Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,07% artaraq 2,0271 manat, Rusiya rublu 0,43% bahalaşaraq 0,0234 manat, türk lirəsinin məzənnəsi 0,05% azalaraq 0,1962 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Bu ilin ilk 4 ayında bankların həm kredit qoyluşları, həm də problemli kreditlərinin həcmi artıb. Belə ki, ötən ili 14 milyard 530 milyon manat kredit portfeli ilə başa vuran bank sektoru bu göstəricini 14 milyard 987 milyon manata çatdıra bilib. Digər tərəfdən, ötən ilin sonunda 893 milyon manat problemli kreditləri olan banklar artıq 921 milyon manat geri qaytarılmayan kreditlərə sahibdirlər. Bu ilin ilk 4 ayında kredit portfeli ilə problemli kreditlərin həcmi ilin əvvəli müqayisədə eyni nisbətdə artıb. Hər iki göstəricidə 3,1% artım qeydə alınıb.

"Yol-xeber.az" xəbə verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, kredit portfelinin artması müsbət məqam olsa da, problemli kreditlərin məbləğinin son ilin ilk 4 ayında 3,1% artması arzuolunan hal deyil:

"Problemli kreditlərin həcminin artmasında pandemiyanın təsirləri xüsusi rol oynasa da, bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsir edib. Eyni zamanda, depozit dividendləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq, bəzi banklar xarici valyutada depozitlərə ya faiz ödənişi etmirlər, ya da cüzi dividend hesablayırlar. Manat üzrə depozit dividendləri də azalıb". 

Millət vəkili bildirib ki, depozit dividendlərinin düşməsinə baxmayaraq kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur:

"Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə, 2021-ci ilin geridə qalan aylarında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var".

Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan güzəştli kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etməyib.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan “Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb. Lakin kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Yol-xeber.az" xəbər verir ki, avronun məzənnəsi 0,09% artaraq 2,0264 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0233 manat, türk lirəsi 1,4% bahalaşaraq 0,1963 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub

Dünya Bankı ölkələr üzrə tərəfdaşlıq strategiyalarının hazırlanmasına yeni növ koronavirus (COVID-19) pandemiyası bitdikdən sonra başlayacaq.

"Yol-xeber.az" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.

Onun sözlərinə görə, Azərbaycan üzrə də növbəti beşillik strategiyamızın da hazırlanması pandemiyaya görə ləngiyib.

S. Maykl əlavə edib ki, Dünya Bankının Azərbaycan üzrə hazırlanacaq yeni beşillik (2021-2025-ci illər) tərəfdaşlıq strategiyası Azərbaycan hökumətinin hazırladığı milli inkişaf strategiyasına əsaslanacaq:

"Strategiyada işğaldan azad edilmiş ərazilərin bərpası da yer alacaq. Yeni tərəfdaşlıq strategiyasının gələn ilin iyun ayında tam hazır olacağı gözlənilir".

Bankın rəsmisi onu da əlavə edib ki, yeni layihələrin maliyyələşdirilməsinə strategiyasız da başlanıla bilər.

Yol-xeber.az-ın məlumatına görə, Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Otuz bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.7-ci yarımbəndində göstərilmiş 13,5 milyon (on üç milyon beş yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2021-ci il

Bu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olub ki, onların da 27,5%-ni qadınlar təşkil edir.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, dövlət qulluqçularının 6,4%-i dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,5%-i 4-cü təsnifatı, 12,3%-i 5-ci təsnifatı, 8,4%-i 6-cı təsnifatı, 48,8%-i 7-ci təsnifatı, 20,6%-i isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 6,3%-i 1 ilədək, 25,2%-i 1 ildən 5 ilədək, 24,4%-i 5 ildən 10 ilədək, 17,8%-i 10 ildən 15 ilədək, 26,3%-i isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,7%-ni 25 yaşadək, 13,7%-ni 25-29 yaşda, 16,8%-ni 30-34 yaşda, 14,8%-ni 35-39 yaşda, 12,3%-ni 40-44 yaşda, 9,1%-ni 45-49 yaşda, 8,7%-ni 50-54 yaşda, 10,9%-ni 55-59 yaşda, 9,2%-ni 60-64 yaşda, 1,8%-ni 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2020-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 18,9% artaraq 1 215,5 manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,48% azalaraq 2,0161 manat, Rusiya rublu 0,85% ucuzlaşaraq 0,0233 manat, türk lirəsinin məzənnəsi isə 0,62% geriləyərək 0,1938 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1938 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

“Bu, ötən günün rəsmi məzənnəsi ilə müqayisədə 0,62%, iyunun əvvəli ilə müqayisədə isə 3,2% azalma deməkdir. 

Qeyd edək ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.

Denominasiyadan sonra cari ilin iyunun 2-də lirə 0,20 manatdan aşağı düşüb.

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti cüzi artıb.

"Yol-xeber.az"ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,01 ABŞ dolları və ya 0,01% artaraq 74,54 dollar təşkil edib.

Xəbər lenti