Neft qiymətləri iyulun 20-dən bu yana ən aşağı həddə düşüb.

Yol-xeber.az-ın məlumatına görə, ucuzlaşmanın səbəbi ABŞ-ın xam neft ehtiyatlarında gözlənilməz artım və ABŞ və Çinin mənfi iqtisadi hesabat açıqlaması olub. Qeyd edək ki, ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) xam neft ehtiyatlarının keçən həftə 3,6 milyon barel artdığını açıqlamışdı.

Eləcə də, koronavirusun Delta variantının yayılmasının qlobal enerji tələbatını azaldacağı ilə bağlı narahatlıqlar neftin qiymətini 2 həftəlik minimuma endirib. Yoluxuculuq sürəti yüksək olan Delta ştamı, aşağı peyvəndləmə dərəcələri olan ərazilər və səhiyyə sistemindəki gərginliklər çərşənbə günü dünya üzrə koronavirusa yoluxma hallarının 200 milyonu ötməsinə səbəb olub.

Analitiklər dünyanın iki ən böyük neft istehlakçısı olan ABŞ və Çində pandemiyanın sürətlə yayıldığı vaxtda yanacağa olan tələbatın məhdudlaşacağını düşünür.

Qeyd edək ki, çərşənbə günü Brent fyuçersləri 2,03 dollar və ya 2,8% azalaraq 70,38 dollar/barelə, ABŞ-ın Qərbi Texas Intermediate (WTI) markalı xam nefti isə 2,41 dollar və ya 3,4% azalaraq 68,15 dollar səviyyəsində qərarlaşıb.

Treyderlər qeyd edir ki, neftin qiymətinin düşməsi Yaxın Şərqin geosiyasi gərginliyinin artmasına dair xəbərlərə baxmayaraq baş verib.

 

 

 

 
 
 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və qoşun xidmətinin təşkili üzrə tədbirlərin keçirilməsi davam edir.

“Yol-xeber.az” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Prezidentin Quru Qoşunları Komandanlığının yaradılması haqqında müvafiq sərəncamının icrası məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komandanlığın yeni istifadəyə verilmiş bir neçə hərbi obyektində olub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Müdafiə naziri Quru Qoşunları Komandanlığının qərargah binasına baxış keçirib. Məruzə olunub ki, qərargahda müasir ümumqoşun döyüşü şəraitində hərbi əməliyyatların və qoşunların avtomatlaşdırılmış idarəetmə sistemləri üçün nəzərdə tutulmuş məntəqələr, həmçinin sinif və xidməti otaqlar fəaliyyət göstərir.

Sonra Müdafiə naziri Komandanlığın tərkibinə daxil olan idarələrinin inzibati binalarında, həmçinin əsgər yataqxanası və atış şəhərciyində yaradılan şəraitlə tanış olub.

General-polkovnik Z.Həsənov hərbi hissələrin şəxsi heyətinin sosial-məişət və xidmət şəraitinin daha da yaxşılaşdırılması üzrə müvafiq tapşırıqlar verib.

 

 

 

 
 
 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlandı.

Yol-xeber.az xəbər verir ki, avronun məzənnəsi 0,28% azalaraq 2,0122 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0233 manat, türk lirəsi 0,89% ucuzlaşaraq 0.2003 təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Dünya birjalarında neft qiymətləri dəyişib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti 70,38 dollara endikdən sonra 0,29 dollar və ya 0,41% artaraq 70,67 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 68,15 dollara endikdən sonra 0,34 dollar və ya 0,50% artaraq 68,49 dollar olub. 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,08% azalaraq 2,0179 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0233 manat, türk lirəsi 0,64% ucuzlaşaraq 0,2021 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlandı.

Avronun məzənnəsi 0,05% azalaraq 2,0183 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0232 manat, türk lirəsi 0,1% bahalaşaraq 0,2009 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

"Aİ 92" markalı benzinlə işləyən avtomobillərə maraq artıb. Maşın bazarına gələn alıcılar indi daha çox bu benzinlə işləyə bilən modellərlə maraqlanırlar.

Yol-xeber.az" Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi avtomobillərin qiymətlərində 1500 manata qədər artım müşahidə edilib.

Maşın bazarına gələnlər modelə görə yox, yanacaq növünə görə seçim edirlər.

Bazara gələn alıcılar indi daha çox bu benzinlə işləyə bilən modellərlə maraqlanırlar. Elə alıcıların da çoxu qiymətlərdən narazıdır.

Müşahidələr göstərir ki, bazarda xüsusilə "Aİ-95" və "Aİ-98" markalı benzinin istifadə olunduğu avtomobillərin qiymətlərində 1000- 1500 manata qədər artım müşahidə edilir.

Qeyd edək ki, bir müddətdir ki, bütün yanacaqdoldurma məntəqələrində "Aİ-95" premium markalı benzin 5 qəpik bahalaşaraq 1 manat 45 qəpiyə satılmağa başlayıb.

Dünya birjalarında neft ucuzlaşıb.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti 0,77 dollar və ya 1,02% azalaraq 74,64 dollar olub. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,67 dollar və ya 0,91% azalaraq 73,28 dollar təşkil edib.

Prezident İlham Əliyev iyulun 30-da İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yol-xeber.az xəbər verir ki, sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bakı Metropolitenində qatarların hərəkətində yaranan problem aradan qalxıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, metropolitenin bütün xətlərində qatarların hərəkət cədvəlinə uyğun olaraq hərəkəti tam təmin olunub.

 

09:48 ***

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb.

"Yol-xeber.az"ın məlumatına görə, qatarların tuneldə qaldığı bildirilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov yaranan problemin səbəbini açıqlayıb.

Onun sözlərinə görə, "Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur.

Xəbər lenti