Cari ilin yanvar-iyul aylarında xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib

Yol-xeber.az bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35% çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə  təqribən 5,2 milyard kub metr, Avropaya təqribən 4 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib.

Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub. 

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 24,1 milyard kubmetr qaz hasil edilib.

Bu barədə Yol-xeber.az Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, qazın 7,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 12 milyard kubmetri “Şahdəniz”dən əldə edilib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 4,6 milyard kubmetri qaz hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 7,8%, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35% çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə  təqribən 5,2 milyard kub metr, Avropaya təqribən 4 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub. 

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda təxminən 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.

Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyul ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir..

Bİldirlir ki, respublika üzrə neft hasilatının 13,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 16,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15,6 milyon tondan çoxu konsorsiumun, 823,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 517,5 min ton, yəni 3 faiz azdır. 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Yol-xeber.az xəbər verir ki, avronun məzənnəsi 0,2% artaraq 1,9955 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0230 manat, türk lirəsi 0,7% bahalaşaraq 0,2016 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Dünya birjalarında neft bahalaşıb.

ICE London qitələrarası birjasında “Brent” markalı neftin qiyməti 1,24 dollar və ya 1,90% artaraq 66,42 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin qiyməti 1,16 dollar və ya 1,87% artaraq 63,30 dollar təşkil edib.

Bakının Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində yol hərəkət təhlükəsizliyi artırılıb.

Bu barədə Yol-xeber.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində daha öncədən aparılan araşdırmalar zamanı Sabunçu rayonu Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində qeyd olunan nəqliyyat problemləri aşkar edilib:

- kəsişmədə hərəkətin svetoforlar vasitəsilə tənzimlənməməsi nəticəsində axınlar arasında mübahisəli nöqtələrin mövcudluğu;

- kəsişmənin hərəkəti buraxma qabiliyyətinin aşağı, nəqliyyat intensivliyinin isə yüksək olması səbəbindən tıxac və sıxlıq hallarının yaranması;

- piyada infrastrukturunun olmaması.

Həyata keçirilmiş dəyişikliklər nəticəsində Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində svetofor obyektləri quraşdırılıb, eyni zamanda Nazim İsmayılov və Yavər Əliyev küçələrinin kəsişməsindəki svetofor obyektləri ləğv edilib.

Qeyd edilib ki, Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsindəki mübahisəli nöqtələr aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin edilib və yol hərəkəti təhlükəsizlik səviyyəsi artırılıb, tıxac və sıxlıq hallarının baş vermə ehtimalı azaldılıb, təşkil edilmiş nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların, xüsusilə yaxınlıqdakı avtobus dayanacaq məntəqələrindən və Bakıxanov Dəmir Yol Stansiyasından istifadə edən piyadaların təhlükəsizliyi maksimum həddə çatdırılıb.

Xatırladaq ki, svetoforun fəaliyyətinin təkmilləşdirilməsi üzərində mütəxəssisər tərəfindən işlər aparılır və svetofor hazırda test rejimində fəaliyyət göstərir.

“Bakı Metropoliteni” Xocəsən qəsəbəsində Bənövşəyi xəttin elektrik deposunun inşası çərçivəsində yerüstü stansiyanın tikintisini davam etdirir.

Yol-xeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyanın vestibül, platforma səviyyəsində tikinti plana uyğun aparılır:

“Tunelə qədər yol infrastrukturunun qurulması istiqamətində də əhəmiyyətli işlər icra olunmaqdadır. Ümumən gələn ilin sonuna qədər stansiyanın istifadəyə verilməsi planlaşdırılır. Hazırda işlərin axarı qeyd edilən müddətə işlərin yekunlaşdırılması ilə bağlı problemlərin müşahidə olunmayacağını göstərir”.

Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.

Bu barədə Yol-xeber.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.

Qeyd edək ki, təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya ödənilir. Bundan başqa, fermerlər pambq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar.

2020-ci ildə Azərbaycanda 336 min tondan artıq pambıq istehsal olunub, pambıq üzrə orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, son illər pambıqçılıqda qeydə alınan ən yüksək məhsuldarlıqdır.

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana 474,615 mln ABŞ dolları dəyərində 47 374 ədəd avomobil idxal olunub. Gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70,5% çoxdur.

Ölkəyə gətirilən avtomobillərrin sayında kəskin artım maraq doğuran məsələlərdən biridir.

Mövzu ilə bağlı Yol-xeber.az-a açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərli bildirdi ki, Azərbaycana idxal olunan avtomobillərin sayında artım olsa da, bu, 8-9 il əvvəl ilə müqayisədə azdır:

“2012-2015-ci illərdə Azərbaycana təqribən 100 min avtomobil idxal olunurdu. Bu da böyük rəqəm idi. Getdikcə bu rəqəm azaldı, devalivasiya, Azərbaycana idxal olunan avtomobillərə müəyyən avro standartlarının tətbiqi bu azalmaya təsir göstərdi. Pandemiya özü də avtomobil idxalının azalmasına səbəb oldu. 

Artıq 2021-ci ildə idxalda artımı müşahidə edirik və bu, sevindirici haldır. Çünki bu göstərir ki, Azərbaycanda iqtisadiyyat dayanıqlıdır, manat stabil qalıb və bu iki amil avtomobil idxalını artırıb”. 

Onu da qeyd edək ki, ölkəyə gətirilən daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) sayı illik müqayisədə 2,4 dəfə artaraq 5 879 ədəd (36,389 mln ABŞ dolları) olub. 

Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxal sayı isə 44 ədəd (1,533 mln ABŞ dolları) olub. Elektromobillərin ölkəyə idxalı illik müqayisədə 2,4 dəfə azalıb.

Ekspertin sözlərinə görə, ölkəmizə idxal olunan hibrid avtomobillərin sayının artması da obyektiv səbəblərlə əlaqədardır: “Əsas səbəb hibrid navtomobillərin qənaətcil olması və daha az xərc tələb etməsidir. Azərbaycana həm yeni, həm köhnə hibrid avtomobillər idxal olunur. Eyni zamanda vətəndaşların ekoloji təmiz hibrid avtomobillərə maraq göstərməsi sevindirici haldır. Onlar həm ətraf mühitə zərər vurmamaq, həm öz sağlamlıqlarını qorumaq, həm də resurslara qənaət etmək haqqında düşünürlər”.

Elektromobillərin idxalında azalmaya diqqət çəkən E. Cəfərov bildirdi ki, elektromobil istehsalı və bu avtomobillərin maya dəyəri bir qədər baha başa gəlir. Buna görə də, inkişaf etmiş ölkələrdə elektromobili istehsal edən, satan şirkətlər, eləcə də bu avtomobilləri alan şəxslər üçün müxtəlif həvəsləndirici, stimullaşdırıcı addımlar atılır, güzəştlər tətbiq edilir ki, vətəndaşlar bu ekoloji nəqliyyat vasitəsini alsınlar: “Lakin Azərbaycanda ekoloji təmiz avtomobillərə hər hansı stimullaşdırıcı addımlar atılmır, həvəsləndirici işlər görülmür. Bu səbəbdən vətəndaşlarımız baha başa gələn elektromobilləri almaq haqqında düşünmürlər. Fikrimcə, yaxın illərdə Azərbaycanda ekoloji təmiz sayılan elektromobillər üçün də müəyyən güzəştlər tətbiq edilsə və həmin avtomobillərin qiyməti ensə, bu zaman vətəndaşlar böyük həvəslə elektromobil alar”.


Prezident İlham Əliyev Kəlbəcərdə uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinə baxıb.

Dövlət başçısı yol haqqında məlumat verib:

“Bu, İstisu-Minkənd yoludur. Bu yol olmayıb, yenidən çəkilir, uzunluğu 51 kilometrdir. Kəlbəcərin İstisu qəsəbəsini Laçının Minkənd kəndi ilə birləşdirən yoldur. Bu, Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaq. Hazırda bu yol boyunca işlər gedir, torpaq işləri başa çatıb. Bundan sonra asfalt qatı da vurulacaq. Beləliklə, biz növbəti yol infrastrukturunu yaradacağıq. Həm İstisuya Laçın Beynəlxalq Hava Limanından istifadə edərək gəlmək üçün rahat imkan olacaq, eyni zamanda, Kəlbəcərlə Laçın arasında ikinci yol bağlantısı olacaq. Bunun həm strateji, həm də hərbi əhəmiyyəti var. Eyni zamanda, vətəndaşların rahatlığı, İstisu kurortunu yenidən bərpa etmək, müasir səviyyəyə gətirmək üçün bu yolun böyük əhəmiyyəti var. Bu yol layihəsi də uğurla icra edilir. Xəritədə də artıq yaşayış məntəqələrindən keçən yol göstərilir”.

Prezident İlham Əliyev Kəlbəcərdə uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinə baxıb.

Dövlət başçısı yol haqqında məlumat verib:

“Bu, İstisu-Minkənd yoludur. Bu yol olmayıb, yenidən çəkilir, uzunluğu 51 kilometrdir. Kəlbəcərin İstisu qəsəbəsini Laçının Minkənd kəndi ilə birləşdirən yoldur. Bu, Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaq. Hazırda bu yol boyunca işlər gedir, torpaq işləri başa çatıb. Bundan sonra asfalt qatı da vurulacaq. Beləliklə, biz növbəti yol infrastrukturunu yaradacağıq. Həm İstisuya Laçın Beynəlxalq Hava Limanından istifadə edərək gəlmək üçün rahat imkan olacaq, eyni zamanda, Kəlbəcərlə Laçın arasında ikinci yol bağlantısı olacaq. Bunun həm strateji, həm də hərbi əhəmiyyəti var. Eyni zamanda, vətəndaşların rahatlığı, İstisu kurortunu yenidən bərpa etmək, müasir səviyyəyə gətirmək üçün bu yolun böyük əhəmiyyəti var. Bu yol layihəsi də uğurla icra edilir. Xəritədə də artıq yaşayış məntəqələrindən keçən yol göstərilir”.

Xəbər lenti