![]() |
|
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə enerji içkiləri bazarında aparılan araşdırmalar zamanı daha dörd sahibkar barəsində iş qaldırılıb.
"Ölkə.az" xəbər verir ki, araşdırmaların nəticələrinə əsasən, “A+Co” ASC-nin istehsal etdiyi “Full energy” spirtsiz içkilərinin üzərində “Original Full Energy", “İmpulse Full Energy”, “Makes your energu full” ifadələrindən istifadə olunması, “Berg Energy” MMC-nin eyni adlı məhsulunda “Energy”, “100% maximum energy” və “The great power feel the coolness” ifadələrindən istifadə olunması, sifarişçisi “NPG Azərbaycan” MMC və distribütoru “Veysəloğlu” MMC olan “Pit Bull” adlı içkinin markalanmasında isə “Energy” sözünün istifadə olunması istehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti “A+Co”, “Berg Energy”, “NPG Azərbaycan” və “Veysəloğlu” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlər qaldırıb.
"Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, spirtsiz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.
Dövlət Xidməti istehlakçıları çaşdırmaqla bazarda haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınması istiqamətində kompleks tədbirləri davam etdirir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin növbəti hərracı avqustun 10-da keçiriləcək.
"Yol-xeber.az"ın məlumatına görə, hərraca Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin, Kənd Təsərrüfatı Nazirliyi "Aqroservis" ASC-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəqliyyat vasitələri çıxarılacaq.
Nəqliyyat vasitələrinin siyahısı aşağıdakı kimidir:
Qeyd edək ki, sifarişlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.
“Bakı Kristal Zalı” MMC 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
“Yol-xeber.az”ın məlumatına görə, MMC-nin 31 dekabr 2020-ci il tarixinıə cəmi aktivlıəri 174,230 mln manat təşkil edib. Bu isə 2019-cu ilin yekunu ilə müqayisədə 0,03% azdır.
Şirkətin öhdəlikləri isə illik müqayisədə 6,1% artaraq 105,914 min manata çatıb.
Nizamnamə kapitalı 191,568 mln manat olan MMC-nin bölüşdürülməmiş zərəri 0,39% artıb və nəticədə, cəmi kapitalı 2019-cu ilin yekunu ilə müqayisədə 0,04% azalaraq 174,124 mln manata enib. Həmçinin ötən il ərzində şirkətə məqsədli maliyyələşmədən 2,9 mln manat daxil olub və hamısı istifadə olunub.
2020-ci il ərzində əsas fəaliyyətindən gəlirləri 2,980 mln manat, sair əməliyyat gəlirləri 4,067 min manat olan cəmiyyətin cəmi əməliyyat gəlirləri 2,984 mln manat təşkil edib. Eləcə də, ötən il üzrə “Bakı Kristal Zalı”nın material xərcləri 211,284 min manat, kommersiya xərcləri 1,073 mln manat, inzibati xərcləri 1,691 mln manat olub ki, bu da bütövlükdə əməliyyat xərclərini 2,975 mln manata çatdırıb.
Nəticədə, şirkət ötən ildə 9,005 min manat əməliyyat mənfəəti əldə edib və 1,801 min manat mənfəət vergisi ödəyərək 2020-ci ili 7,204 min manat xalis mənfəətlə başa vurub. Bu isə 2019-cu ildə əldə olunan xalis mənfəətlə müqayisədə 4,7% azdır.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi dəyişməyərək 2,0176 manat, Rusiya rublunun məzənnəsi 0,44% artaraq 0,0229 manat, türk lirəsi 0,36% bahalaşaraq 0,1969 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Prezident İlham Əliyev "Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
"Yol-xeber.az" xəbər verir ki, Sərəncamla Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bundan əlavə, dövlət başçısı Elman Bayram oğlu Bayramovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsinə dair sərəncam imzalayıb.
O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Yol-xeber.az" xəbər verir ki, avronun məzənnəsi 0,3% artaraq 2,0176 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0228 manat, türk lirəsi 0,3% bahalaşaraq 0,1962 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Dollar satışında limit məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı son vaxtlar müxtəlif təbəqələrdən çoxlu müraciətlər olur, narazılıqlar bildirilir. Banklar qeyri-rəsmi söhbətlərdə Mərkəzi Bankın göstərişinin olduğunu bildirsələr də, Mərkəzi Bank bu fikirləri təsdiqləmir və bankların özfəaliyyəti olduğunu iddia edir. Reallıq odur ki, dollar alışına limit var və bəzi istisnalarla 20 min manatdan çox dollar almaq mümkünsüzdür".
"Yol-xeber.az" xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, limit göstərişinin Mərkəzi Bankdan gəlməsi şübhə doğurmur:
"Əks halda problem qısa müddətdə aradan qaldırılardı. Əgər bu addım bankların öz təşəbbüsüdürsə, bu halda "bazar sövdələşməsi" baş verir və banklara qarşı cəza tədbirəri görülməlidir. Əgər heç bir tədbir görülmürsə və proses olduğu kimi davam edirsə, deməli, göstəriş bir mərkəzdən gəlib".
"Mərkəzi Bankın belə göstəriş verməsindən boyun qaçırması anlaşılmazdır. Hamıya məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və məzənnənin qorunması indiki dövrdə sosial baxımdan əhalini qoruyur. Yəni mövcud məzənnə qısamüddətli olsa da, hamıya sərf edir və məzənnəni qorumaq üçün hökumət Mərkəzi Bankın timsalında məhdudlaşdırıcı tədbirlərə əl atır. 20 min manatlıq limit də həmin məhdudlaşdırıcı tədbirlədən biridir. Qarşıda 2 yolumuz var: ya məzənnəni buraxmalıyıq və bunun zərərini qəbul etməliyik. Zərbə isə həm biznesə, həm əhaliyə, həm də ümumilikdə ölkə iqtisadiyyatına dəyəcək. Ya da məzənnəni qoruyuruq və bunun üçün məhdudiyyətləri anlaşıqlı qarşılamalıyıq. İndiki halda ikinci yolu seçmişik və fikrimcə, bu, indiki dövr üçün optimal yoldur. Məhz buna görə də, Mərkəzi Bank açıqca bəyan edərək banklara belə göstəriş verdiyini bildirməlidir. Məsuliyyətin bankların üstünə atılması düzgün addım deyil", -deyə ekspert əlavə edib.
Dünya birjalarında neft bahalaşıb.
"Yol-xeber.az" xəbər verir ki, ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti 0,14 dollar və ya 0,19% artaraq 74,26 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,23 dollar və ya 0,32% artaraq 73,17 dollar təşkil edib.
Azərbaycanda çörək istehsal edən şirkətin mühüm sənədləri itib.
“Yol-xeber.az”ın məlumatına görə, “Pirallah Çörək” ASC-yə məxsus emissiya prospekti, texniki pasport, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (1200050491 nömrəli VÖEN-in şəhadətnaməsi) və Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsi itib.
Sözügedən sənədlər bu səbəbdən etibarsız sayılır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,2 milyon (altı milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2021-ci il