Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,06% artaraq 1,8408 manat, Rusiya rublunun məzənnəsi 1% irəliləyərək 0,0193 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0521 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

d

Yol-xeber.az" xəbər verir ki,   Nazirlər Kabineti ümumi və qeyri-ümumi istifadədə olan dəmiryol nəqliyyatının fəaliyyətinin təşkilati əsaslarını müəyyən edən “Dəmiryol nəqliyyatı haqqında Nizamnamə”ni təsdiq edib.
 Nizamnamədə dəmiryol nəqliyyatının fəaliyyətinin əsas prinsipləri kimi təhlükəsizlik, keyfiyyətlilik, əlçatanlıq, sərnişinlərin sağlamlığı, ətraf mühitin mühafizəsi və bir sıra digər məsələlər müəyyən edilib.

s

 Yol-xeber.az" xəbər verir ki,  Məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteynerdən ibarət qatar 28 iyunda Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu ilə İstanbul şəhərinə yola düşüb.
Hazırda Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən keçməklə Çin və Avropa arasında yükdaşımalar bir neçə istiqamət üzrə həyata keçirilir.


Yol-xeber.az" xəbər verir ki,   "Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2024-cü ilin yanvar-iyun aylarında 3 849 804 sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.
Bu ilin 6 ayında Abşeron dairəvi dəmir yolu xətti üzrə 3 666 518 sərnişin (ötən ilin analoji dövrü ilə müqayisədə 19 faiz çox), Bakı-Ağstafa-Bakı marşrutu üzrə 160 799 sərnişin (30 faiz çox), Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 22 487 sərnişin (149 faiz çox) mənzil başına təhlükəsiz çatdırılıb.

Göstərilən dövrdə Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarda doluluq səviyyəsi 92 faiz (ötən ilin 6 ayında 90 faiz), Bakı-Qəbələ-Bakı marşrutu üzrə 61 faiz (ötən ilin eyni dövründə 50 faiz) təşkil edib.

Bununla yanaşı, Bakı-Qəbələ-Bakı istiqamətində səfər edən sərnişinlərin 10 faizindən çoxu, Bakı-Ağstafa-Bakı marşrutu üzrə isə 7 faizindən çoxu əcnəbi turistlər olub.
14 iyun tarixindən etibarən Bakı-Ağstafa-Bakı xətti üzrə istismara yeni qəbul edilmiş 2 yeni “Stadler” qatarı ilə son 17 gün ərzində 16 mindən çox sərnişin daşınıb.
İlin ilk 6 ayında sərnişindaşıma üzrə ümumilikdə 9265 reys həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz (ötən il 7610 reys) çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun ayları üzrə sərnişindaşıma proqnozu artıqlaması ilə, yəni 100,99 faiz yerinə yetirilib.

Təhlükəsizliyi özünün başlıca dəyəri hesab edən ADY sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılmasını səmərəli şəkildə təşkil edir, xidmət keyfiyyətini yüksəldir, cəmiyyətin həssas təbəqəsi üçün nəqliyyatda əlçatanlığı təmin edir, qatar personalının bilik və bacarıqlarının beynəlxalq səviyyədə artırılmasını uğurla həyata keçirir.

Baş nazir dəmiryol nəqliyyatı ilə bağlı qərar imzaladı

Nazirlər Kabineti "Dəmiryol nəqliyyatı haqqında Nizamnamə"ni təsdiq edib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Nizamnamə ümumi və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının fəaliyyətinin təşkilati əsaslarını müəyyən edir.

Ümumi istifadədə olan dəmiryol nəqliyyatı xidmətlərinin tarifləri, normativ hüquqi aktlarla müəyyən edilən məhdudiyyətlər və digər tələblər barədə məlumatlar ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunun sahibi (bundan sonra - infrastruktur sahibi) və daşıyıcı tərəfindən onların internet informasiya ehtiyatında, qeyriümumi istifadəli dəmiryol nəqliyyatının fəaliyyətinin və ya daşıma prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsini təmin edən dəmir yollarının, dəmiryol stansiyalarının, elektrik təchizatı tikili və qurğularının, rabitə şəbəkələrinin, siqnalizasiya, mərkəzləşmə və bloklama sistemlərinin, informasiya komplekslərinin, hərəkəti idarəetmə sistemlərinin, digər bina, tikili, meydança, qurğu, qoruyucu tikili və avadanlıqlarların (bundan sonra - qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatı obyektləri) sahibləri tərəfindən isə onların internet informasiya ehtiyatında və ya elan lövhələrində yerləşdirilir.

Sifarişlər (dövlət sirri təşkil edən məlumatların olduğu sifarişlər istisna olmaqla) infrastruktur sahibi və daşıyıcı tərəfindən onların internet informasiya ehtiyatı üzərindən qəbul olunur.

Nizamnamədə istifadə olunan anlayışlar “Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”nda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Bakı-Sumqayıt istiqamətində sərnişindaşıma xidmətinin tarifi yenilənib

Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobuslarında sərnişindaşıma xidmətinin tarifi yenilənib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Belə ki, sözügedən istiqamət üzrə gedişhaqqı 70 qəpik müəyyən edilib.

 

 

 
Füzuliyə müntəzəm reyslər açılır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq. Belə ki, aviaşirkət iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər yük daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan Respublikasının vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.

Avtobus və metroda sərnişin daşımanın qiyməti DƏYİŞDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.

Bu barədə nazirlikdən bildirilib.

Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;

Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik.

Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib (əlavə olunur). Lakin Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 50 qəpik müəyyən edilib.

Bakının bu ərazisində evlər sökülür - Park salınacaq

Paytaxt ərazisində yeni park salınacaq.

Bu barədə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib. Pənah İmanov bildirib ki, abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonunda da müxtəlif tədbirlər görülür:
"Ərazidə qəzalı vəziyyətdə olan bir neçə ev sökülüb. Sözügedən ərazidəki tikililər paytaxtın estetik görkəminə xələl gətirirdi".

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:



Yol-xeber.az" xəbər verir ki, Ötən ilin eyni dövrü ilə müqayisədə ən böyük artım Bakı-Ağstafa-Bakı marşrutu ilə səfər edən sərnişinlərin sayında qeydə alınıb.
Bu il bayram günləri münasibətilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilmədiyindən sərnişin sayı ötən ilə nisbətən az olub.

Xəbər lenti