Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, 

"Avronun məzənnəsi 0,16% artaraq 2,0184 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0232 manat, türk lirəsi 0,15% bahalaşaraq 0,1961 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

“Baş verən hadisəni SOCAR rəhbrəliyi diqqətdə saxlayıb və bununla bağlı operativ qrup palçıq vulkanın baş verdiyi əraziyə göndərilib”.

“Yol-xeber.az”ın xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov deyib.

Onun sözlərinə görə, palçıq vulkanın baş verdiyi ərazidə heç bir qazma işləri aparılmayıb: “Həmin ərazidə SOCAR-ın heç bir infrastrukturu yoxdur”.

“Magseis FF” LLC şirkətinin Azərbaycandakı filialı ləğv olunur.

“Yol-xeber.az”ın məlumatına görə, bu barədə şirkətin elanında qeyd olunub.

Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153, mənzil 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Magseis FF” LLC şirkəti ABŞ mərkəzli neft-qaz şirkətidir və əsas fəaliyyəti quyuların istismara hazırlanması, quyularda hasilatın artırılması və kəşfiyyat işlərinin aparılmasından ibarətdir.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,08% artaraq 2,0151 manat, Rusiya rublunun və türk lirəsinin məzənnələri dəyişməyərək müvafiq olaraq 0,0232 və 0,1958 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

İsrail və Böyük Britaniyadan olan şirkətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektrik enerjisi infrastrukturunun qurulması prosesinə qoşulmaq istəyir.

Bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun iyirminci iclasında məlumat verilib.

Məlumata görə, artıq adıçəkilən ölkələrdən olan şirkətlərin təklifləri Azərbaycan tərəfinə daxil olub.

Bundan əlavə iclasda işğaldan azad edilmiş ərazilərdə enerji təminatı ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar yerli qurumların da təkliflərinə baxılıb.

Həmçinin avtomobil yolunun keçdiyi hissələrdə kommunikasiya xətlərinin tikintisi ilə bağlı əlaqələndirmə işlərinin təşkili kimi bir sıra məsələlər müzakirə edilib.

Şuşa şəhərində yeni isitmə və isti su qazanxanaları tikiləcək.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun iyirminci iclasında məlumat verilib.

Məlumata görə, artıq növbəti istilik mövsümündə Şuşa şəhəri istilik və isti su ilə təmin ediləcək.

Oclasda həmçinin bu istiqamətdə qarşıda duran vəzifələr, atılacaq növbəti addımlar və planlar haqqında məlumat verilib.

İstilik mövsümü hər il noyanrın 15-də başlayır, növbəti il aprelin 15-də bitir.

"Bakı Metropoliteni" QSC Rusiyadan Azərbaycana gətirilən yeni qatarların yolda vandalizmə məruz qalması və geri qaytarılması barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

Qurumdan "Yol-xeber.az"a verilən açıqlamada deyilir ki, 4 qatar Bakıya yola salınmazdan əvvəl metronun nümayəndələri onların texniki şərtlərə uyğun istehsal olunub - olunmadığını təftiş edib.

Hər hansı problem aşkar edilmədiyi üçün qatarlar səfərə hazırlanıb. İyunun 29-da 2 qatar, iyunun 30-da isə daha 2 qatar ölkəmizə yola salınıb. Hazırda qatarlar yoldadır və onlarla bağlı problem yoxdur. Ümumiyyətlə isə, qatarların saz vəziyyətdə çatdırılmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür. Qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu, həmişə belə olub və bu dəfə də belə olacaq.

“Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in şərtlərinə əsasən, İstanbulda Azərbaycan – Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

"Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Məlumata görə, iclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib, "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər, onların həlli yolları haqqında fikir mübadiləsi aparılıb.

Naxçıvan MR-in avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı əlverişli şəraitin yaradılması, türk daşıyıcılarının muxtar respublika ərazisindən tranzit hərəkət imkanları və Azərbaycan üzərindən Xəzər dənizi vasitəsilə tranzit keçməklə Orta Asiyaya daşımaları həyata keçirərkən xərclərinin optimallaşdırılması müzakirə edilib.

Pandemiya zamanı bəzi ölkələrin sərhəd-keçid məntəqələrində yaranan məhdudiyyətlər, Türkiyə daşıyıcılarının Azərbaycan ərazisindən tranzit keçidinə ehtiyacının artması və ticari-iqtisadi əlaqələrin genişlənməsi nəzərə alınaraq, beynəlxalq daşımalar üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı mövcud ehtiyaca uyğunlaşdırılıb.

Tərəflər arasında Şərq-Qərb istiqamətindəki yükdaşımaların asanlaşdırılması ilə bağlı müxtəlif platformalardakı layihələrdə birgə fəaliyyət istiqamətləri razılaşdırılıb və bu sahədə ölkəmizin daşıyıcılarının rolunun artırılması üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

İclasda "Bakı – İstanbul – Bakı" marşrutu üzrə sərnişin daşınmasının “COVID-19” pandemiyası ilə əlaqədar dayandırılması və karantin şərtlərinin yumşaldılması ilə əlaqədar bərpa edilməsinin mümkünlüyü barəsində də fikir mübadiləsi aparılıb.

Yekunda perspektivlər və digər aktual məsələlərə dair müvafiq Protokol imzalanıb.

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

"Yol-xeber.az"ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,1 ABŞ dolları və ya 0,13% azalaraq 75,95 dollar təşkil edib.

Azərbaycanın işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun növbəti iclasında Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər barədə sözügedən nazirliyin rəsmisi hesabatı dinlənilib.

"Hesabatda qeyd edilib ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb.

1 525 km avtomobil yolunun, 292 km elektrik verilişi xəttinin, 45 km qaz təchizatı xəttinin, 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin ilkin inventarlaşdırılması başa çatdırılıb. Bundan əlavə 533 000 ha torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq elektron məlumat bazasına daxil edilib.

Həmçinin 10 rayon üzrə 177 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 2 yaşayış məntəqəsində işlər davam etdirilərək, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib.

Xəbər lenti