![]() |
|
Dünya birjalarında neft bahalaşıb.
“Yol-xeber.az” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,28 dollar və ya 0,34% artaraq 82,84 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,29 dollar və ya 0,37% artaraq 79,22 dollar təşkil edib.
Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
Yol-xeber.az bu barədə AZAL-a istinadən xəbər verir.
"Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - deyə aviaşirkət bəyan edib.
"Yol-xeber.az"ın məlumatına görə, bu, yeni hazırlanan "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin ilkin variantında əksini tapıb.
Layihədə qeyd edilib ki, məhsulların dövlət qeydiyyatının aparılmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
Məhsulların qeydiyyatının aparılması məqsədi ilə götürülmüş nümunələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqinin aparılması üçün qida biznesi subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulur.
Prezident İlham Əliyev Xızı rayonunun Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Yol-xeber.az xəbər verir ki, sərəncamla Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon (altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bizim Instagram səhifəmizə abunə olun
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
"Yol-xeber.az"ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,08 ABŞ dolları və ya 3,83% artaraq 83,56 dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Yol-xeber.az" xəbər verir ki, avronun məzənnəsi 0,02% artaraq 1,9716 manat, Rusiya rublunun məzənnəsi 0,4% artaraq 0,0234 manat, türk lirəsi 0,1% bahalaşaraq 0,1920 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Bu barədə Yol-xeber.az-a “Azərenerji” ASC-dən məlumat verilib.
Belə ki, ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra fəaliyyəti davam edir.
Həmin görüntüləri təqdim edirik:
Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulub.
Yol-xeber.az xəbər verir ki,təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak edib.
Oktyabrın 3-də Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
Yol-xeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına “Suqovuşan-1” stansiyasında görülən işlər barədə məlumat verib.
Bildirilib ki, “Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin oktyabrın 3-də işğaldan azad etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki “Suqovuşan-1” və “Suqovuşan-2“ Kiçik Su Elektrik Stansiyalarının ümumi gücü 7,8 meqavatdır. Erməni qəsbkarları döyüşlər zamanı 4,8 meqavat gücündə “Suqovuşan-1” və 3 meqavat gücündə “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Həmçinin döyüşlər zamanı bu elektrik stansiyalarına ciddi ziyan dəyib və nəticədə onlar tamamilə yararsız vəziyyətə düşüb.
Prezident İlham Əliyev və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyası ilə də tanış olub.
Diqqətə çatdırılıb ki, hər iki stansiya əsaslı şəkildə yenidən qurulub, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənib. “Suqovuşan-2” stansiyasında ildə 8,7 kVt/saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub.
Dövlətimizin başçısı stansiyaları işə salıb.
Qeyd edək ki, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq. Həmçinin burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.
Sonra Prezident İlham Əliyev Suqovuşan su anbarında görülən işlərlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
Yol-xeber.az xəbər verir ki, Tərtərin Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək. Bu yolun istifadəyə verilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq. Yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.