|
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti yenidən bahalaşıb.
Azərbaycan neftinin 1 barelinin qiyməti 79,83 ABŞ dolları təşkil edir.
Bu, 0,1 ABŞ dolları və ya 0,1% artım deməkdir.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Müxtəlif növ yatırım növləri var. Azərbaycanda ən çox yayılan yatırım növü daşınmaz əmlak, biznes və qızıldır. Qızıla yatırım etmək adəti keçmiş dövrlərdən bu günə qədər aktivdir. Bir çoxları qızıla yatırımın gəlirli olduğunu düşünsə də, bəziləri bunu sadəcə pulunu saxlamaq üçün edir.
Bəs daşınmaz əmlaka yatırım nə qədər qazanclıdır?
Ekspert Nəcəf Allahverdiyev Bizim.Media-ya açıqlamasında yatırımın növlərindən danışıb. O, deyib ki, investisiyanın uğurlu olması insanların niyyətlərindən asılıdır:
“Yatırımı niyə istədiklərinə bağlıdır. Yatırımın fərqli formaları var. Bu formaların hər birinin əsas iki hədəfi olur. Birinci hədəf əldə olan pulları saxlamaq, ikinci isə əldə olan pullardan daha çox qazanc əldə etməkdir. Yatırımdan nə qədər çox qazanc əldə etmək istənilirsə, bir o qədər risklər artır. Əksər hallarda daşınmaz əmlaka edilən yatırım özü-özlüyündə pulun saxlanması baxımından yaxşı investisiya sayılır”.
Qızıla yatırım...
Nəcəf Allahverdiyev deyir ki, qızıla yatırımla qazanc əldə etmək olmur:
“Qızılın son dövrlərdə qalxmaq tendensiyası var. Müsbət cəhəti odur ki, fors-major hallar üçün qızıl əlverişlidir, çünki satmaq çox rahatdır. Qızıla qoyulan investisiyanın çatışmayan cəhəti ondan ibarətdir ki, qızılın qiyməti qalxsa da, sadəcə olaraq sizi inflyasiyadan qorumuş olur. Məsələn, əgər siz bu gün bəlli bir məbləğə qızıl alırsızsa, qızılın qiyməti qalxdıqdan sonra siz həmin miqdar qızılı aldığınızdan daha baha sata bilərsiz. Amma nəzərə alın ki, ümumiyyətlə qiymətlər qalxıb və həmin məbləğ faktiki olaraq sizə gəlir gətirmiş olmur. Sadəcə sizi inflyasiyadan qoruyur”.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
"Yol-xeber.az" bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar avqustun 7-də saat 09:15-də Bakıdan Ağstafaya, avqustun 8-də isə saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Xəbər verdiyimiz kimi, bu gün Xətai rayonu ərazisində “Cavanşir” körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışı baş tutub.
Yol-xeber.az xəbər verir ki, Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və tıxac probleminin nisbətən azaldılması məqsədilə salınan yol dörd hərəkət zolaqlıdır.
Yolun uzunluğu 400 metr təşkil edir.
Qeyd edək ki, Xətai rayonu ərazisində Üzeyir Hacıbəyov küçəsində yerləşən və 1962-ci ildə istismara verilən “Cavanşir” körpüsü yükgötürmə qabiliyyətini itirdiyindən sökülüb. Həmin ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə cavab vermədiyi nəzərə alınaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilmişdi.
Uzunluğu 202 metr, eni 17,3 metr təşkil edən 12 aşırımlı “Cavanşir” körpüsü sökülərək, yerində şəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri həyata keçirilib.
Yeni yol həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda “Cavanşir” körpüsünün ərazisində yeni yolun inşasını yekunlaşdırmaq üzrədir.
Yol-xeber.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, “İnşaat Norma və Qaydaları”na əsasən aparılan işlər çərçivəsində ərazidə körpünün sökülməsi, sökülmüş hissələrin ərazidən daşınması işləri görülüb. Daha sonra ərazidə yararsız qrunt qazılaraq çıxarılıb, kommunikasiya xətləri köçürülüb, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağı inşa edilib.
Layihəyə uyğun olaraq yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yolun və əsas yola birləşən giriş-çıxış yollarının tikintisi üçün yol əsasının inşası da yekunlaşdırılaraq asfaltlanma işləri yerinə yetirilib.
Aparılan işlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Belə ki, layihə boyu yeni piyada səkilərinin tikintisi icra olunub. Hazırda piyada səkilərinin və yolun hərəkət hissəsinin kənarlarına yeni səki daşlarının düzlüməsi, səkilərin tamet daşlarla örtülməsi işləri də aparılır.
Bundan başqa layihəyə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ayrıcı zolaqlarda və yol kənarlarında əlavə abadlaşdırma işləri görür, münbit torpaq qatı verərək yeni yaşıllıq ərazilər salır.
Bakının Xətai rayonunun Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan "Cavanşir" yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib. Sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyi nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,01% artaraq 1,8461 manat, Rusiya rublunun məzənnəsi 1% geriləyərək 0,0198 manat, Türkiyə lirəsi 0,6% bahalaşaraq 0,0516 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
Maliyyə Nazirliyi “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliyi tərəfindən iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edir.
Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.
"8 ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür", – açıqlamada qeyd olunub.
Bildirilib ki, dövlət qurumu "əvvəlki qiymətləndirmələrdə beynəlxalq kredit reytinq agentliklərini ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirməkdə qınamışdı".
"Sevindirici haldır ki, artıq “Fiç Reytingz” ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə dair qərar qəbul etmişdir. Ümidvarıq ki, digər beynəlxalq kredit reyting agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər", – Maliyyə Nazirliyinin açıqlamasında diqqətə çatdırılıb.
Xatırladaq ki, “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb.
Bir müddət əvvəl sökülən Cavanşir körpüsü ərazisində son vəziyyət açıqlanıb.
“ATV xəbər” xəbər verir ki, burada işlər sürətlə davam etdirilir.
Artıq asfaltlanma işləri tamamilə yekunlaşıb. Hazırda kommunikasiya xətləri çəkilir və ərazidə yaşıllıq salınır. Aparılan işlər həm nəqliyyat vasitələri, həm də piyadaların ərazidə rahat hərəkətini təmin edəcək.
Yeni yol təxminən 3 aya istifadəyə veriləcək.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,2% artaraq 1,8459 manat, Rusiya rublunun məzənnəsi 1,5% irəliləyərək 0,0200 manat, Türkiyə lirəsi 0,4% ucuzlaşaraq 0,0513 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
"Elektron siqaret, qəlyan və onların əvəzedicilərini satanların marjasından asılı olaraq qiymətlər hər ədəddə 1.50- 2 manat arası arta bilər”.
Bunu Valyuta.az-a iqtisadçı Xalid Kərimli Azərbaycana gətirilən tütün və alkaqollu məhsulların bəziləri üçün aksiz dərəcələrinin artırılması haqqında danışarkən deyib.
O, bildirib ki, bu məhsulların hər ədədi üçün aksiz vergisinin 0,25 manatdan 2 manata qaldırılması sahibkarın xərcinin artması deməkdir: "Bu isə əhəmiyyətli artımdır. Ona görə qiymətlərə mütləq şəkildə təsir göstərəcək. Belə məhsullar adətən tam qiymətə satıldığına görə güman edirəm ki, bu siqaretlərin qiyməti ən azı 2 manat bahalaşacaq”.
Qeyd edək ki, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən Azərbaycana gətirlən tütün məhsulları və alkaqolluiçkilərlə yanaşı birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.