![]() |
|
Dünya birjalarında neft ucuzlaşıb.
ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,27 dollar və ya 0,38% azalaraq 71,32 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,34 dollar və ya 0,50% azalaraq 68,25 dollar təşkil edib.
Azərbaycanda heyvanların identifikasiya və qeydiyyatı sistemi yaradılacaq.
Yol-xeber.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, hər bir heyvanın çiplənməsi, birkalanması prosesinə başlanılacaq.
"Bu prosesə gələn ilin əvvəlindən start veriləcək. Hər bir heyvana vurulan vaksinlər elektron sistemə daxil ediləcək və QR kodlar vasitəsilə heyvanların xəstəlikləri burada yer alacaq".
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Yol-xeber.az xəbər verir ki, avronun məzənnəsi 0,1% artaraq 2,0091 manat, Rusiya rublunun məzənnəsi dəyişməyrək 0,0231 manat, türk lirəsi 0,34% ucuzlaşaraq 0,2028 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Qeyd edək ki, 1980-cı ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Şuşa şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran və bar qonaqların ixtiyarına veriləcək. Oteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb. Hotel ərazisində avtomobil dayanacağı da inşa edilib. Hotelə yaxın olan parkın ərazisi abadlaşdırılıb, fəvvarələr qurulub və park işğaldan əvvəlki görkəminə qaytarılıb.
***
Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Yol-xeber.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov, Bilgəh və Ramana qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 7,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 21-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək.
Yol-xeber.az-ın məlumatına görə, hərraca Dövlət Təhlükəsizlik Xidmətinin 22 nəqliyyat vasitələri çıxarılacaq.
Həmin nəqliyyat vasitələrinin siyahısı belədir:
Qeyd edək ki, sifarişlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Yol-xeber.az xəbər verir ki, avronun məzənnəsi 0,07% azalaraq 1,9995 manat, Rusiya rublunun məzənnəsi 0,4% geriləyərək 0,0229 manat, türk lirəsi 0,05% ucuzlaşaraq 0,2027 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
ABŞ mərkəzli topdan satış və distributor şirkəti Azərbaycan bazarını tərk edir.
Yol-xeber.az-ın məlumatına görə, “Intertech Trading Corporation” şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunur.
Kreditorlar iki ay ərzində tələblərini 1005 BAKI şəhəri, Səbail rayonu, Natəvan döngəsi, ev 2, mənzil 6 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, ABŞ mərkəzli texnologiya və elektronika məhsullarının topdansatış və distributor şirkəti “Intertech Trading Corporation”ın Azərbaycan nümayəndəliyi 2014-cü ildə yaradılıb və qanuni təmsilçisi Cəfərov Elbrus Ətrafsiya oğludur.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,7% artaraq 70,61 dollar təşkil edib.