![]() |
|
Azərbaycana gətirilən hibrid avtomobilləri vergidən azad edilir.
"Report" məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.
Avropada qazın qiyməti 1000 kubmetr üçün 850 ABŞ dollarını keçib.
"Yol-xeber.az" xəbər verir ki, Hollandiyanın TTF qovşağında dekabr fyuçerslərinin qiyməti günün sonuna kimi 1000 kubmetr üçün 852 ABŞ dollarına yüksəlib. Gün ərzində ümumi qiymət artımı təxminən 8,5% təşkil edib.
Qeyd edək ki, ticarət sessiyasının əvvəlində qazın qiyməti 750 ABŞ dolları olub.
Bundan sonra “Qazprom”un 2022-ci ilin birinci və ikinci rübündə Ukrayna və Polşa ərazisindən qaz nəqli üçün əlavə mənbələrin sifarişindən imtina etməsi xəbəri ilə qiymət yenidən qalxmağa başlayıb.
“Ümumilikdə, oktyabr ayı mənzil bazarı üçün stabil ay oldu. Ciddi qiymət dəyişikliyi müşahidə olunmadı”.
Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, bu ərəfədə mövsüm üçün xarakterik olmayan passiv tendensiya müşahidə olunub:
“Bu səbəbdən oktyabr ayında mənzil bazarı üçün 0,5-1,5%-lik qiymət dəyişikliyi ehtimal olunur. Bu da ümumi bazar üçün orta qiymətlərdə ciddi dəyişiklik hesab olunmur”.
Ekspert həmçinin tikinti bazarında bahalaşmanın mənzil bazarına təsirindən də danışıb. Onun sözlərinə görə, tikinti bazarında materialların qiymətinin artımı tikintidə maya dəyərinə təsir göstərir: “Bu da daha çox fərdi yaşayış evlərinin və ilkin mənzil bazarında çoxmənzilli binaların tikintisində özünü göstərir. Tikinti materialları bazarında qiymət artımı prosesi artıq bir neçə aydır davam edir. Lakin son dövrlər dinamik artımlar dayanıb. Buna baxmayaraq, ilin əvvəli ilə müqayisədə bəzi tikinti materiallarının qiymətində 20-30% dəyişiklik müşahidə olunub. Bu da bütövlükdə tikinti qiymətlərinə təsir göstərir və nəticə etibarilə qiymət artımlarıı baş verir”.
R. Osmanlı əlavə edib ki, tikinti materiallarının 30% bahalaşması torpağın da qiymətindən asılı olaraq fərdi yaşayış evlərinin qiymətində 5-20% qiymət dəyişminə səbəb olur.
Ekspert noyabrda mənzil bazarının gözlənilən vəziyyətinə də toxunub. O vurğulayıb ki, qarşıdakı aylarda, özəlliklə noyabr ayında mənzil bazarında aktivliyin artımı ehtimal olunur. Aktivliyin artımı qiymətlərə də təsir edəcək. Nəticədə, biz oktyabrdan fərqli olaraq noyabrda mənzil qiymətlərində artımı nisbi deyil, dinamik artım kimi görəcəyik. Hesab edirəm ki, bu, minimum 5%-dən yuxarı olacaq”.
"Mərkəzi Bank neftin dünya bazar qiymətinin yüksək olmasının manatın məzənnəsinin potensial möhkəmlənməsi istiqamətində təsir yaratdığını bildirir. Bu ölkəyə daxil olan valyutanın həcminin artması ilə əlaqələndirilir. Baş Bankda bəyan edilib ki, manatın məzənnəsinin möhkəmlənməsinə əhəmiyyətli təzyiq var və bu da Azərbaycanın iqtisadi siyasətinə uyğun deyil".
Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar bayramov deyib. O bildirib ki, bununla yanaşı, neftin qiymətində artımlar davam etsə də, manatın məzənnəsinin xarici valyutalara, xüsusən də dollara nisbətən möhkəmlənməsi inandırıcı deyil. Mərkəzi Bank da manatın möhkəmlənməsində maraqlı görünmür. Əslində bu hal ixrac olunan qeyri-neft məhsullarını xarici bazarlarda daha da bahalaşdıra bilər. Buna görə də, milli valyutanın məzənnəsinin möhkəmlənməsi indiki halda gündəmdə deyil:
"Bütövlükdə, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir".
Millət vəkili qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorlarında xüsusi paya malik olan ölkələrdə, xüsusən də Türkiyədə milli valyutaların məzənnəsində kəskin azalmalar müşahidə olunurdu: "Nəticə etibarilə region ölkələrinin milli valyutalarının ucuzlaşmasına şahid oluruq. Dünya bazarında dolların möhkəmlənməsi prosesi baş verir. Dollar hətta Avropa puluna nisbətən son dövrlər hiss ediləcək dərəcədə möhkəmlənib. Son proseslər də təsdiq edir ki, bu gün qlobal investorlar üçün yığım vasitəsi kimi dollar ən az riskli valyutadır".
"Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də, növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", - deyə deputat əlavə edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
"Avronun məzənnəsi 0,5% artaraq 1,9725 manat, Rusiya rublunun məzənnəsi 0,8% geriləyərək 0,0237 manat, türk lirəsi 0,5% bahalaşaraq 0,1780 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov məlumat verib.
O bildirib ki, bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır.
Bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib.
Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən inflyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən, bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.
Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri dəyişir.
Apa məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılır.
Qanuna yeni 33.1-1 və 33.1-2-ci maddələr əlavə olunması təklif edilib.
Bu maddələrə əsasən, dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün 100 manat rüsum, dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün isə 50 manat rüsum ödəniləcək.
Həmçinin, gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata qaldırılacaq.
Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.
Avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərlə bağlı dövlət rüsumları müəyyənləşib.
"Yol-xeber.az"ın "Report"a istinadən məlumata görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat;
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000;
111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq.
Azərbaycanda mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyənləşib.
Report verdiyi məlumata görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;
Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;
Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;
Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;
Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;
Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.
Qeyd edək ki, yuxarıdakı dövlət rüsumları qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlara tətbiq olunmayacaq.
"Report" məlumata görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;
3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;
4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.