“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda pley-off mərhələsinin cavab matçında Sloveniya “Olimpiya”sını qəbul edəcək.

Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

Səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası

20:00. “Qarabağ” - “Olimpiya” (Sloveniya) (ilk oyun 2:0)

Baş hakim: Alexandro Ernandes (İspaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) avqustun 31-də keçiriləcək “Qarabağ”-“Olimpiya” oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Qurumun baş inspektoru Araz Əsgərli bildirib ki, azarkeşlər oyun keçirilən stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük verməlidirlər:

“Məlum olduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki ərazidə metronun “Gənclik” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.Bir daha əsasən ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - DYP rəsmisi qeyd edib.

“Bu qələbə bizi arxayınlaşdırmamalıdır”.

"Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Sloveniya klubu “Olimpiya”nı 2:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis Bakıdakı cavab qarşılaşmasına daha ciddi hazırlaşacaqlarını bildirib: “Çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı. Hər iki tərəfin düşünülmüş, maraqlı hücumları oldu. Bu, hələ ilk matç idi. “Olimpiya” ilə cavab görüşünə buradakından da ciddi yanaşmalıyıq. Çünki onların potensialları çox böyükdür. İstənilən vaxt təhlükəli vəziyyətlər yaradırlar. Hər an qol vurmaq qabiliyyətinə malikdirlər. Qarşıdakı 90 dəqiqədə hələ xeyli güc sərf eləməli olacağıq”.

Baş məşqçi qələbədə vacib rol oynayan məqamlara toxunub: “Matçın əvvəlində düşündüyümüz pressinqi edə bilmədik. Amma getdikcə oyunu meydanın rəqibə aid hissəsində qura bildik, pressinqimiz pis alınmadı. “Olimpiya”nı qapımıza yaxın buraxdıqda dərhal təhlükə yarada bilirdi. Qələbədə ən vacib komponent kimi bunu qeyd edərdim”.

O, künc nöqtəsindən ötürmə zamanı Kevin Medinanın başla vurduğu qola da münasibət bildirib. Q.Qurbanov oyunu standart vəziyyətlər üzərində qurmadıqlarını vurğulayıb: “Standart vəziyyətlər, oyun quruculuğu, ümumiyyətlə, bütün komponentlər üzərində hazırlaşırıq. Bu gün standart vəziyyətdən daha uğurlu yararlandıq. Deməzdim ki, oyunumuzu sırf bunun üzərində qurmuşduq. Lakin daha çox buna üstünlük vermişdik”.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Ulduz futbolçuları transfer etməklə adından söz etdirən Səudiyyə Ərəbistanı Pro Liqası daha bir sürpriz addım atır.

Offsideplus.az İtaliya mediasına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı administrasiyası Pro Liqada çempion olan komandanın "wildcard" götürməsini və UEFA Çempionlar Liqasında oynamasını istəyir.

Sözügedən ölkə UEFA-ya edəcəyi müraciətdə Çempionlar Liqasında hər komandanın qruplar əvəzinə 8 matç oynayacağı 36 komandalı format təklif edəcək.

Bu yolla ərəblər Çempionlar Liqasında daha çox komandanın iştirak edəcəyini və öz klublarının iştirakına yer aça biləcəklərini düşünürlər.

“Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələrək buna nail olub.

Turnirin III təsnifat mərhələsində iki oyunun yekununda Finlandiya HİK-ni keçən (2:1, 2:1) "köhlən atlar" ən azı UEFA Konfrans Liqasının qrupunda olacaq.

Bu da 2014/2015 mövsümündən başlayaraq ardıcıl 9 dəfə qrupda mübarizə aparan Ağdam klubunun 10-cu uğurunu rəsmiləşdirməsi deməkdir.

“Qarabağ” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HIK-in qonağı olacaq.

“Bolt Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası, III təsnifat mərhələsi

Cavab oyunu

20:00. HIK - “Qarabağ”

Baş hakim. Villi Delajod (Fransa)

Helsinki. “Bolt Arena”

Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Oxu.az xəbər verir ki, Türkiyə çempionu “Qalatasaray” öz meydanında “Olimpiya”nı (Sloveniya) qəbul edəcək. Komandalar arasındakı ilk oyunda “sarı-qırmızılar” inamlı qələbə qazanıblar.

Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiyada AEK-i (Yunanıstan) sınağa çəkəcək. Bu, komandalar arasında ilk matç olacaq. Ötən həftə Yunanıstanda keçirilməli olan görüş azarkeşlər arasında baş tutan qarşıdurma səbəbindən təxirə salınıb.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi (cavab oyunları)

15 avqust

21:00. “Aris” (Kipr) - “Rakuv” (Polşa)

İlk oyun - 1:2

21:00. “Makkabi” (Hayfa, İsrail) - “Slovan” (Slovakiya)

İlk oyun - 2:1

21:00. “Sparta” (Çexiya) - “Kopenhagen” (Danimarka)

İlk oyun - 0:0

21:00. “Molde” (Norveç) - “Klaksvik” (Farer adaları)
İlk oyun - 1:2

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - AEK (Yunanıstan)

22:00. “Qalatasaray” (Türkiyə) - “Olimpiya” (Sloveniya)

İlk oyun - 3:0

22:00. “Baçka Topola” (Serbiya) - “Braqa” (Portuqaliya)

İlk oyun - 0:3

22:30. “Servett” (İsveçrə) - “Reyncers” (Şotlandiya)

İlk oyun - 1:2

22:30. “Şturm” (Avstriya) - PSV (Niderland)

İlk oyun - 1:4

23:00. “Marsel” (Fransa) - “Panatinaikos” (Yunanıstan)

İlk oyun - 0:1

“Sabah” və “Neftçi” klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

“Report”un məlumatına görə, Murad Musayevin baş məşqçisi olduğu komanda Bakıda Serbiya “Partizan”ı ilə qarşılaşacaq. “Bank Respublika Arena”dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

“Ağ-qaralar” isə bu raundun ilk duelində Türkiyə nəhəngi “Beşiktaş”ı sınağa çəkəcəklər. “Neftçi Arena”da oynanılacaq görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

10 avqust

20:00. “Sabah” (Azərbaycan) - “Partizan” (Serbiya)

Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)

“Bank Respublika Arena”

21:00. “Neftçi” (Azərbaycan) - “Beşiktaş” (Türkiyə)

Baş hakim: Lukas Fandrix (İsveçrə)

“Neftçi Arena”

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.

Ali Koç Azərbaycanda "Qalatasaray" azarkeşinin çox olduğunu əsas gətirərək Superkubok matçının Bakıda keçirilməsinin qarşısını almaq üçün TFF-yə müraciət edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə iddia ilə Türkiyəli idman şərhçisi və radio proqramçısı Eyüp Yıldız çıxış edib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatında Super Liqada bəzi matçların Bakıda keçiriləcəyi iddiası yayılmışdı. Hətta bununla bağlı "Qalatasaray"ın prezidenti Dursun Özbeke çoxsaylı suallar ünvanlanmış, o da cavabında məsələyə isti yanaşdıqlarını bildirmişdi.

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Oxu.az xəbər verir ki, ilk oyun günündə yeddi oyun baş tutacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Yunanıstanda AEK-in qonağı olacaq.

Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray” Sloveniyada “Olimpiya” ilə qarşılaşacaq. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” - HIK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

8 avqust

22:00. “Rakuv” (Polşa) - “Aris” (Kipr)
22:00. “Kopenhagen” (Danimarka) - “Sparta” (Çexiya)

22:30. PSV (Niderland) - “Şturm” (Avstriya)

22:45. AEK (Yunanıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya)

22:45. “Klaksvik” (Farer adaları) - “Molde” (Norveç)

23:00. “Olimpiya” (Sloveniya) - “Qalatasaray” (Türkiyə)

23:00. “Braqa” (Portuqaliya) - “Baçka Topola” (Serbiya)

Qeyd edək ki, bu raundun digər üç oyunu avqustun 9-da keçiriləcək.

Xəbər lenti