|
Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsü sökülüb.
"Söküntü işlərinə mayın 20-dən etibarən başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.
Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin dəyəri bu gün səhər saatlarında 71 min dolları ötüb.
"Bitkoin yanvarın 23-dəki illik minimumu olan 38 505 dollardan 82,3% bahalaşıb.
"Ethereum" blokçeyn şəbəkəsinə qoşulan kriptovalyuta etherin dəyəri isə 13,3% bahalaşaraq 3500 dollara çatıb.
Bahalaşmaya səbəb bu həftə ABŞ-də "Ethereum ETF" (birja ticarəti fondu) tətbiqləri ilə bağlı qərarın verilməsi ilə bağlı gözləntilərdir. Qərarın mayın 23-də açıqlanması gözlənilir.
Belə ki, "Bloomberg"in ETF analitikləri daha əvvəl 25% olaraq elan etdikləri təsdiqləmə ehtimalını 75%-ə qədər artırdıqlarını açıqlayıblar. Bu da kriptovalyutaların qiymətinin artmasına səbəb olub.
Əsas istehsalçı ölkələrdəki siyasi qeyri-müəyyənlik fonunda "Brent" markalı neft bahalaşıb.
"Brent" fyuçerslərinin qiyməti mayın 10-dan bəri ən yüksək həddi olan 84,30 dollara çatdıqdan sonra 0,1 dollar və ya 0,1% bahalaşma ilə bir barel üçün 84,08 dollar həddində qərarlaşıb.
ABŞ-ın Qərbi Texas neftinin (WTI) iyun fyuçersləri isə mayın 1-dən bəri ən yüksək göstəricisi olan 80,23 dollar/barelə yüksəldikdən sonra 80,01 dollara enib.
Bahalaşmaya səbəb isə İran prezidentinin helikopter qəzasında ölməsi və Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın kralın sağlamlıq problemlərini əsas gətirərək Yaponiya səfərini ləğv etməsi olub.
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə "Kamkor Lokomotiv" müəssisəsi arasında imzalanmış müqaviləyə əsasən, əsaslı təmir üçün göndərilmiş manevr teplovozlarından biri Bakıya çatdırılıb. Adıçəkilən TEM2U lokomotivi son 22 ildə ilk dəfə olaraq zavod təmirindən keçib və Biləcəri çeşidləmə parkında yüklərin aidiyyəti üzrə çeşidlənməsi işlərinə cəlb olunacaq.
Müqavilə şərtlərinə uyğun olaraq, indiyədək bu məqsədlə Qazaxıstana 6 lokomotiv göndərilib, əlavə olaraq 5 lokomotivin yola salınması üçün hazırlıq işləri davam etdirilir.
Normalara əsasən, manevr teplovozlarının birinci səviyyəli əsaslı təmiri 7,5 ildən bir, ikinci səviyyəli əsaslı təmiri isə 15 ildən bir həyata keçirilməlidir. Lokomotivlərin uzun müddət istismar olunduğunu nəzərə alsaq, onların vaxtlı-vaxtında təmir olunmaması lokomotivlərin sıradan çıxmasına, aradan qaldırılması mümkün olmayan nasazlıqların yaranmasına səbəb olur.
Hazırda Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin artmasını və gələcəkdə daha da artacağını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə, habelə əsaslı təmirinə ciddi önəm verir.
Lokomotivlərin təmiri üzrə həyata keçirilən işlərin davamı olaraq, 2024-cü il ərzində Qazaxıstana göndəriləcək 11 ədəd manevr teplovozunun və Latviyaya göndəriləcək 4 ədəd ikihissəli lokomotivin bu il Bakıya təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, ADY-nin lokomotiv parkında hazırda 84 ədəd manevr lokomotivi mövcuddur.
Yol-xeber.az" xəbər verir ki, ADY Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əhəmiyyətli dərəcədə artmaqda olan yükaşırmaların daha böyük sürətlə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Astara rayonunda yerləşən yük həyətinin rekonstruksiya işlərini uğurla başa çatdırıb və həmin ərazidə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi tərəfindən gömrük nəzarəti təşkil edilib.
Terminalda aparılmış rekonstruksiya işləri çərçivəsində yük anbarı müasir standartlara uyğun olaraq təmir edilib, əməliyyatların təhlükəsiz və dayanıqlı həyata keçirilməsi üçün zəruri texnikalarla təchiz olunub. Ərazi bütövlükdə tikanlı məftillərlə əhatələnib, 54 ədəd hərəkətli və stabil mühafizə videokamerası quraşdırılıb, tam işıqlandırma təmin edilib, 24 saat mühafizə qurulub və digər bütün təşkilati məsələlər həll edilib. Həmçinin qəbul edilən yüklərin çəkisinin müəyyən edilməsi üçün terminalda tərəzi quraşdırılıb.
5,5 hektar ərazidə yerləşən terminalda Dövlət Gömrük Komitəsi ilə birgə gömrük məntəqəsi yaradılıb, məntəqəyə sürətli internet xətti çəkilib, bütün lazımi avadanlıq və kompüterlər quraşdırılıb. Terminalda ekspeditor şirkətlərinə yeni xidmətlər paketi – multimodal daşıma servisləri təqdim olunur.
Gömrük nəzarəti altında terminala daxil olan yüklər aşırılaraq təyinatı üzrə sürətli şəkildə çıxarılır.
Terminalın əsas üstünlüklərindən biri də qəbul edilən yüklərin daşınması və aşırılması üçün yük sahiblərinə endirimli tariflərin tətbiq olunmasıdır.
İlkin hesablamalara görə, Astara Terminalının işə düşməsi Şimal-Cənub marşrutu üzrə tranzit yükdaşımaları cari ilin sonuna kimi 10-15%-ə qədər artırmağa imkan verəcək.
Hazırda qəbul edilən yüklər arasında ümumi dövriyyənin təqribən 40 faizini təşkil edən taxta yükləri əsas paya sahibdir. Taxıl və taxıl məhsulları 35 faiz göstərici ilə ikinci ən çox qəbul edilən yük növüdür.
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə multimodal daşıma xidmətləri bu günə kimi yalnız ADY-nin İran İslam Respublikasının Astara şəhərində fəaliyyət göstərən terminalında həyata keçirilirdi. Bu terminalın tikintisi barədə saziş 2017-ci ildə imzalanıb, terminalda yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir. Terminalda inşaat işlərinin bu ilin sonunadək tamamlanması planlaşdırılır.
İran ərazisindəki Astara-Rəşt dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra hər iki Astara Terminalı vasitəsilə qəbul edilən tranzit yüklərin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
İran ərazisində 2018-ci ildən fəaliyyət göstərən Astara Terminalında “Astara Terminal” MMC tərəfindən 2018-2023-cü illərdə 2,5 milyon tondan çox yük aşırılıb. Bu dövr ərzində aşırılan yüklərin illik həcmi 3 dəfədən çox artıb – 2018-ci ildə 211 789 tondan 2023-cü ildə 692 402 tona çatıb. 2023-cü ildə qeydə alınan rəqəmlər 2022-ci illə müqayisədə 48 faiz çox olub. 2024-cü ilin dörd ayında isə bu terminalda 284 688 ton yük aşırılıb, nəticədə 2023-cü ilin analoji dövrünə nisbətən 14 faiz artım qeydə alınıb.
ADY-nin tranzit yük daşımaları 2024-cü ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 2 milyon 517 min tona çatıb. Analoji dövrdə Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi ötən ilin dörd ayı ilə müqayisədə 29 faiz artaraq 260 min ton olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş Planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir.
Yol-xeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Ağdam şəhərinin daxili yollarının altı tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı iki-səkkiz ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir.
Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yollar altı-səkkiz hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək.
Qeyd edək ki, hazırda tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissə üzrə aparılır. Bu çərçivədə hazırda sözügedən hissədə tikinti sahəsinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma, torpaq yatağı və kommunikasiya xətlərinin tikintisi işləri həyata keçirilir.
Qeyd edilən hissə üzrə fiziki tərəqqi ümumilikdə 20% təşkil edir.
Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
Dünən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Ağ çiçəyim” mağazasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində gül mağazasının yaxınlığındakı ümumi sahəsi 50 kv.m. olan geyim mağazası, ümumi sahəsi 240 kv.m. olan ikimərtəbəli restoranın damına çəkilmiş 30 kv.m. tent və bitişik içərisində su qızdırıcısı quraşdırılmış 5 kv.m. sahədə dolab və 2 ədəd ötürücü qüllə yanıb.
Bəs həmin obyektlərə dəymiş ziyan necə ödənilməlidir?
Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, həmin obyektin sənədi varsa, bu zaman 2 növ sığorta məhsulu mövcud olmalıdır:
“Bunlardan biri daşınmaz əmlakın icbari sığortasıdır. Əgər həmin obyektdə yanğın baş verərsə, sığorta şirkəti həmin obyekt üçün sığorta kompensasiyasını ödəməlidir”.
Ekspertin sözlərinə görə, digər sığorta növü isə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasıdır:
“Bu da üçüncü şəxslərə dəyən ziyanı ödəyən icbari avtosığortaya bənzəyir. Əgər həmin obyektin sahibi sahibkardırsa və sənədi varsa, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası ilə məcburi olaraq sığorta edilməlidir. Bu zaman digər obyektlərə dəymiş zərər məhz həmin sığorta şirkəti tərəfindən kompensasiya edilir”.
“Sözügedən sığortaların edilməsinə Fövqəladə Hallar Nazirliyi nəzarət edir”, - deyə İ. İbrahimov əlavə edib.
2024-cü ilin iyun ayında ABŞ-da neft hasilatı may ayı ilə müqayisədə sutkada 17 min barel artacaq.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.
Məlumata görə, hasilat maydakı sutkada 9,836 milyon bareldən 9,853 milyon barelə çatacaq.
May ayında faktiki şist neft hasilatı nazirliyin əvvəlki proqnozda gözlədiyi səviyyədən aşağı olub və sutkada 9,863 milyon barelə qarşı 9,836 milyon barel təşkil edib.
Nazirlik neft hasilatının cəmləşdiyi yeddi neftli rayondan üçündə hasilatın artmasını gözləyir. Ən böyük artım Perm hövzəsində proqnozlaşdırılır ki, burada iyunda orta gündəlik şist neft hasilatı sutkada 18 min barel artaraq 6,187 milyon barel təşkil etməlidir.
Qeyd edək ki, Yaxın Şərqdə böhranlı vəziyyətin aradan qalxması neft bazarında qiymətlərin 82-83 dollara qədər düşməsinə səbəb olub. Analitik mərkəzlərdə tələbin ciddi artımı olmasa, qiymətlərin 75 dollara qədər ucuzlaşacağı proqnozlaşdırılır. Bu şəraitdə ABŞ-da hasilatın artması qiymətlərin enməsini sürətləndirə bilər.
Mayın sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şuşadakı "ASAN xidmət" mərkəzinin xidmətlərindən Xankəndi sakinləri də istifadə edə biləcək:
"Ümumilikdə azad olunmuş ərazilərdə, xüsusilə Ağdam, Cəbrayıl, Laçın və Şuşa olmaqla 4 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərəcək".