![]() |
|
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İyirmi doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş vəsaitin 8,0 (səkkiz) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2021-ci il
Senyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus "QARABAĞ" adını daşıyan ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib. Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.
Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün dayanacaq inşa edilib. Həmçinin, Füzuli Beynəlxalq Hava Limanını “Zəfər Yolu” və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir.
Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının, perronun və yönəldici yolların tikintisini “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyət həyata keçirib. Mətbuat nümayəndələrinə müsahibəsində şirkətin baş direktoru Kamil Əliyev bildirib ki, inşaat işlərinə 2021-ci ilin yanvar ayında başlanılıb. “Ümumi işlərin 95 faizi tamamlanıb. İndi yekun işlər gedir. Tikinti zamanı ərazidə minalardan təmizlənmə işləri aparılırdı. Eyni zamanda, tikintinin aparılması üçün heç bir infrastruktur yox idi. Biz infrastrukturu da yaratmışıq. Bizim üçün böyük şərəfdir ki, bu gün ilk sınaq reysini qəbul etmişik. Növbəti hədəflər isə Zəngilan və Laçın hava limanlarıdır”.
Azərbaycanda bəzi firmalar çörəyin qiymətini artırıb.
“Bahalaşma əsasən “Çörəkçi” və “Nömrə 1” çörək firmalarının qiymətində müşahidə olunub.
“Nömrə 1” çörək zavodunun satış departamentinin müdiri Rahim Nizaməddinov “Ölkə.Az”a açıqlamasında qiymət artımını təsdiqləyib. Şirkətin nümayəndəsi bildirib ki, qiymət artımının səbəbi əsasən unla bağlıdır:
“Unun qiymətindəki artım bahalaşmanın əsas səbəblərindən biridir. O cümlədən, çörək məhsullarının hazırlanmasında istifadə olunan yağ və şəkər tozunun, çörəklərin daşınması üçün istifadə olunan paketlərin qiymətində artım var. Eləcə də, ilin əvvəlində dizelin bahalaşması da çörəklərin daşınma xərclərinin artmasına səbəb olub. Çünki biz məhsullarımızı dizel avtomobilləri ilə marketlərə çatdırır və paylanmasını həyata keçiririk”.
R. Nizaməddinovun sözlərinə görə, şirkətin 700-ə yaxın işçisi var və onların əmək haqqı təminatı, ixtisarının qarşısının alınması üçün qiymət artımına gedilib.
“Nömrə 1” çörək firmasının 4 növ çörək məhsulunda 10 qəpik, digər çörək növlərində isə 5 qəpiyə yaxın qiymət artımı olub.
“Çörəkçi” firmasından isə bildirildi ki, qiymət artımı xammalın bahalaşması ilə bağlıdır: “Un və buğda qiymətində artım maya dəyərini artırıb və bu da qiymət artımı qərarının verilməsinə səbəb olub. Lakin hər mağazanın qiyməti hansı həddə artırdığı ilə bağlı məlumatımız yoxdur”.
Qeyd edək ki, “Nur”, “Xırdalan” və digər çörək firmaları qiymətdə hər hansı artım etmədiklərini bildirdilər.
Mənbə ölkədə qiymət artımı ilə əlaqədar olaraq ölkəmizə idxal olunan “A-98 Super” və “A-95 Premium” yanacaq növlərinin qiymətində bahalaşma baş verib.
Bunu açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.
Qeyd edək ki, sentyabr ayının 15-dən etibarən “A-98 Super” və “A-95 Premium” markalı yanacaq növlərinin qiymətində artım baş verib. Beləliklə “A-98” 1,90 manata, “A-95” isə 1,60 manat satışı həyata keçirilir.
- Əsaslı təmir edilib – 14 küçə
- Əsaslı təmir edilmiş küçələrin uzunluğu – 9500 metr
- Əsaslı təmir işlərinin aparıldığı sahə - 116093 kv.metr
- Yeni tikilmiş və bərpa edilmiş piyada səkiləri - 18792 kv.metr
- Əsaslı təmir zamanı küçələrə düzülmüş səki daşları - 12658 p/metr
- Kanalizasiya lyukarının yenisi ilə əvəz olunması - 111 ədəd
- Orta təmir işlərinin aparıldığı küçələrin uzunluğu – 2005 metr
- Orta təmir işlərinin aparıldığı sahə - 19062 kv.metr
- Üfiqi nişanlanma xətlərinin çəkilişi işləri - 20370 p/metr
#AAYDA #YolunuzAçıqOlsun #YolTikintisi #RoadConstruction #KüçəTəmiri
2021-ci ilin 6 ayı üzrə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1,9 mlrd. dollar və ya ÜDM-in 8%-ni təşkil edib.
Yol-xeber.az-ın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur (2020-ci ilin 6 ayı üzrə 598,2 mln. dollar profisit).
Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nəzərən 40,7% artaraq 4,6 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 1,8% artaraq 2,7 mlrd. dollar məbləğində olub.
Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır.
Yol-xeber.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda bu istiqamətdə hazırlıq işləri görülür:
"Bənövşəyi xətt üzrə 4-cü olacaq və şərti adı "B4" adlandırılan stansiyanın tikintisi ilə bağlı məsələlər gündəmdədir. Bu istiqamətdə tədbirlər görülür.
Stansiya ərazisində inşaatın ilkin hazırlıq işləri görülüb. Artıq bu işlər sürətləndirilib. Bu stansiyanın da platformaları 7 vaqonluq olacaq.
Yeni tikiləcək stansiyada elevatorlarla yanaşı, liftlər də quraşdırılacaq. Yaxın vaxtlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
Xatırladaq ki, yeni metro stansiyası Bakının Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək.
“Səba” ASC səhmdarlarının növbədənkənar ümumi yiğıncağı keçinləcək.
Ölkə.Az-ın məlumatına görə, yığıncaq 29 oktyabr 2021-ci il saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, I ünvanında cəmiyyətin inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə cəmiyyətin 2020-ci il üzrə maliyyə hesabatının təqsdiqlənməsi, Bankdan dövriyyə vəsaitlərinin artırılması məqsədilə cəlb edilmiş kreditin taminatı qismində cəmiyyətə məxsus əmlakın bankın xeyrinə sonrakı ipotekaya qoyulması, dövriyyə vəsaitlərinin artırılması məqsədilə bankda kredit xəttinin açılma və kreditin təminatı qismində cəmiyyətə məxsus əmlakın bankın xeyrinə sonrakı ipotekaya qoyulması, həmçinin bu əmlakın yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüququnun müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə sonrakı girov müqaviləsinə əsasən bankın xeyrinə girova qoyulması, “Səba” ASC-nin yeni törəmə şirkətinin tasis edilməsi, “Səba” ASC-nin Direktorlar Şurası barədə və digər məsələlər daxildir.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,1% artaraq 2,0089 manat, Rusiya rublunun məzənnəsi 0,4% irəliləyərək 0,0234 manat, türk lirəsi 0,35% bahalaşaraq 0,2015 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.