![]() |
|
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində alt keçidlər və körpü inşa olunacaq. Yol üzərində üç tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyub.
“Bu gün ikinci tunelin təməli qoyuldu. Kəlbəcər-Laçın avtomobil yolunda tunel tikiləcək. İkinci tunelin bir müddətdən sonra istifadəyə verilməsi ilə gediş-gəliş daha da rahat olacaq. Çünki Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Və mənim göstərişimlə azad edilmiş torpaqların investisiya proqramı tutulanda tunellər də bu layihələrə salındı. O cümlədən Şuşaya gedən yolda tunellər çəkilməkdədir.
Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik, edəcəyik, çünki bu, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar bura qayıdandan sonra çox rahat Azərbaycanın digər bölgələri ilə əlaqələr qura biləcəklər. Həm Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək. Eyni zamanda Laçın rayonunda aeroportun tikintisi nəzərdə tutulur. Eyni zamanda Kəlbəcərə Gölgöl-Gəncə istiqamətində də gediş-gəliş daha da rahat olacaq.
Cəmi 8-9 ay ərzində görülmüş işlər onu bir daha göstərir ki, bizim çox güclü iradəmiz var. Siyasi qərarlar verildi və bütün güclər səfərbər olundu, texniki imkanlar səfərbər olundu, maliyyə vəsaiti təmin edildi, Azərbaycanda kadr potensialı, o cümlədən inşaat sahəsində formalaşdı və hərtərəfli işlər gedir, elektrik xətləri, su elektrik stansiyaları, yarımstansiyalar, tunellər, körpülər, hava limanları, sosial obyektlər və bütün digər məsələlər... Bu tunelin şəkli də burada göstərilir, çox rahat, təhlükəsiz yol olacaq”, - deyə dövlət başçısı təməlqoyma mərasimindən sonra bildirib.
Bu sözləri prezident İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı deyib.
Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşıb.
Prezident heyvandarlıqla məşğul olan şəxsləri salamlayaraq, öz yurdlarına gəlmələyi münasibəti ilə təbrik edib.
Paylaşımı təqdim edirik:
Yol-xeber.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 39,2 % və 70,5 % çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 36,6 % azalaraq 64 ədəd (5,1 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 69,4 % artaraq 44 048 ədəd (413,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 5 879-u (36 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 44-ü (1,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,4 dəfə artması, ikincinin isə 2,4 dəfə azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 98 % artaraq 3 198 ədəd (47,9 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 16,9 % azalaraq 64 ədəd (7,9 milyon ABŞ dolları dəyərində) olub.
İngiltərə və ABŞ mərkəzli 2 şirkət Azərbaycandakı filiallarını ləğv edir.
Bunlar “Buro Happold Consulting Engineers Limited” və “Magseis FF LLC” şirkətləridir.
“Buro Happold Consulting Engineers Limited” və “Magseis FF LLC” şirkətinin Azərbaycan filiallarının ləğvi ilə bağlı kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153, Port Baku, Cənub qülləsi, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Buro Happold Consulting Engineers Limited” şirkətinin Azərbaycandakı filialı 2014-cü ildə yaradılıb və qanuni təmsilçisi Gareth William Freeman Kirkwood-dur. “Magseis FF LLC” şirkətinin Azərbaycan filialı isə 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Thomas Elias Scouliios-dur. Hər iki şirkət Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov, ev 1, məhəllə 523, m. 23 ünvanında qeydiyyatdadır.
“Buro Happold Consulting Engineers Limited” İngiltərə mərkəzli memarlıq və mühəndislik şirkəti, “Magseis FF LLC” isə ABŞ mərkəzli mədənçilik və neft-qaz çıxarma şirkətidir.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,05% azalaraq 1,9957 manat, Rusiya rublunun məzənnəsi 0,43% geriləyərək 0,0231 manat, türk lirəsi 0,61% bahalaşaraq 0,1982 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,22% artaraq 1,9967 manat, Rusiya rublunun məzənnəsi 0,87% irəliləyərək 0,0232 manat, türk lirəsi 0,2% ucuzlaşaraq 0,1970 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
2021-ci ilin ikinci rübündə Azərbaycan dəmir yolları vasitəsilə 601,968 sərnişin daşınıb.
Yol-xeber.az-ın xəbərinə görə, bu 2020-ci ilin ikinci rübü ilə müqayisədə 2,4 dəfə, cari ilin birinci rübü ilə müqayisədə 37% çoxdur.
Sözügedən dövrdə sərnişindaşıma şəhərətrafı daşımalar olub və bu dövrdə beynəlxalq, daxili daşıma olmayıb.
Ümumilikdə 2021-ci ilin birinci yarısında daşınmış sərnişinlərin sayı 1 040,933 mln nəfər olub. Bu isə ötən ilin birinci yarısı ilə müqayisədə 22% azdır.
“2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına başlanılıb.
Bu barədə Yol-xeber.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Sərəncama əsasən, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması üçün 1,4 milyon manat vəsait ayrılıb.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qeyd olunan dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində kənd təsərrüfatı fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə əkin sahələrinə dəymiş ziyan əsas götürülüb.
Siyahıya əsasən, hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboy/Naftalanda 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 fermerin əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib.
Zərərçəkmiş fermerlərin adlarına bank kartları açılıb, ayrılmış vəsait kartlara köçürülüb. Kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkən fermerlər bu gündən etibarən yaşadıqları ərazi üzrə “Kapitalbank” filiallarından bank kartlarını ala və köçürülmüş vəsaiti bankomatlarda nağdlaşdıra bilərlər.
Zərərin ödənilməsi ilə bağlı əlavə məlumat almaq istəyən vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət etməsi xahiş olunur.
2021-ci ilin ikinci rübündə Azərbaycan dəmir yolları vasitəsilə daşınmış yüklərin həcmi 3 454,1 min ton olub.
Yol-xeber.az-ın məlumatına görə, bu, cari ilin ötən rübü ilə müqayisədə 8,4%, ötən ilin ikinci rübü ilə müqayisədə isə 6% azdır.
İkinci rübdə yükdaşımaların 1 562,4 min tonu (45,2%) beynəlxalq daşımaların, 1 210,2 min tonu (35%) tranzit daşımaların, 681,5 min tonu (19,7%) daxili daşımaların payına düşür.