![]() |
|
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb. Məzənnələrə əsasən əksər xarici valyutalar manat qarşısında ucuzlaşıb.
"Avronun məzənnəsi 1,1% azalaraq 1,9632 manat, Rusiya rublunun məzənnəsi 1,2% geriləyərək 0,0239 manat, türk lirəsi 0,73% ucuzlaşaraq 0,1771 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Bu il Azərbaycanda ortaillik inflyasiyanın 6,2%-6,5 səviyyəsində olacağı gözlənilir.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Azərbaycan mərkəzi Bankının sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, 2022-ci il üçün illik inflyasiya proqnozu 5,6% səviyyəsində müəyyən olunub ki, bu da inflyasiyanın hədəf diaopazonundadır.
Baş Bankir həmçinin qeyd edib ki, bu ilin dekbarında isə illik inflyasiya 9,5%-10,5% səviyyəsində gözlənilir.
Hazırda hökumətoin və Mərkəzi Bankın nə bu il, nə gələn il üçün manatın dəyərdən düşməsi planları yoxdur.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, manatın məzənnəsi möhkəmlənmə üzərindədir: "Bu təzyiqin ilin sonuna qədər neytrallaşması gözlənilir. Manatın dəyərdən düşməsi üzərində təzyiq yoxdur".
Manatın dəyərdən düşəcəyi və devalvasiya xəbərlərinə münasibət bildirən baş bankir bildirib ki, şayiələr çoxalıb, lakin mediada bu başlıqların haradan yarandığını anlamaq çətindir: "Bu gün ölkədə fundamental amillər makroiqtisadi sabitliyi təsdiqləyir. Ekspertlər dəqiq analitik əsaslı şərhlər verir. Lakin bəzi hallarda spekulyativ başlıqlar olur".
"Bütün büdcə sənədlərində nəzərdə tutulan rəqəmlər manatın bugünkü məzənnəsi üzərində qurulub", - deyə o əlavə edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, nazir müavini Rövşən Rüstəmovlə ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönmezin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Nazirlik xəbər verir ki, görüşdə Bakıda müştərək texnoparkın yaradılması üzrə atılacaq birgə addımlara dair geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda ölkəmizdə startap ekosisteminin inkişafı ilə bağlı bu sahədə Türkiyə tərəfinin təcrübəsinin öyrənilməsi barədə razılığa gəlinib.
Görüşdə, həmçinin 2022-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı ilə əlaqədar məsələlər müzakirə edilib.
Yol-xeber.az-ın məlumatına görə, 2021-ci ilin 9 ayı ərzində 540 km uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib:
2021-ci ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib:
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib:
2021-ci ilin 9 ayı ərzində ümumi uzunluğu 138.3 km olan 8 avtomobil yolunun tikintisi başa çatdırılıb:
Həmçinin:
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərinin 12 rayonu ərazisində ümumi uzunluğu 124 km olan şəhər və qəsəbə daxili yollar yenidən qurulub və təmir edilib:
- Nərimanov rayonu - 8.89 km;
- Binəqədi rayonu – 12.9 km;
- Suraxanı rayonu – 11.8 km;
- Qaradağ rayonu – 6.6 km;
- Xəzər rayonu – 16.3 km;
- Xətai rayonu - 11,4 km;
- Yasamal rayonu – 3.98 km;
- Sabunçu rayonu – 5.7 km;
- Nəsimi rayonu – 3.6 km;
- Nizami rayonu – 5.5 km;
- Səbail rayonu – 7.8 km;
- Pirallahı rayonu - 2 km.
2021-ci ilin 9 ayı ərzində:
2021-ci ilin 9 ayı ərzində:
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında:
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə:
2021-ci ilin 9 ayı ərzində yol təsərrüfatına 572.2 min manat məbləğində maddi ziyan dəyib ki, bundan 405.7 min manatı (70.9 %) ödənilib:
2021-ci ilin 9 ayı ərzində AAYDA-nin “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-ləri tərəfindən magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 74 590 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
YOLUNUZ AÇIQ OLSUN...
“2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq”.
“Yol-xeber.az”ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, 52 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək:
“İşğaldan azad olunun şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb”.
“Özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır. Bu dövlət büdcəsindən asılılığın aradan qaldırlmasına imkan yaradır. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir”, - deyə deputat əlavə edib.
Azərbaycan 2021-ci ildə hərbi qüdrətini qoruyub saxlayıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda hazırladığı “İslahat İcmalı” hesabatında bildirilib.
Sənəddə dünyaca nüfuzlu hərbi reytinq siyahısı sayılan "Qlobal Atəş Gücü 2021" hesabatına istinad edilib. Hesabatda qeyd olunub ki, Azərbaycanın hərbi gücünə görə qlobal miqyasda mövqeyi 2021-ci ildə 64-cü sırada sabit olaraq qalıb.
Hesabat cədvəlində region ölkələrindən Gürcüstan 92-ci, Ermənistan isə 100-cü sırada qərarlaşıb.
2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir.
Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.
Son nəticədə dövlət büdcəsində 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.
Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.
Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1747 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.
“Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 2,1% azalma deməkdir.
Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının uçot faiz dərəcəsini növbəti dəfə azaldaraq 16%-ə endirməsinin ardından lirə ucuzlaşmaqda davam edir. Belə ki, xarici birjaların açılması ilə dollar 9,77 lirə səviyyəsinə qədər yüksəlib.
Türk lirəsinin bu il ərzində 24% dəyər itirdiyi qeyd olunur.