Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri barədə 01.10.2021-ci il vəziyyətinə görə MƏLUMAT                        

1

“Zəfər Yolu”

  • texniki göstəriciləri: 101.5 km, II texniki dərəcəli, 2 hərəkət zolaqlı.
  • görülmüş işlər:  torpaq işləri 100%,  yol geyimi 100%,  boru və keçidlərin tikintisi işləri 100%,  körpülərin tikintisi 100%,  beton küvet, qanov və drenaj işləri 90%.

2

Əhmədbəyli  Füzuli  Şuşa avtomobil yolu

  • texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
  • görülmüş işlər: 0-17, 32-36, 40-42, 51- 52, 58-63, 70-71-ci km hissələrdə torpaq yatağının tikintisi, 37və 50-ci km-də körpülərin, 80 və 81-ci km-də tunellərin və alt keçidlərin tikintisi aparılır.

3

Toğanalı  Kəlbəcər  İstisu avtomobil yolu

  • texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
  • görülmüş işlər: 7 km Toğanalı kənd yolunda asfalt-beton örtük tikilib, 48 km mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 km hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.

4

Kəlbəcər - Laçın avtomobil yolu

  • texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km;
  • görülmüş işlər: yolun torpaq yatağının tikintisi işlərinə başlanılıb.

5

Horadiz  Cəbrayıl  Zəngilan  Ağbənd avtomobil yolu

  • texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
  • görülmüş işlər: 0-23, 50-66-cı km hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 15%, boru və keçidlərin tikintisi 10%, körpülərin tikintisi 8% icra olunub.

6

Xudafərin – Qubadlı - Laçın avtomobil yolu

  • texniki göstəriciləri: 83 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
  • görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissədə torpaq yatağı tikilmiş, 1 və 22-ci km-də körpü tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 34%, yol geyimi - 4%, boru və keçidlərin tikintisi 35%, körpülərin tikintisi 27 % icra olunub.

7

Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil

  • texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
  • görülmüş işlər: torpaq işləri 48.2%, yol geyimi 3.6%, boru və keçidlərin tikintisi 40%, körpülərin tikintisi 4.8% icra olunub.

8

Füzuli - Hadrut avtomobil yolu

  • texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
  • görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. 0-3.5 km hissədə torpaq işləri və yol yatağının tikintisi başa çatıb.

9

 Bərdə  Ağdam avtomobil yolu

  • texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

- görülmüş işlər: torpaq işləri 39.1%, yol geyimi 4%, boru və keçidlərin tikintisi işləri 20%, körpülərin tikintisi 76%.

10

Ağdam – Füzuli avtomobil yolu

  • texniki göstəriciləri: 70 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
  • görülmüş işlər: Layihələndirmə işləri aparılır.

11

Talış  Tapqaraqoyunlu  Qaşaltı – Naftalan avtomobil yolu

  • texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
  • görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. 0-6 km hissədə torpaq yatağı, su ötürücü borular və yolun əsası tikilib, 0-1.8 km hissəsində asfalt-beton örtük salınıb.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,2% azalaraq 1,9768 manat, Rusiya rublunun məzənnəsi 0,4% geriləyərək 0,0239 manat, türk lirəsi 3% ucuzlaşaraq 0,1784 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Zəngilan rayonunda inşa olunan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.

Bu barədə tikintini həyata keçirən “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya etdiyi məruzədə bildirib.

xatırladaq ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olacaq hava limanının inşasına bu ilin may ayında başlanılıb. Rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin tikintisini planlaşdırdığı Füzuli-Şuşa elektrikləşdirilmiş dəmir yolu xəttinin uzunluğu ox üzrə 83,4 km olacaq.

"Yol-xeber.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik tədqiqat işləri tamamlanıb və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir.

 

 
  •  

 

 
 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar olaraq, Bakı Ekspo Mərkəzində təşkil olunan 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində iştirak edir.

 

Dövlət Agentliyinin sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələri, gələcək planlar və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.

 

Sərginin əsas sektorları arasında: Banklar və investisiyalar, Təhlükəsizlik, Hasilat sənayesi, Səhiyyə, İnformasiya texnologiyalar, Təhsil, Qida sənayesi, Kənd təsərrüfatı, İnşaat, Yol tikintisi və infrastruktur, Nəqliyyat, Turizm və mədəni irs, Energetika və Ekologiya.

 

Rebuild Karabakh 2021 sərgisi Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir.

 
 

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 42 251,7 mln manat olub.

Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.

Cari ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən nominal gəlirlər 4 219,3 manat olub ki, bu da illik müqayisədə 1,5% çoxdur. Cari ilin yanvar-avqust aylarında isə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 3 712,3 manat olub.

Yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2,5 dəfə artacaq. Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq.
Bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

“46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək”, - millət vəkili bildirib.

V.Bayramov bildirib ki, Füzuli şəhərində 17,8 hektar ərazini əhatə edəcək ilk yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək:

“İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Füzuli şəhəri yalnız hündürmərtəbə binalardan ibarət olmayacaq. Şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. İlkin qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq. Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə uzun müddət işğal altında qalan öz yurdlarına qayıdacaqlar. Beləliklə, işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhərin inşaatına başlanılır. Xeyirli və düşərli olsun. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

"Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında viza rejiminin ləğvg olunması haqqında sənəd imzalanıb”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun tikintisi barədə məlumat verildi.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi ki, yolun tikintisi Prezident İlham Əliyevin bu ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi” çərçivəsində həyata keçiriləcək. Uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Layihəyə uyğun olaraq yolboyu körpülərin, avtobus dayanacaqlarının və digər yol infrastrukturunun inşası nəzərdə tutulur. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.

Dövlətimizin başçısı Füzuli-Ağdam avtomobil yolunun təməlini qoydu.

Onu da qeyd edək ki, Bərdə-Ağdam, Əhmədbəyli-Füzuli-Şuşa, Zəfər yolu və Füzuli-Hadrut yollarında aparılan işlər də davam edir.

***

Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.

 

 

 

 
 
AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ AÇIQ TENDER ELAN EDİR

Xəbər lenti