![]() |
|
“Muğanbank” ASC filiallarının fəaliyyətini müvəqqqəti dayandırır.
Yol-xeber.az-ın məlumatına görə, bank cari ilin ilk yarısını 6 filialının fəaliyyətini müvəqqəti dayandırması ilə bağlı yığıncaq keçirib. Sözügedən filiallara “Sənaye”, “Tovuz”, “Ticarət”, “Sahil”, “İsmayıllı” və “Sabirabad” filialları daxildir.
“Muğanbank” ASC həmçinin 2020-ci il ərzində isə “Quba”, “Lənkəran”, “Şəki”, “Premyer”, “Şəmkir”, “Abşeron”, “Biznes”, “Qazax”, “Olimp”, “Göyçay” filiallarının fəaliyyətini müvəqqəti dayandırıb.
Qeyd edək ki, bank işçilərinin sayı ötən ilin ilk yarısı ilə müqayisədə 114 nəfər və ya 17% azalaraq 2021-ci ilin 30 iyun tarixinə 555 nəfərə düşüb. Cari ilin birinci rübü ilə müqayisədə isə işçilərin sayında 2,3% azalma müşahidə olunub.
Xatırladaq ki, “Muğanbank” ASC-nin səhmləri Elmir Maqbet oğlu Mehdiyev, Maqbet Rəhim oğlu Mehdiyev, Vəfa Əhməd qızı Vəliyeva və Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,2% azalaraq 2,0066 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0233 manat, türk lirəsi 0,2% ucuzlaşaraq 0,2008 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub
Son günlərdə dünya bazarında təbii qaz qiymətləri durmadan yüksəlir. Belə ki, ötən gün Avropa fyuçers bazarında qazın qiyməti min kubmetr üçün 700 dolları keçib. Bu isə yeni rekord hesab olunur.
Bəs təbii qazın sürətlə bahalaşmasının səbəbi nədir?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Ölkə.Az”a açıqlamasında bildirib ki, son bir neçə ayda Avropa və Asiya bazarlarında həm təbii qaz, həm də sıxılmış təbii qaz qiymətlərinin durmadan artması bir neçə fundamental faktorlarla bağlıdır:
“Yeraltı qaz anbarlarında kifayət qədər qaz həcmləri yoxdur”
“Onlardan birincisi, Asiya və Avropanın yeraltı qaz anbarlarında qış mövsümünün gəlişi ilə bağlı kifayət qədər qaz həcmlərinin mövcud olmamasıdır. Bu da 2019-cu ilin dekabrından 2020-ci il aprelin əvvəllərinə qədər Avropa və Asiyada anomal soyuq hava şəraiti ilə bağlı olub. Bu zaman yeraltı qaz anbarlarının kifayət qədər qaz həcmləri əhali xəttinə çıxarılıb. Eyni zamanda 2021-ci ilin əvvəllərindən başlayaraq dünyanın bir çox ölkələrində karantin tədbirlərinin yumuşaldılması ilə bağlı həm Asiya, həm də Avropada sənaye aktivliyi, işgüzar aktivlik fonunda təbii qaza olan tələbat artıb.
“Yay aylarında anomal istilərin yaşanması qaz istifadəsini artırıb”
Digər səbəb isə budur ki, əgər cari ilin əvvəlində anomal soyuqlar müşahidə edildisə, yay aylarında da anomal istilər qarşılığında elektrik enerjisinə tələbat artdı. Belə ki, bu zaman istilik elektrik stansiyalarının təbii qaz ilə yüklənməsi ilə bağlı kifayət qədər qaz həcmlərinə ehtiyac vardı. Lazım olan tədarük həcmlərinin bir hissəsi müqavilə əsasında kənar mənbələrdən əldə edilirdisə, digər tədarük həcmləri yeraltı qaz anbarlarından götürülürdü. İndi isə həm Avropa, həm də Asiya bazarlarında qarşıda duran əsas məsələ qış mövsümünün gəlişi ilə yeraltı qaz anbarlarının qaz ilə doldurulmasıdır. Mövsümün normal qaz təchizatını həyata keçirmək üçün aktiv qaz həcmləri 92%-dən yuxarı olmalıdır. Bu kimi faktorlar təbii qaza olan tələbatı qarşılamaq üçün qiymətlərə aqressiv təsir edir”.
“Qış mövsümü sərt keçərsə, təbii qazın qiymətlərində artım müşahidə olunacaq”
Ekspert bildirir ki, Avropanın qaz təchizatında müəyyən problemlər yarandığından yeraltı qaz anbarlarından əlavə qaz həcmləri götürülürdü. Rusiyanın təbii qaz inhisarçısı - “Qazprom” Almaniya, Niderland və Avstriyada mövcud olan yeraltı qaz anbarlarında ona aid olan sərbəst gücləri lazım olan təbii qazla doldurmamış, bu məsələdə gözləmə mövqeyində dayanmışdı: “Eyni zamanda Belarusiya və Polşa üzərindən Almaniyaya qaz nəql edən “Yamal-Avropa”nın ötürücülük gücündə azalmalar müşahidə olunub ki, biz bunu indiyə qədər müşahidə edirik. Düzdür, Rusiya tərəfi bunu Urenqoyda qaz emalı kompleksindəki qəza ilə bağlayır, həmçinin “Yamal”ın Avropada aparılan mövsümü texniki baxış üzrə dayanması ilə əlaqələndirir, lakin bu, belə deyil. Avropa və Asiyada təbii qaza olan tələbatın aşağı olması “Qazprom” və ABŞ-ın qaz bazarındakı rəqabəti ilə bağlıdır. Qarşıdakı aylarda da qış mövsümü sərt keçərsə, təbii və sıxılmış təbii qazın qiymətlərində artım müşahidə olunacaq.
“Yüksək qiymətlərin üzunmüddətli alqı-satqı müqavilələrinə ciddi təsiri yoxdur”
Hazırkı yüksək qiymətlərin üzunmüddətli alqı-satqı müqavilələrinə ciddi təsiri yoxdur. Rusiya son açıqlamasında Avropada qaz qiymətlərinin artmasında marağının olmadığını dedi. Hazırda Rusiyanın uzunmüddətli müqavilə əsasında Almaniyaya tədarük etdiyi qazın min kubmetrinin qiyməti 220 dollar təşkil edir. Təbii ki, qarşıdakı aylarda bu qiymət qalxa da bilər. Çünki uzunmüddətli qaz müqavilələri neftin dünya bazarındakı qiymətinə bağlıdır. Eyni formula ilə Azərbaycan da işləyir. Yeraltı qaz anbarlarının olduğu bazarlarda eyni zamanda spot qiymətlərlə qaz həcmləri satılır. Lakin əgər həm Asiya həm də Avropada yumuşaq qaz qıtlığı davam edəcəksə, bu, uzunmüddətli müqavilələrə də təsir edəcək. Çünki hər 3 və ya 6 ayda dünya bazarında neftin və dizel yanacağının qiymətindən asılı olaraq qiymətlərə yenidən qayıdıla bilir”.
“Azərbaycanın qaz ixracından gəlirləri arta bilər”
“Azərbaycanın Cənub Qaz Dəhlizi sayəsində növbəti illərdə enerji daşıyıcılarından əldə edilən gəlirinin böyük hissəsi qaz satışından gəlirlər hesabına baş tutacaq. Bu baxımdan qiymətlər qalxacağı təqdirdə gəlirlərimiz də artacaq. Eyni zamanda sərt iqlim tələblərinin qüvvəyə minməsi, karbonlaşma siyasətinin vüsət alması, karbon emissiyalarının azaldılması ilə bağlı ortaya qoyulan siyasi iradə qarşıdakı illərdə təbii qaza tələbatı dəfələrlə artıracaq. Yeni enerji keçidində təbii qaz aralıq yanacaq növü kimi dəyərləndirilir. Çünki təbii qazın ətraf mühitə təsir dərəcəsi daha aşağıdır və daha ekoloji təmiz yanacaq kimi dəyərləndirilir”, - deyə ekspert əlavə edib.
Dövlət Şəhərsalma və Arxitertura Komitəsi İsmayıllı, Liman və Xudat şəhərlərinin Baş planının tərtibi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibləri müvafiq olaraq "EL&EN" Firmas, "İntegris" MMC və Fövqalədə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə" olub.
Şirkətlərə müvafiq olaraq 178,28 min AZN, 154,276 min AZN və 168,336 min AZN ödəniləcək.
2020-ci ilin ilk altı ayında dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması və bərpası xərcləri üzrə 372,1 milyon manatının maliyyələşdirilməsi təmin
edilib.
Yol-xeber.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu vəsaitdən avtomobil yollarının layihələndirilməsi, tikintisinə, yenidən qurulmasına, həmçinin dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə və digər kommunikasiya xətlərinin yenidən qurulması, layihələndirilməsi yönəldilib.
Eyni zamanda Zəngilan rayonunun İkinci Ağalı kənd ərazisində “Ağıllı Kənd”in layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə 10,8 milyon manat vəsait yönəldilib.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,19 ABŞ dolları və ya 0,26% azalaraq 72,48 ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,34% azalaraq 2,0131 manat, Rusiya rublunun məzənnəsi 0.43% geriləyərək 0,0232 manat, türk lirəsi 0,73% ucuzlaşaraq 0,2037 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Yol-xeber.az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib. O bildirib ki, hazırda aran zonalarında taxıl əkilib, Kəlbəcər yaylaqlarına arılar köçürülüb:
"Lakin hələlik təhlillər aparılır, risklər müəyyən edilir ki, növbəti addımlar atıla bilsin. Bütün bunlar isə mərhələli şəkildə həyata keçiriləcək".
Aqrar Subsidiya Şurası ölkə prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbər verir.
Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2022-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub:
Bitki növləri |
Əkin əmsalı |
Əkin subsidiyası (manat/ha) |
Çəltik |
1.8 |
360 |
Soya: |
||
əsas əkinlər |
1.4 |
280 |
təkrar əkinlər |
0,43 |
86 |
Qarğıdalı: |
||
əsas əkinlər |
1.05 |
210 |
təkrar əkinlər |
0,43 |
86 |
Darı: |
||
əsas əkinlər |
1.05 |
210 |
təkrar əkinlər |
0,43 |
86 |
Sorqo: |
||
əsas əkinlər |
0.7 |
140 |
təkrar əkinlər |
0,43 |
86 |
Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, noxud, lobya, mərci və s.) |
1.05 |
210 |
Qarabaşaq |
1,1 |
220 |
Yer fındığı |
1,1 |
220 |
Zəfəran |
2,2 |
440 |
Günəbaxan: |
||
əsas əkinlər |
1,2 |
240 |
təkrar əkinlər |
0,43 |
86 |
Kartof: |
||
əsas əkinlər |
1,4 |
280 |
təkrar əkinlər |
0,43 |
86 |
Tərəvəz |
1,3 |
260 |
Bostan bitkiləri |
1,2 |
240 |
Yonca |
0,35 |
70 |
Digər bitkilər (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) |
0,65 |
130 |
Üzüm: |
||
bağın salındığı ildən ilk 4 il ərzində |
3,2 |
640 |
4 ildən sonrakı illər üzrə |
1,25 |
250 |
Üzüm bağının salınması üçün (bir dəfəyə məxsus) |
40 |
8000 |
Çay: |
||
plantasiyanın salındığı ildən ilk 7 il ərzində |
3,7 |
740 |
7-ci ildən sonrakı illər üzrə |
1,25 |
250 |
İntensiv meyvə bağları: |
||
bağın salındığı ildən ilk 4 il ərzində |
3,65 |
730 |
4 ildən sonrakı illər üzrə |
1,25 |
250 |
İntensiv fındıq bağlarının salınması üçün (bir dəfəyə məxsus) |
22 |
4400 |
İntensiv nar bağlarının salınması üçün (bir dəfəyə məxsus) |
25 |
5000 |
İntensiv zeytun bağlarının salınması üçün (bir dəfəyə məxsus) |
24,5 |
4900 |
İntensiv limon bağının salınması üçün (bir dəfəyə məxsus) |
55 |
11000 |
İntensiv naringi və portağal bağlarının salınması üçün (bir dəfəyə məxsus) |
45 |
9000 |
Digər meyvə bağları |
1,25 |
250 |
Şabalıd bağlarının salınması üçün (birdəfəyə məxsus) |
2,5 |
500 |
Damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları üzrə bağın salındığı ildən ilk 4 il ərzində |
3,2 |
640 |
Damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağlarının salınması üçün (bir dəfəyə məxsus) |
45 |
9000 |
Digər giləmeyvəlilər |
1,15 |
230 |
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
- Subsidiya almaq üçün torpaq sahələri 2 hektardan çox olan toxum və ting istehsalçıları əkin apardıqları torpaq sahələrinin hər 2 hektarına görə, torpaq sahələri 5 hektardan çox olan digər kənd təsərrüfatı məhsulları istehsalçıları isə əkin sahələrinin hər 5 hektarına görə bir torpaq analizi verməlidirlər. Torpağın aqrokimyəvi analizinin nəticələrini əkin bəyanları müddətində EKTİS-ə daxil etməyən fermerlərə əkin subsidiyası ödənilməyəcək.
- İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
- alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
- xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
- limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
- fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
- badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
- qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
- əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
- Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib. Ənənəvi bağ kimi təsnifləndiriləcək belə bağların hər hektarına görə fermerə 250 manat əkin subsidiyası ödəniləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən meyvəçilik sahəsində 2022-ci ildə salınacaq aşağıdakı bağlara bir dəfəyə məxsus əkin subsidiyası ödəniləcək:
- 2022-ci ildə Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində 2022-ci ildə salınacaq üzüm bağlarının hər hektarına görə 8000 manat birdəfəlik əkin subsidiyası veriləcək.
- Deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində 2022-ci ildə salınacaq intensiv nar və zeytun bağlarının hər hektarına müvafiq olaraq 5000 və 4900 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
- 2022-ci ildə salınacaq damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə fermerlərə 9000 manat birdəfəlik əkin subsidiyası veriləcək. Habelə, 2021-ci ildən başlayaraq salınan qeyd edilən kivi bağlarına görə fermerlərə 640 manat, digər kivi bağlarının hər hektarına görə isə 230 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
Aqrar Subsidiya Şurasının qərarına görə,
- Çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.
- Fındıq üzrə əkin əmsalı Ağdaş, Ağstafa, Balakən, İsmayıllı, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki və Yardımlı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
- Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
- Limon, naringi, portağal və kivi üzrə əkin əmsalları Astara, Lənkəran və Masallı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən,
- Pambıq, çəkər çuğunduru və tütün bitkiləri üzrə 2022-ci ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcəkdir. Bu ildə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat (bundan əvvəl 100 manat), Virciniya sortu üzrə yaşıl tütünün hər tonuna görə 26 manat (əvvəl 5 manat), digərləri üzrə quru tütünün hər tonuna görə 180 manat (əvvəl 50 manat) və yaş tütünün hər tonuna görə 18 manat (əvvəl 5 manat), şəkər çuğundurunun hər tonuna görə 12 manat (əvvəl 4 manat) məhsul subsidiyası alacaqlar.
- Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
- Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurası,
- 2022-ci ildə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib.
Fermerlər qərarın mətni ilə Aqrar Kredit Və İnkişaf Agentliyinin rəsmi saytında tanış ola bilərlər.