![]() |
|
Pandemiya dövründə bir sıra ölkələrdə tütün qiymətlərində artımlar müşahidə olundu. Bəzi ölkələrdə isə qiymət artımı hələ də davam edir.
İlin sonuna qədər Rusiyada siqaret qiymətlərində artım gözlənildiyi açıqlanıb. Siqaretin orta qiymətinin bir paket üçün 140-145 rubla qədər yüksələ biləcəyi söylənilir ki, ilin birinci yarısında bu qiymət 135,8 rubl təşkil edib.
Bəs Azərbaycanda siqaret qiymətlərində yenidən artım gözlənilirmi?
İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bidirdi ki, ümumiyyətlə, tütün məhsullarının qiymətləri ölkələr üzrə kəskin fərqlənir. Qiymətlər dəyişikliyində həmin ölkələrin qiymət siyasətinə diqqət yetirmək lazımdır: “Ötən il Rusiyada tütün məhsulları üzrə aksiz vergisinin dərəcəsi artırılıb, bu ilin oktyabrında Yaponiyada oxşar vergi artımı həyata keçiriləcək. ABŞ-da demokratlar hakimiyyətə gəldikdən sonra böyük stimul paketləri, büdcə xərcləri nəzərdə tutulur ki, bunun da bir mənbə kimi tütün məhsullarına vergilərin, aksizlərin qaldırılması hesabına təmin olunacağı gözlənilir. Tütün istehlakı insan sağlamlığına zərərli hesab olunduğu üçün dövlətlər əlavə gəlir əldə etmək məqsədilə ənənəvi olaraq aksizli məhsullar hesab olunan tütün məhsullarına əlavə vergilər qoyurlar. Həmçinin cəmiyyət də bunu çox narazılıqla qarşılamır. Bu baxımdan bir sıra inkişaf etmiş ölkələrdə bu məhsullara vergilər artırılıb və bu il də artırılması nəzərdə tutulur”.
Tütün məhsullarının dünya bazarında bahalaşmasına gəlincə, ekspert bildirdi ki, yalnız tütün məhsulları yox, ərzaq məhsulları, materiallar, xammal, kənd təsərrüfatı məhsulları bahalaşıb:
“Ötən ildən başlayaraq pandemiyanın yaratdığı dəyər zəncirində qırılmalardan irəli gələrək həm daşınma xərclərinin bahalaşması, həm istehsalın aşağı düşməsi nəticəsində yaranan defisit qiymətləri bahalaşdırıb”.
X. Kərimli Azərbaycanda tütün məmulatları və siqaret qiymətlərində dəyişikliklərə də toxunub: “Ölkəmizdə hazırda ilin sonuna qədər tütün məhsullarına əlavə vergiqoyma gözlənilmir. Lakin ümumi şəkildə dünya bazarında siqaretin istehsal olunduğu tütün məhsullarının qiymətində bahalaşma qeydə alınır. Təqribən son ildə 10%-ə qədər bahalaşma var. Gözləmək olar ki, daxili bazarda tütün məhsulları və siqarət qiymətlərində artım olsun”.
Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurası çərçivəsində Gürcüstan və Türkiyəndən olan həmkarları ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafı məsələsini müzakirə edib.
Yol-xeber.az xəbər verir ki, Rəşad Nəbiyev bu barədə "Twitter" hesabında məlumat verib.
"Qardaş Türkiyədə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edirik. Tədbir çərçivəsində keçirilmiş toplantıda Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli görüşün protokolu imzalandı", - deyə nazir bildirib.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir.
Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür.
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azeka BM” MMC qeydiyyata alınıb.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.
“Azeka BM” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində Çin və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə boya sənayesində və məişətdə istifadə olunan bir çox məhsulların istehsalı zamanı xammal olaraq kimi istifadə edilən üyüdülmüş kalsit (kalsium karbonat) istehsal edəcək zavod inşa olunacaq. Layihənin investisiya dəyəri təqribən 7 mln. manatdır.
İllik istehsal gücü 36 min ton təşkil edəcək müəssisədə 40 daimi iş yeri yaradılacaq.
Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.
“Yol-xeber.az” “ura.ru”ya istinadən xəbər verir ki, bunu INFOLine informasiya və analitik agentliyinin baş direktoru İvan Fedyakov deyib.
O bildirib ki, dünya ərzaq qiymətləri indeksinin son bir ildə 27 faiz bahalaşması, son 40 ilin ən dinamik göstəricilərdən biri oldu.
Mütəxəssis bunun müxtəlif məhsulların qiymətləri arasındakı əlaqədən qaynaqlandığını izah edib: “Nəinki meyvə-tərəvəz məhsullarının və ya südün, həm də yemin və gübrələrin qiyməti artıb və artmaqda davam edir”.
“Növbəti addımlarda işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktura uyğun olaraq “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları daxil olmaqla “Yaşıl enerji” zonalarının yaradılması nəzərdə tutub. Bu da 2021-2025-ci illər üzrə sosial-iqtisadi inkişaf strategiyası layihəsində nəzərə alınıb.
“Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“2030-cu ilin gündəliyindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin sosial-iqtisadi və ekoloji potensialının daha da artırılması üçün beynəlxalq investorların iqlim dəyişiklikləri ilə mübarizədə donor təşkilatlar cəlb etməsi, beynəlxalq təşkilatlarla ayrı-ayrı ölkələr arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, özəl və dövlət şirkətlərinin prosesə qoşulması, özəl-dövlət sektoru tərəfdaşlığının yüksək səviyyəyə qaldırılması vacibdir və ən qabaqcıl dünya təcrübəsi də bunu təsdiqləyir. Bu məqam inkişafın maliyyələşdirilməsi üçün 3-cü beynəlxalq konfransda qəbul edilmiş gündəlikdə öz əksini tapıb. Yaxın vaxtlarda bununla bağlı yeni təkmilləşdirilmiş qanunvericiliyi dövlət başçısına təqdim etmək niyyətindəyik. Bu sənədin hökumətdə razılaşdırılması prosesi başa çatır”, - deyə nazir əlavə edib.
“Azərbaycan Hava Yolları”nın QSC (AZAL) Ermənistan üzərindən uçuşlara başlaması birtərəfli addım deyil.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarına əsasən regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır
Müharibə bitdiyinə görə regional aviasiya təhlükəsizliyi qaydaları da dəyişib. Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir.
Qeyd edək ki, həm Azərbaycan, həm də Ermənistanın bununla bağlı öhdəliyi var. Eyni şəkildə Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından kəçən dəhlizlərdən istifadə edə bilərlər. Bu, eyni zamanda regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Nəticədə Ermənistan da tranzit ölkəyə çevrilir və İranın hava məkanından istifadəyə ehtiyac qalmır.
2021-2022-ci ilin Azərbaycabn üçün bərpa dövrü olacağını proqnozlaşdırılır.
"Yol-xeber.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2021-ci ilin eyni dpövründə ÜDM-də 3,6% artım müşahidə olunub:
"2021-ci ilin sonunadək qeyri-neft ixracının 2,2 milyard ABŞ dollarını ötəcəyini proqnozlaşdırırıq. Bu isə indiyə qədər müşahidə olunmayan bir rəqəmdir.
İlin əvvəlindən qeyri-neft ixracının artım tempi 9 ayın nəticələrinə görə 40% yüksəlib. Bu da ümidverici bir göstəricidir".
Dünya birjalarında neft bahalaşıb.
“Yol-xeber.az” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,28 dollar və ya 0,34% artaraq 82,84 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,29 dollar və ya 0,37% artaraq 79,22 dollar təşkil edib.
Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
Yol-xeber.az bu barədə AZAL-a istinadən xəbər verir.
"Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - deyə aviaşirkət bəyan edib.