirlər. Xaricdəki ağaları bunu tələb edir.
Bəs Azər Həsrət kimi özünü iqtidara yaxın SAYAN ADAMLARIN AMACI NƏ?
Deyir ki, Cavid Qurbanov ancaq kəlbəcərlilərin deputatıdır.
Xeyir, o millət vəkilidir. İstənilən ölkə vətəndaşının vəkili. Lakin çoxlarından fərqli olaraq ilk növbədə onu seçən, qarşısında söz verdiyi kəlbəcərlilərin problemi ilə məşğul olur. Ayrı necə olmalıdır.
Aprelin 26-da Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ev sahibi Xaçmaz rayonu olub.
Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Parkında baş tutub.
Mədəniyyət bayramında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi və yüzlərlə xaçmazlılar da iştirak ediblər.
İki hissədən ibarət olan yaradıcılıq festivalının rəngarəng proqramını yadda qalan edən anlardan biri Qusar Dövlət Ləzgi Dram Teatrının “Dideyar” nənələr qrupunun və Niyazabad Folklor Kollektivin təqdimatında cəhrədə yun əyirmək, xalça toxumaq, səhənglə su daşımaq kimi digər keçmiş dövrlərin məişət işlərinin canlandırılması oldu .
Mədəniyyət bayramını Xaçmaz Xalq Teatrının Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından bir epizodu səhnələşdirilməsi, Şabran Xalq Teatrının aktyorunun təqdimatında dahi Azərbaycan şairi İmaməddin Nəsiminin obrazının canlandırılması və şairin qəzəllərinin ifa edilməsi maraqlı edib. Daha sonra Xınayaxdı Xalq Folklor Kollektivinin ifasında incəsənət nümunələrinin nümayiş etdirilməsi də diqqət mərkəzində olub.
Festival Xaçmaz və Quba Mədəniyyət Mərkəzlərinin pəhləvanlarının müxtəlif maraqlı nömrələri ilə davam edib.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi hissəsində çadırlar qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.
Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımovun hazırladığı sənətkarlıq nümunələri qonaqların diqqət mərkəzində olub.
Daha sonra respublikamızda yeganə çay daşı üzərində oyma ustası Ədalət Pirverdiyevin və dəmir üzərində döymə ustası olan Zeydulla Ağayevin əyani şəkildə hazırladığı sənətkarlıq nümunələri ziyarətçilərin marağına səbəb olub.
Yaradıcılıq Festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb.
Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festival may ayında yekunlaşacaq.