2021-ci ilin ikinci rübündə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1 562,4 min ton beynəlxalq yük daşıyıb.

Yol-xeber.az-ın məlumatına görə, bu, cari ilin birinci rübü ilə müqayisədə 17,8%, 2020-ci ilin ikinci rübü ilə müqayisədə isə 19,3% azdır.

İkinci rübdə tranzit daşımaların həcmi isə rüblük müqayisədə 5,9% az, illik müqayisədə isə 10,5% çox olub və 1 210,2 min ton təşkil edib.

Azərbaycan dəmir yolları ilə daxili daşımaların həcmində isə artım qeydə alınıb. Belə ki, cari ilin birinci rübü ilə müqayisədə 17%, ötən ilin ikinci rübü ilə müqayisədə 6,2% artan daxili daşımalarıən həcmi 681,5 min ton təşkil edib.

Bir günə orta hesabla qatarların sayı 5,6, istifadə edilmiş konteynerlərin sayı 12,287 min ədəd olub.

Artıq bir müddətdir ki, Bakı şəhərində mərkəzi rayonun yaradılacağı ilə bağlı məlumatlar yayılıb. Yeni yaradılacaq rayonun paytaxtın Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının bəzi hissələrini əhatə edəcəyi bildirilir. 

Sözügedən təklifin ilk dəfə 2019-cu ilin mart ayında Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə qaldırıldığı və dövlət başçısının təklifi bəyənərək bununla bağlı tapşırıqlar verdiyi qeyd olunur. Bundan əlavə, Bakının Nizami rayonunun ləğv ediləcəyi, ərazisinin Xətai və Nərimanov rayonları arasında bölüşdürüləcəyi də yayılan məlumatlar arasındadır. 

"Yol-xeber.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi artıq qeyd olunan yeniliklərin də əhatə olunduğu Bakı şəhərinin Baş planının ilkin layihəsinin hazır olduğunu bildirib. Layihəyə görə, Bakı şəhərinin Mərkəzi Bakı, Regional Mərkəz və Alt Mərkəzə bölünməsi nəzərdə tutulub:

 

Qeyd olunur ki, Mərkəzi Planlaşdırma Rayonu 1031,4 hektar ərazini əhatə edəcək. Həmin rayonun içərisində ərazisi 425 hektar olan Xüsusi mühafizə ərazisi yaradılacaq. Hazırda müzakirələri gedən, 4 rayonun ərazisinin bir hissəsini əhatə edəcək ərazi də məhz bu hissədir. Tarixən formalaşmış planlaşdırma quruluşu olan, memarlıq və tarixi abidələrin, tarixi-memorial məkanların sıx yerləşdiyi, həmçinin əhali tərəfindən istirahət, əyləncə və xidmət məkanı olaraq daha çox istifadə edilən ərazidir. Qeyd olunur ki, Xüsusi mühafizə ərazisi Mərkəzi Planlaşdırma Rayonunun nüvəsini təşkil edən vacib planlaşdırma elementidir. 

Mərkəzi rayonla bağlı digər detallara gəlincə isə, Komitədən bunların yalnız Baş Planın təsdiqindən sonra açıqlanacağı bildirildi: “Hələ ki, Bakı şəhərinin Baş planı təsdiq olunmayıb. Təsdiq olunandan sonra rayonun adı necə olacaq, dəqiq sərhədləri necə olacaq, bu barədə detallı nəsə danışmaq olar”. 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan xəbərlə əlaqədar qeyd olunanlardan əlavə məlumatın olmadığı bildirildi: “Bakı şəhərinin Baş planının hazırlanması Dövlət Şəhərsalma və Arxitektura  Komitəsinə tapşırılıb. Biz də onların məlumatını gözləyirik”. 

Qeyd edək ki, mərkəzi rayonun yaradılması ilə əlaqədar Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Bakının keçmiş baş memarı Elbay Qasımzadə Yenisabah.az-a açıqlamasında mərkəzi rayonda bəzi məhdudiyyətlərin tətbiq oluna biləcəyini demişdi. Yəni, sözügedən ərazidə istənilən tikinti aparıla bilməz. Bunun üçün ilk növbədə memar, rəssam, heykəltəraş, tarixçi və arxeoloqlardan ibarət rayonun İctimai Şurası yaradılmalı və görüləcək işlərlə bağlı həmin şura tərəfindən əvvəlcədən təhlil olunmalıdır. Həmçinin, bu rayonda nəqliyyat vasitələrinin hərəkəti xüsusi qaydalarla aparılmalıdır:

“Faytonlar turistləri cəlb etmək üçün olacaq. Əhali təbii olaraq işdən evinə faytonla getməyəcək. İctimai nəqliyyat olacaq. Sadəcə, ola bilsin ki, orada hərəkət yolları bir qədər məhdudlaşacaq. Şəxsi avtomobillərin hansısa məhəllələrə daxil olması qadağan ediləcək. Amma mən düşünürəm ki, biz oranı qoruğa çevirməməliyik. Çünki qoruqda yaşamaq kifayət qədər çətindir”.

Dünya birjalarında neft qiymətləri artıb.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti 0,32 dollar və ya 0,46% artaraq 69,36 dollar olub. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,50 dollar və ya 0,75% artaraq 66,98 dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb. 

Avronun məzənnəsi 0,54% azalaraq 1,9989 manat, Rusiya rublunun məzənnəsi 0,43% geriləyərək 0,0231 manat, türk lirəsi 1,2% ucuzlaşaraq 0,1970 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

"Zəfər yolu"nun istifadəyə veriləcəyi vaxt açıqlanıb.

Yol-xeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov açıqlama verib.

Onun sözlərinə görə, yolun 2021-ci ilin sentyabrın axırı-oktrabrın əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.

"Hazırda bu yolda qızğın iş gedir. Artıq 8-ci aydır ki, işçilərimiz orada çalışır. İlk asfalt döşəmə işlərinə başlanılıb. 25 km-ə yaxın hissədə asfalt-beton örtüyü artıq döşənib. Sentyabrın axırı-oktrabrın əvvəlində bu yolun tamamilə asfalt örtüklə tikilməsi başa çatdırılaraq əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur".

Qeyd dək ki, bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir və 2 hərəkət zolaqlı olacaq.

"Avtomobil yolları ilə bağlı daha 2 layihənin yerinə yetirilməsi nəzərdə tutulub".

Yol-xeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov deyib.

Onun sözlərinə görə, bu yollardan biri Ağdam-Füzuli yoludur. Həmin yolun layihəsi hazırlanıb və uzunluğu 70 km-dir:

"Gələcəkdə Xankəndidən Ermənistana alternativ yol çəkmək fikrimiz var. Bu, Laçın koridoruna alternativ yol olacaq. Onun da uzunluğu təqribən 80 km təşkil edir".

Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirəcək Zəngəzur dəhlizinin layihəsi hazırlanır.

Yol-xeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov deyib.

O bildirib ki, dəhlizin Azərbaycan hissəsi Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yoludur:

"Bu yol 123,8 km uzunluğunda, 4-6 hərəkət hərəkət zolaqlı olacaq. Bu, eyni zamanda Zəngilan dəhlizinin bir hissəsini – Azərbaycan hissəsini təşkil edəcək".

“Bakı Metropoliteni” QSC metropolitenin stansiyaları, binaları, qurğuları və avandanlıqlarının təmizlənməsi işlərinin təkliflər sorğusu ilə satın alınmasına dair müsabiqə keçirilib.

Yol-xeber.az-ın məlumatına görə, müsabiqənin qalibi “Tais İKF” elan olunub.

Qalib şirkətlə 3 342,916 min manat dəyərində satınalma müqaviləsi imzalanıb.

Dünya birjalarında neft qiymətləri artıb.

 ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti 0,07 dollar və ya 0,10% artaraq 71,36 dollar olub. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,05 dollar və ya 0,07% artaraq 69,14 dollar təşkil edib.

"Azərbaycanda iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur".

Yol-xeber.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Bu ilin I yarısında ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 401, əlavə dəyə vergisi (ƏDV) ödəyicilərinin sayı 8,9% artaraq 31 738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8% artaraq 176 794 olub", - o qeyd edib.

 

 

 

 
 
 

Xəbər lenti