|
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakı metrosunun gələcək planlarından, hansı ərazilərə metro xətlərinin çəkiləcəyindən söz açıb.
O, bu barədə RTV-yə müsahibə verib.
Bakının Yeni Yasamal, Binəqədi, Yeni Ramana, Şıxov və digər bir sıra ərazilərinə metro xətləri çəkiləcək.
Həmçinin Bəxtiyar Məmmədov metroda gedişhaqqının artırılıb-artırılmayacağı ilə bağlı da məlumat verib.
Ətraflı RTV-nin sujetində:
Laçın rayonu Pircahan və Şəlvə kəndləri yenidən qurulacaq.
Görüləcək işlərlə bağlı layihə-smeta sənədləri hazırlanır.
Hər 2 layihə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərinşaatlayihə DBLKTİ tərəfindən hazırllanacaq.
Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti layihələrlə bağlı ümumilikdə 2 mln 255 min manat ödəniş ediləcək.
Qurban bayramı günləri ərəfəsində paytaxtda yerləşən bəzi satış məntəqələrində ətin qiymətində artım müşahidə olunub.
Bayram ərəfəsində ətə və diri heyvanlara olan tələbatın qiymət artımına gətirib çıxardığı məlumdur. Bəs bayram günlərinin bitməsi ilə ətin qiymətində ucuzlaşma gözlənilə bilər?
İqtisadçı-ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında bu haqda danışıb.
“Hazırda Qurban bayramından sonra ətin qiymətində ucuzlaşma proqnozlaşdırılmır. Bunun səbəbi ölkədə ətə tələbatın yüksək olmasıdır. Tələbatın yüksək olması fonunda bazarda təklif o qədər də çox deyil. Təbii ki, söhbət xırdabuynuzlu heyvan ətindən gedir. Buna görə də ətin ucuzlaşması gözlənilən deyil”.
Ekspert bildirib ki, ətin ucuzlaşmasının gözlənilməməsinin dogər səbəbi isə istirahət mövsümünün başlamasıdır.
“Artıq istirahət dönəminə girmişik, bu dönəmdə də Azərbaycan xalqı olaraq yeməyə meyilli oluruq və elə buna görə qoyun-quzu ətinə tələbat artacaq. Yəni tələbatın və qiymətin artması sadəcə Qurban bayramı ilə əlaqədar deyil. Azərbaycanda 2015-2016-cı ildə ölkədə saxlanılan xırdabuynuzlu heyvan sayı 8600 000-8700 000 qoyun saxlanılırdısa, hazırda bu rəqəm 7.7-7.800 000-ə qədər düşüb. Buna görə də ətin ucuzlaşması gözlənilmir”.
"2024-cü ilin büdcəsinin dürüstləşdirilməsi layihəsində sosial müdafiə xərclərinin azaldılması barədə səslənəın fikirlərin, iddiaların heç bir əsası yoxdur. Hüquqi, iqtisadi-sosial baxımından bu iddialar məntiqsizdir. Görünür iddiaları səsləndirənlər naşı, büdcə anlayışından xəbərsiz adamlardır. Eyni zamanda məkirli şəkildə bu kimi fikirləri yayanların da olması mümkündür".
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dürüstləşdirilmiş gəlirləri 190 milyon manat artıb:
"Gəlirlərin strukturunun dəyişdirilmıəsi nəzərdə tutulur. Belə ki, DSMF-nin gəlirləri bir neçə mənbədən formalaşır. Onlardan biri sosial sığorta haqlarıdır. Digər mənbə isə dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan transfertdir. DSMF-nin də əsas məqsədlərindən biri yavaş-yavaş öz büdcəsini təmin etməklə dövlət büdcəsindən asılılığı aradan qaldırmaqdır. Bununla transfertləri minimuma endirmək mümkün olacaq. Bir zamanlar bu transfertlərin məbləği DSMF-nin büdcəsinin 50 faizinə qədər idi. İndi isə bu rəqəm 20 faizdən azdır. Yeni dürüstləşmədən sonra isə 17 faizə qədər enməsi gözlənilir".
Komitə sədri dövlət büdcəsindən DSMF-yə transfertlərin nə zaman edilməsi məsələsinə də aydınlıq gətirib:
"Dövlət öhdəlikləri olan sosial xərclər mövcuddur. Bu, ölkə başçısının təyin etdiyi təqaüdlər və digər ödənişlərlə bağlıdır. Bəzi kateqoriyaya aid pensiyaçılar var ki, onların ödənişlərinə əlavələr məhz bu qaydada edilir. Vaxtilə pensiyaçıların pensiyasını tam ödəmək mümkün olmurdu. Ona görə də, dövlət büdcəsindən, Dövlət Neftd Fondundan (DNF) DSMF-yə transfertlər edilirdi".
Musa Quliyev son illər aparılan islahatlar nəticəsində ölkəmizdə orta aylıq əməkhaqqının da dəfələrlə artdığını söyləyib:
"Sosial sığorta fondunun büdcəsinə ayırmalar orta aylıq əməkhaqqının məbləğinə bağlıdır. Eyni zamanda sosial sığorta sistemindəki sağlamlaşma, optimallaşdırma tədbirləri həyata keçirilib. Müzdlu əməklə çalışanların sayı artıb. Artıq qeyri-leqal çalışanların sayı azalıb. Leqal yolla çalışanlar vergi və sosial ödəniş sistemində iştirak edir. Bu səbəbdən də sosial sığırta fondunun büdcəsi artıq 7 milyard manata yaxınlaşır. Ona görə də, DSMF-yə transfertin azaldılması tam təbiidir. Ötən ilin sonunda DSMF-nin o cümlədən dövlət büdcəsinin müzakirələri zamanı təklif edilmişdi ki, DSMF-nin gələn il üçün yəni, bu il büdcəsi artırılsın. Təxminən 600 milyon manatlıq artım nəzərdə tutulub. Bu da pensiyaların, sosial müavinətlərin artımına, sanator-kurort, müalicə və s. məsələlərə xərclənir".
Cari ilin yanvar-aprel aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 10 723,6 min ton təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, yüklərin 4 848,8 min tonu və ya 45,2%-i dəmir yolu nəqliyyatı, 3 383,7 min tonu və ya 31,6%-i avtomobil nəqliyyatı, 2 491,1 min tonu və ya 23,2%-i dəniz nəqliyyatı ilə daşınıb.
"Dəhlizlər vasitəsilə daşınmış yüklərin 59,7%-ni və ya 6 403,7 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.
2024-сü ilin yanvar-may aylarında Azərbaycanda 1389 ədəd minik avtomobili istehsal olunub.
Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,2% və ya 193 ədəd azdır.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı da 11,3% azalıb.
Ümumilikdə cari ilin ilk 5 ayında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 297,1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 18,4%, maşın və avadanlıqların istehsalı 19,5% azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 31,3% artıb.
Paytaxt Bakıda 400-ə yaxın park salınıb və hazırda on yeni meqaparkın tikintisi aparılır.
"Report" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Eldar Əzizov Sinqapurda 9-cu Dünya Şəhərləri Sammitində deyib.
Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Bakı şəhəri keyfiyyətcə dəyişib və kreativ şəhərə çevrilib:
"Sinqapurda olarkən özünəinam hissimiz daha da artdı. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı kommunal və bəzi digər sahələrdə Sinqapurdan nəinki geri qalmır, bir sira göstəricilərə görə onu qabaqlayır. Bu gün Bakı şəhəri daha səliqəli və təmizdir. Bunu həm yerli vətəndaşlar, həm də şəhərimizə qonaq gələn çoxsaylı turistlər qeyd edirlər".
Eyni zamanda Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Sinqapurun davamlılıq və ətraf mühit naziri Greys Fu ilə görüşü keçirilib. Eldar Əzizov nazirə Bakı şəhəri haqqında nəşrləri təqdim edib.
Qeyd edək ki, Banqkok, Qlazqo, Şanxay, Praqa, Rotterdam şəhərləri də daxil olmaqla ümumilikdə 87 ölkənin şəhər merlərinin iştirak etdiyi forumun əsas mövzusu şəhərlərin gələcəyi, yaşana bilən və davamlı şəhərlər olub. Sammit çərçivəsində yaşıl enerjiyə keçid, şəhərlərin daha sağlam olması, davamlı gələcək inkişaf və digər bu kimi mühüm məsələlər müzakirə edilib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,3% azalaraq 1,8252 manat, Rusiya rublunun məzənnəsi 0,5% geriləyərək 0,0191 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0525 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir.
Report xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova deyib.
Onun sözlərinə görə, ötən ilin sonunda Azərbaycana çatdırılmış 4 “FLİRT” qatarı artıq tam istismara hazırdır:
“Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir”.
“İstər Ucar, istərsə də Ağdaş rayonları ətrafında 200 minə yaxın sakinə sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq”, – o vurğulayıb.
O, qatarın müasir olmasına da diqqət çəkib:
“Qatarda bar vaqon var, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burda velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlər rahat və təhlükəsiz çatmasına imkan verir”.