![]() |
|
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,1% artaraq 2,0199 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0233 manat, türk lirəsi 0,44% bahalaşaraq 0,2052 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Azərbaycanın qeyri-neft sektorunun ixracı artır. Bu ilin 8 ayında qeyri-neft ixracının dəyəri 1,58 milyard ABŞ dollarından çox olub".
"Yol-xeber.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir. 2021-ci ilin sonuna qədər qeyri-neft ixracının 2 milyard dolları ötəcəyi proqnozlaşdırılır", - o deyib.
"Yol-xeber.az" xəbər verir ki, sentyabrın 6-dan hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana gələ və gedə biləcəklər:
- Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq, Xorvatiya, İslandiya, İtaliya, Latviya, Malayziya, Səudiyyə Ərəbistanı, Yaponiya və Litva.
Qeyd edək ki, daha əvvəl iyunun 10-dan Rusiya, Türkiyə, iyunun 21-dən isə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər Krallığı vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vastəsilə Azərbaycana giriş-çıxışına icazə verilib.
Avqust 5-dən eyni şərtlərlə siyahıya daha 20 ölkə əlavə edilib:
- Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Luksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Yunanıstan.
Xatırladaq ki, qeyd olunan ölkələrdən Azərbaycana girişə icazə verilməsi həmin ölkələrdə davamlı vaksinasiyanın həyata keçirilməsi və pandemiya ilə mübarizənin qənaətbəxş olması ilə əlaqəlidir.
Həmin ölkələrin vətəndaşlarının da Azərbaycan Respublikasına səfər etmələri üçün aşağıdakı tələblər gözlənilməlidir:
- yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;
- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.
Yaşı 1-dən aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.
"Yol-xeber.az" "Report"a istinadən xəbər verir ki, bu fikirləri Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında AZVİRT şirkətinin direktoru Kamil Əliyev deyib.
"Demək olar ki, ümumi işlərin 95 faizi yekunlaşıb və hazırda tamamlanma işləri gedir. Tikinti zamanı burada minalardan təmizlənmə işləri aparılırdı. Eyni zamanda burada tikintinin aparılması üçün heç bir infrastruktur olmayıb və biz paralel olaraq infrastrukturu da yaratmışıq. Bizim üçün böyük şərəfdir ki, bu gün ilk sınaq reysini qəbul etmişik. Növbəti hədəflər isə Zəngilan və Laçın hava limanlarıdır", - o əlavə edib.
Sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.
Sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub.
Yol-xeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən, dövlət başçısı tərəfindən “Zəfər Yolu” adlandırılan avtomobil yolunun inşası tamamlanmaq üzrədir.
Yol-xeber.az xəbər verir ki, tikintisinə 10 ay bundan öncə başlanılmış “Zəfər Yolu”nun sentyabr ayı ərzində 2 hərəkət zolaqlı olmaqla asfaltlanmasının yekunlaşdırılması planlaşdırılır.
Dövlət başçısının tapşırığına əsasən, ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.
Hazırda yol boyu son tamamlanma işləri icra edilir.
Belə ki, “Zəfər Yolu” boyu layihəyə uyğun olaraq artıq qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla və bəzi çətin relyefə malik qayalıq ərazidən keçən hissələrdə layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri həyata keçirilərək yekunlaşdırılıb.
Son mərhələ üzrə yolda asfaltlanma işləri aparılır ki, artıq 31 km-lik hissədə 2 lay, 61 km-lik hissədə isə 1 lay olmaqla ümumilikdə 92 km-lik hissə asfaltlanıb. Digər hissələrdə bu çərçivədə işlər davam etdirilir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun 4 yeni avtomobil körpüsünün inşası yekunlaşdırılıb. Körpülərin uzunluqları 45, 80 və 90 metr olmaqla yolun 26.9-cu, 37.2-ci, 37.5 və 57.3-cü kilometrlik hissələrində inşa edilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunub.
Bundan başqa layihə çərçivəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli 166 dairəvi boru və 11 düzbucaqlı su keçidi, həmçinin 120 km-ə yaxın beton küvetlər tikilib, 82 drenaj quyusu qazılıb, 5.6 km uzunluğunda müxtəlif diametrli drenaj borular çəkilib, 3.2 km uzunluğunda istinad divarları və 9 yerdə yeraltı keçid inşa edilib.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, “7 N-li Magistral Yolların İstismarı” MMC, “23 N-li Yol İstismarı” MMC və “43 N-li Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti, həmçinin “Azvirt” MMC və “Körpü Bina Tikinti” MMC birgə icra edir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu” Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən,
Avronun məzənnəsi 0,3% artaraq 2,0192 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0233 manat, türk lirəsi 0,15% bahalaşaraq 0,2052 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin avqustun 31-nə rəsmi valyuta ehtiyatları açıqlanıb.
AMB-nin sözügedən dövrə valyuta ehtiyatları 7 042,6 mln ABŞ dolları olub ki, bu da iyul ayı ilə müqayisədə 8,4% (546,1 mln dollar), ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% çoxdur.
Azərbaycanda 2021-ci ilavqustun 31-nə pul bazasının həcmi isə 14 172,3 mln manat olub. Bu isə iyul ayı ilə müqayisədə 0,3% az, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.