![]() |
|
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışına başlayır.
Bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı 17 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.
“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 20 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-ə qədər davam edəcək.
Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa ümumilikdə 144 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 04 iyun 2019-cu il tarixli müsbət rəyi mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.
Daha ətraflı buradan tanış ola bilərsiniz.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında məlumat verilib.
İclasda həmçinin Qarabağ bölgəsinin ölkə və region iqtisadiyyatına reinteqrasiyası baxımından xüsusi əhəmiyyətli olan Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərinin, eləcə də Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Qubadlı-Laçın və s. avtomobil yollarının tikintisi üzrə görülən işlər barədə məlumatlar verilib.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 104,3% olub.
“Yol-xeber.az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9%, qeyri-ərzaq məhsulları üzrə 103,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,9% təşkil edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Yol-xeber.az" xəbər verir ki, avronun məzənnəsi 0,44% artaraq 2,0117 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0229 manat, türk lirəsi 0,5% bahalaşaraq 0,1980 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarları 18, 19, 20 və 21 iyul tarixlərində hərəkətdə olmayacaq.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, sözügedən xətt üzrə qatarlar 17 iyul tarixində tam iş günü cədvəli üzrə hərəkət edəcək.
Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Dünənki birjalarda dollar Avropa pulu daxil olmaqla əksər səbət valyutalarına nisbətən son bir ayın ən yüksək artımı ilə tamamlayıb.
"Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov ABŞ dollarındakı artımları Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı pozitiv xəbərlər və proqnozlar, texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsi ilə istehlak malları indeksi göstəriricləri ilə əlaqələndirib:
"Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir. 335 milyon dozanın bölüşdürüldüyü Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib.
Dolların möhkəmlənməsi bir sıra starteji məhsullar bazarına da təsirsiz ötüşməyib. Son 1 ayda dünya bazarında qızılın qiyməti 2,8% ucuzlaşıb".
V. Bayramov bildirib ki, dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarında ciddi volatillik müşahidə olunmasa da, qonşu Rusiyada rubl son 1 ayda 3%-ə yaxın dəyər itirib:
"Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçirilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. Hazırda 1 barel Brent markalı neft dünya bazarında 76 dollardan baha satılır. 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barel üçün 40 dollar nəzərdə tutulsa da, qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu. Bununla yanaşı, qlobal bazardakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayışlar risklərini nəzərə aldıqda uzun müddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur".
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,73% geriləyərək 2,0029 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0229 manat, türk lirəsi 0,05% bahalaşaraq 0,1970 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
“Bakı Metropoliteni” QSC istismarda olan metro vaqonlarının (Vaqonların siyahısı 2825-1912-1911-1910-2826, 2853-1999-3003-3007-2854, 2723-1582-1583-1584-2724, 2725-1585-1586-1588-2726, 2659-1474-1475-1476-2669,2803-1853-1852-1851-2804,2772-1741-1740-1739-2773) ön görünüşünün dəyişdirilməsi, qumla təmizlənməsi üçün tam sökülməsi, qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, iki qat akril boya ilə rənglənməsi, yığılaması və salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
“Yol-xeber.az”ın məlumatına görə, tenderin qalibi “Bakı-Mexaniki-Təmir” ASC olub. Qalib şirkətlə 717,334 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, “Bakı-Mexaniki-Təmir” ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və Nəsibov Kəmaləddin İslam oğludur. Şirkətin nizamnamə kapitalı 57,902 min manat təşkil edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən Yol-xeber.az-a verilən məlumata əsasən, qurum ixrac rejimində növbəti növ yüklərin nəqlinə başlayıb.
Yerli şirkət tərəfindən istehsal olunan sementin dəmir yolu ilə Gürcüstana daşınmasına start verilib. Yüklərin qonşu ölkəyə nəql edilməsi və vaqonların geri dönməsi ümumilikdə 6-7 günə həyata keçirilir.
Qeyd edək ki, bu yüklərin daşınması üçün 50 vaqon ayırıb ki, hər ay dörd belə daşımanın həyata keçirilməsi nəzərdə tutulur.
Yol-xeber.az xəbər verir ki, bu barədə “ADY Express” məlumat yayıb.
Məlumata görə, bu dəfə şirkət Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində istehsal olunan sementin dəmir yolu ilə Gürcüstana daşınmasına start verib. Yüklər Qaradağ stansiyasında, qurumun təqdim etdiyi yarımvaqonlara yüklənərək, Gürcüstanın Kaspi yük stansiyasına çatdırılır. Yüklərin qonşu ölkəyə nəql edilməsi və vaqonların geri dönməsi ümumilkdə 6-7 günə həyata keçirilir.
"ADY Express" bu yüklərin daşınması üçün 50 vaqon ayırıb ki, hər ay 4 belə daşımanın həyata keçirilməsi nəzərdə tutulur. Şirkət hər ay 15 000 ton sementin Gürcüstana nəql edilməsini planlaşdırılır.