![]() |
|
Bu ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 105,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106%, qeyri-ərzaq məhsulları üzrə 104,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 % təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8%, əvvəlki ilin sentyabr ayına nisbətən 108,5% təşkil edib.
2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6%, əvvəlki ilin sentyabr ayına nisbətən 110,4% təşkil edib.
Türk lirəsi xarici valyutalar qarşısında sürətlə ucuzlaşır.
“Yol-xeber.az”ın xəbərinə görə, lirə manat qarşısında da tarixi minimumlarını yeniləyir.
Belə ki, bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1881 manat olub. Bu yeni tarixi minimumdur və ötən günün rəsmi məzənnəsi ilə müqayisədə 1,1% azalma deməkdir.
Qeyd edək ki, bu gün səhər saatlarında lirə dollar qarşısında da rekord ucuzlaşma nümayiş etdirib.
Türkiyə Mərkəzi Bankında iki sədr köməkçisinin və bir Pul Siyasəti Şurası üzvünün vəzifəsindən azad edilməsi xəbərinin ardından dollar 9,09 lirədən 9,17 lirəyə qalxaraq rekord qırıb.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti kotirovka sorğusu elan edib.
"Yol-xeber.az"ın məlumatına görə, sorğu Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, ev 7 və 9 ünvanlarında yerləşən qəzalı yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi ilə əlaqədar daşınmaz əmlakın qiymətləndirilməsinə dair xidmətin göstərilməsi məqsədilə keçirilir.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 13.10.2021-ci il saat 14:00-dan 27.10.2021-ci il saat 15:00-dək qəbul olunur.
"Biz əsasən diqqətimizi Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəltmişdik".
"Yol-xeber.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
"Ötən ilin sonuncu günü – dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək. Yəni, bu iş artıq başa çatdırılıb. İndi isə biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik. Bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi planlaşdırırıq. Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq", - dövlət başçısı bildirib.
Sabahdan "Dəmir Bank" ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorlarına növbəti dəfə ödəniş ediləcək.
"Yol-xeber.az"ın məlumatına görə, bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) kreditorlara müraciətində deyilir.
Məlumata əsasən, ödəniş nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlar ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim edə bilərlər.
Azərbaycan vətəndaşları bir sıra ölkələrə vizasız gedib-gəlmək hüququna malikdir.
Bu barədə Yol-xeber.az-a Xarici İşlər Nazirliyindən məlumat daxil olub.
Qeyd edək ki, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
I QRUP
II QRUP
III QRUP
Bundan əlavə, hazırda aşağıda qeyd edilən ölkələr tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:
- Əsaslı təmir edilib – 7 küçə
- Əsaslı təmir edilmiş küçələrin uzunluğu – 11900 metr
- Əsaslı təmir işlərinin aparıldığı sahə - 65970 kv.metr
- Əsaslı təmir zamanı küçə və yollara düzülmüş səki daşları - 7000 p/metr
- Kanalizasiya lyukarının yenisi ilə əvəz olunması - 80 ədəd
- Üfiqi nişanlanma xətlərinin çəkilişi işləri - 11550 p/metr
- Orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu – 3580 metr
- Orta təmir işlərinin aparıldığı sahə - 23560 kv.metr
YOLUNUZ AÇIQ OLSUN...
- Əsaslı təmir edilib – 7 küçə
- Əsaslı təmir edilmiş küçələrin uzunluğu – 11900 metr
- Əsaslı təmir işlərinin aparıldığı sahə - 65970 kv.metr
- Əsaslı təmir zamanı küçə və yollara düzülmüş səki daşları - 7000 p/metr
- Kanalizasiya lyukarının yenisi ilə əvəz olunması - 80 ədəd
- Üfiqi nişanlanma xətlərinin çəkilişi işləri - 11550 p/metr
- Orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu – 3580 metr
- Orta təmir işlərinin aparıldığı sahə - 23560 kv.metr
YOLUNUZ AÇIQ OLSUN...
2021-ci ilin 3 rübündə dünya üzrə minik avtomobili istehsalı 7,1 milyon ədəd azalıb.
“Yol-xeber.az”ın məlumatına görə, bu barədə Londonun “IHS Markit” məlumat mərkəzinin hesabatında qeyd olunub. Məlumata əsasən, cari ildə avtomobil istehsalı üzrə proqnoz 6,2% azaldılaraq 75,8 milyon ədədə endirilib. Problemin əsas səbəbi kimi qlobal çip çatışmazlığı göstərilir.
Artıq bir sıra dünya avtomobil nəhəngləri sözügedən problemdən irəli gələrək istehsalı azaltmaq qərarına gəlib. Belə ki, Yaponiyanın avtomobil nəhəngi “Nissan” bu ay Meksikadakı iki zavodunda istehsalı dayandıracağını, Almanyanın avtomobil şirkəti “Volkswagen” Volzburq şəhərində yerləşən ən iri zavodunda oktyabr ayının ilk iki həftəsində iş saatlarını azaldacağını, ABŞ-ın avtomobil nəhəngi “General Motors” isə Şimali Amerikadakı istehsalını 1 aylıq dayandıracağını açıqlamışdı.
Eləcə də, “Toyota Motor” şirkəti qlobal avtomobil istehsalının illik müqayisədə avqustda 16,2% azaldığını, “Ford” isə ABŞ-dakı satışlarının 33,1% aşağı düşdüyünü bildirmişdi.
ABŞ-ın elektromobil istehsalçısı “Tesla”nın rəhbəri İlon Mask da öznövbəsində elektron çip böhranının şirkətin böyüməsinə mane olduğunu söyləmişdi.
Məlumdur ki, istehsalın azalması və təklifin aşağı düşməsi qiymətlərə də öz təsirini göstərir. Bəs sözügedən çip böhranının Azərbaycan avtomobil bazarına təsirləri necə olacaq?
Məsələ ilə bağlı “Ölkə.az”a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bildirdi ki, hazırda dünyada çip qıtlığı davam edir. Bu çip qıtlığı bütün texnoloji həllərə, avadanlıq istehsalına öz təsirini göstərir:
“Çip qıtlığı informasiya texnologiyaları məhsullarının qiymətini artırır. Bu istiqamətdə hələ ki proqnozlar çox olsa da, dəqiq məlumat yoxdur. Burada əsas məsələ spesifikdir və resurs məsələsidir. Çünki pandemiya dövründə bir müddət çip istehsalı dayandı və uzun müddətdən sonra başladı, bu da balansın pozulmasına səbəb oldu”.
Ekspertin sözlərinə görə, dünya bazarında təklifin aşağı düşdüyünü nəzərə alsaq, bu zaman qiymətlərdə artım olacağını deyə bilərik: “Həmçinin bu dövrdə çip qıtlığının daha da artacağı gözlənilir. Bu gün bazarda bir sıra elektron əşyaların qiyməti 2 dəfə, bəziləri isə 3 dəfə bahalaşıb”.
“Azərbaycana gəlincə isə, bütün ölkələr kimi Azərbaycan da dünya avtomobil bazarındakı payı qədər bu təsirə məruz qalacaq”, - deyə E. Abbasov əlavə edib.
Avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev isə “Ölkə.Az”a açıqlamasında bildirdi ki, bir çox elektronika istehsalçısı olan qabaqcıl şirkətlərin istehsal müəssisələrini Çində qurması əsas təsiredici faktorlardan biridir:
“Pandemiya başladığı vaxtdan bu günə qədər həmin istehsalçı şirkətlərin demək olar ki, hamısı istehsal prosesini tam olaraq dayandırdı. Bir müddət sonra isə bəziləri qismən fəaliyyətlərini bərpa etdilər. Bu səbəbdən dünyanın nəhəng avtomobil istehsalçılarının istehsal prosesini tamamlaya bilməmələri böyük bazara sahib olan ölkələrdə avtomobilə olan tələbatın tam ödənilməməsinə gətirib çıxardı. Tələbin çoxluq təşkil etməsi isə ABŞ və Avropanın bir çox ölkələrində qiymət artımına səbəb oldu.
Nəzərə alsaq ki, ABŞ və Avropa ölkələrində utilizasiya proqramı həyata keçirilir və köhnə, istifadəyə yararsız avtomobillər ölkədən çıxarılır, bunun özü də həmin ölkələrdə yeni avtomobilə tələbatı artırır”.
Ekspertin sözlərinə görə, Azərbaycana gətirilən avtomobillərdə qiymət artımı əsasən Çindən gələn avtomobillərdə daha çox hiss olunur: “2019-cu ilin müvafiq dövrü ilə müqayisədə konteynerlərin qiymətində 35-40% artım olduğundan bu da öz növbəsində avtomobilin satış qiymətinə təsir edir. Yol və daşınma xərcləri artdıqca avtomobilin qiyməti də artır. Həmçinin qiymət artımına gömrük amilidə təsir edir”.
“Ölkəmizim avtomobil bazarı təəssüflər olsun ki, ikinci əl, yararsız avtomobillər ilə yüklənməkdədir. Bu səbəbdən də əhali daha çox köhnə avtomobil alır. Sözsüz ki, alınan avtomobillər bir müddət sonra alıcıya böyük problemlər yaşadır”, - deyə E. Əliyev əlavə edib.
Qeyd edək ki, çip böhranının davam etməsi və avtomobil idxalı ilə bağlı daşınma xərclərinin artımı qiymətlərdə bahalaşmanın davam edəcəyini deməyə əsas verir.
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları su ehtiyatları baxımından çox zəngindir”.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.
Bununla belə, onun sözlərinə görə, bu ərazilərdə yerləşən transsərhəd çaylar (Araz, Bəsitçay, Oxçuçay) 30 illik işğal dövründə ekoloji nəzarətdən kənarda qalıb: “Bu çaylarda aparılan monitorinqlər həmin axınların Ermənistan ərazisində çirklənməyə məruz qaldığını göstərir. Həmin ərazilərdə 14 çay, 9 su anbarı yerləşir. Oradakı yerüstü və yeraltı su ehtiyatlarından həm içmək, həm də aqrar sahədə istifadə etməklə bağlı zəngin potensial var. Ərazidəki su obyektlərinin səmərəli istifadəsi ilə bağlı dövlət nəzarəti təşkil edilir. Su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı fəaliyyət bərpa olunub. İşğal nəticəsində sıradan çıxmış hidrometeoroloji məntəqələrdə tezliklə müasir avtomot sistemlərinin tətbiqi ilə müşahidələrin bərpası planlaşdırılır. Bu il avtomat hidroloji stansiyasının qurulması nəzərdə tutulur". Report
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
"Yol-xeber.az"ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,11 ABŞ dolları və ya 1,31% artaraq 85,89 dollar təşkil edib.