Azərbaycanda illik inflyasiya tempi hədəf çərçivəsində (4±2%) qalıb. Rəsmi statistikaya görə mayda istehlak qiymətləri indeksi sabit qalmış, 12 aylıq inflyasiya 4.9% təşkil edib.

"Bu barədə Mərkəzi Bankın məlumatında qeyd olunub.

Ümumi inflyasiyanın başlıca ənənəvi mənbəyi olan ərzaq inflyasiyasına mövsümi faktorlar azaldıcı, dünya ərzaq qiymətlərində bahalaşmanın davam etməsi isə artırıcı təsir edir. Mövsümi amillər əsasən yerli meyvə-tərəvəz məhsullarının ucuzlaşması ilə müşayiət olunur. Mayda ərzaq qiymətləri orta hesabla 0.3% azalıb, illik ərzaq inflyasiyası 5.2% təşkil edib.

Dünya ərzaq qiymətlərinin yüksəlməsinin daxili inflyasiyaya birbaşa və dolayı artırıcı təsirləri davam edir. Dünya ərzaq qiymətləri may ayında 4.8%, son 12 ayda isə 39.7% yüksəlib.

Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri inflyasiya idxalı və məcmu tələbin bərpası ilə yanaşı daxili xərc amillərindən də təsirlənir. İllik əsasda may ayında qiymətlər qeyri-ərzaq məhsulları üzrə 4.4%, xidmətlər üzrə isə 4.8% yüksəlib. Beləliklə, illik inflyasiyanın strukturunda qeyri-ərzaq məhsulları və xidmətlərin qiymət dəyişiminin rolu artıb.

Dövlət tərəfindən tənzimlənən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-may aylarında 2.6% təşkil edir.

İnflyasiya gözləntiləri may ayında əvvəlki aya nəzərən qeyri-neft sənayesində, ticarətdə və xidmət sektorunda cüzi azalıb, tikinti sektorunda isə artıb.

İyun ayında yenilənmiş proqnozlara görə 2021-ci ilin sonuna illik inflyasiya hədəf diapazonunda qalacaq. İyun, iyul və avqust aylarında mövsümi amillərin inflyasiyaya azaldıcı təsirlərinin davam edəcəyi gözlənilir.

İyunun 18-də Bakıda “Intercontinental” hotelinin açılışı olub.

"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Əvvəllər bu ərazidə “Cənub” mehmanxanası yerləşirdi. İndi onun yerində gözoxşayan memarlıq üslubunda yeddimərtəbəli “İntercontinental” oteli inşa olunub. Bu gün dünyada pandemiyanın davam etməsinə, iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm sosial-iqtisadi infrastuktur layihələrinin icrası uğurla davam edir. Müasir səviyyədə inşa olunan “İntercontinental” otelinin istifadəyə verilməsi bunun daha bir təzahürüdür.

Ölkəmizdə turizmin böyük gələcəyinin olduğunu daim vurğulayan dövlətimizin başçısı hələ neçə illər bundan əvvəl Azərbaycanda ən müasir otellərin, o cümlədən məşhur dünya brendlərinə aid mehmanxanaların inşasının vacibliyini qeyd edirdi. Həyat Prezident İlham Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Pandemiyadan əvvəlki son illərdə Azərbaycanda turizmin inkişafı böyük vüsət aldı. Lakin bütün dünyada olduğu kimi, COVID-19 virusunun sürətlə yayılması ölkəmizdə də turizmin inkişafına ciddi maneə yaratdı. İndiki şəraitdə yeni otellərin istifadəyə verilməsi Azərbaycanda uzaqgörən siyasətin həyata keçirilməsinin bariz göstəricisidir.

Yaradılan müasir otel idarəçiliyi ölkəmizə beynəlxalq səviyyəli bir çox mehmanxana brendlərinin gəlməsi ilə nəticələnib. Bu isə bütün sahələrdə olduğu kimi, turizm, o cümlədən bu sektorun əsasını təşkil edən müasir otel sisteminin yaradılması istiqamətində dövlət səviyyəsində görülən işlər hesabına mümkün olub. Ümumilikdə, müasir otellərin istifadəyə verilməsi bir neçə mühüm amili özündə ehtiva edir. Onlar turizm sektorunun inkişafına dəstək, otel biznesinin genişləndirilməsi, turistlərin rahatlığının təmin olunması, yeni iş yerlərinin yaradılması və Bakının ümumi inkişafına verilən töhfədir.

“İntercontinental” otelində ümumilikdə, müxtəlif kateqoriyalara aid 126 otaq var. Otaqların hər birində qonaqların özlərini maksimum rahat hiss etməsi üçün bütün zəruri şərait yaradılıb. Oteldə turistlərin və paytaxt sakinlərinin xidmətində olacaq restoranlar, konfrans zalları və digər infrastuktur mövcuddur.

Burada “Lamborghini Bakı Mərkəzi”nin satış salonu da yaradılıb. Salonda müştərilərə yüksək xidmət göstərmək üçün geniş imkanlar var.

***

İyunun 18-də Bakıda “Intercontinental” otelinin açılışı olub.

" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

 

 

Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1950 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

“Bu, ötən günün rəsmi məzənnəsi ilə müqayisədə 1,2%, iyunun əvvəli ilə müqayisədə isə 2,6% azalma deməkdir. 

Qeyd edək ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.

Denominasiyadan sonra cari ilin iyun ayında lirə 0,20 manatdan aşağı düşüb.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 1,1% azalaraq 2,0390 manat, Rusiya rublu 0,42% ucuzlaşaraq 0,0235 manat, türk lirəsinin məzənnəsi 0,65% azalaraq 0,1973 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

AAYDA:  "Zəfər yolu"nun inşası ilə bağlı işlərin 80%-i başa çatdırılıb  - FOTO

Bu gün Füzuli rayonuna səfər etmiş Azərbaycan jurnalistləri buradan Şuşa şəhərinə çəkilən "Zəfər yolu"nun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdəki son vəziyyətlə tanış olub.

Yol-xeber.az-ın məlumatına görə, körpü barədə Azərbaycan Avtomabil Yolları Dövlət Agentliyinin (AAYDA) yerli və regional əhəmiyyətli şöbənin rəisi Ilham Süleymanov açıqlama verib.

O, bildirib ki, "Zəfər yolu"nun inşası ilə bağlı işlərin 80%-i başa çatdırılıb: "Yolun 51-ci kilometrliyində torpaq işləri tamamilə bitib, konstruksiya işlərinə başlanılıb. Artıq yolun 1 kilometrdən artıq hissəsinin asfalt örtüyü çəkilib. Yolun 101,5-ci kilometrliyində 4 körpü var, onlardan 3-nun tikinti işlərinin 75%-i artıq həyata keçirilib".

Hazırda dayandığımız körpünün altından Şuşaya 2-ci yol gedir. Bu yolun uzunluğu 84.6 kilometrdir. Şuşa gedən yolun üzərində qurulan bu körpü Quruçayın üzərində inşa olunur. Körpünün əhəmiyyəti ondan ibarətdir ki, o, Ağdam-Füzuli yolu üçün ötürücü rolu oynayır. Digər tərəfdən yolların üzərində suni qurğular olur ki, körpülər də bu rolu oynayır".

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki Zaur Şərifov küçəsi təmir olunur.

Bu barədə "Yol-xeber.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda deyilir ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 18.5 km təşkil edən qəsəbədaxili küçə və yolda təmir-tikinti işləri davam etdirilir.

Proqram çərçivəsində sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4,3 km olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, bu istiqamətdə bir müddətdir işlərə start verilib.

Bu çərçivədə qəsəbədə 700 metr uzunluğa malik Zaur Şərifov küçəsində aparılan təmir-tikinti işləri son mərhələ üzrə və yüksək keyfiyyətlə icra olunur.

 

 

 

 
 
 

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub.

"Yol-xeber.az" xəbər verir ki, dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. Qardaş dövlətin rəhbərinin bu səfəri əvvəlkilərdən fərqlidir: Türkiyə Prezidenti Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhərinə gedəcək. Olduqca strateji əhəmiyyət daşıyan bu səfər eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin də dərinləşməsinə gətirib çıxaracaq. 

"Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, strateji əhəmiyyət daşıyan bu səfər sadəcə iki ölkə arasında ticari dövriyyənin genişlənməsinə deyil, eyni zamanda qarşılıqlı sərmayə qoyluşlarının da artmasına imkan yaracaq:

"Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub".

"Qeyd edək ki, bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib. Saziş 15 mal qrupunu əhatə edir. Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Pandemiyanın təsirlərinə rəğmən ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4,5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır. Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər", - deyə millət vəkili əlavə edib. 

V. Bayramov bildirib ki, eyni zamanda, Türkiyəni təmsil edən şirkətlər Qarabağın bərpa və yenidənqurmasında fəal iştirak edir:

"Türkiyə Prezidentinin səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur layihələrində daha fəal iştirak edəcəyi gözlənilir. Bütövlükdə, region üçün strateji əhəmiyyət daşıyan bu səfər ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək".

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,75% azalaraq 2,0567 manat, Rusiya rublu 0,42% ucuzlaşaraq 0,0236 manat, türk lirəsinin məzənnəsi 0,5% artaraq 0,2027 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

2021-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1% artaraq 1678,4 min nəfər olub, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

"Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunub. 

Məlumata əsasən, muzdla işləyənlərin 19,7%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% azalaraq 722,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xəbər lenti