Dövlət Miqrasiya Xidməti (DMX) hava yolu ilə Azərbaycana giriş-çıxış edən Türkiyə və Rusiya vətəndaşları tərəfindən COVID-19-a dair təqdim edilməsi zəruri olan sənədlərlə bağlı daha bir məlumat yayıb.

Qurumun İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərov "Yol-xeber.az"a bildirib ki, yaşı 1-dən 18-dək olan şəxslər yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidir:

"Eyni sənədi yaşı 18-dən yuxarı olanlar da təqdim etməlidir. Bundan əlavə, yaşı 18-dən yuxarı olan şəxslər həm də COVID-19 pasportunu təqdim etməlidirlər. Burada söhbət tam peyvəndlənməni təsdiq edən sənəd və ya sağalaraq immunitetə malik olmağı təsdiq edən sənəddən gedir. Yəni, bu sənədlərdən biri yetərlidir. Əgər sərnişin tam peyvənd olunmayıbsa, sağalaraq immunitetə malik olmasını təsdiq edən sənədi təqdim etməlidir".

“Vərtsilə Finlənd Oy” şirkətinin Azərbaycan filialı ləğv olunur.

“Yol-xeber.az” xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 93, ev BEGOC Biznes Mərkəzi, 6-cı mərtəbə, mənzil 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Finlandiya mərkəzli “Vərtsilə Finlənd Oy” şirkətinin Azərbaycan filialı 2005-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Jorma Veli Antero Neiskaia-dır 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Yol-xeber.az" xəbər verir ki, avronun məzənnəsi 0,20% artaraq 2,0722 manat, Rusiya rublu 0,85% bahalaşaraq 0,0237 manat, türk lirəsinin məzənnəsi 1,9% artaraq 0,2017 təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15240,6 milyon manatlıq, o cümlədən 8381,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6859,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

"Dövlət Statistika Komitəsi xəbər verir ki, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2% artıb, qeyri-ərzaq malları üzrə isə 1,9% azalıb.

2021-ci ilin yanvar-may aylarında istehlak mallarının dəyər ifadəsində 27,7%-i ticarət müəssisələri, 48,9%-i fərdi sahibkarlar tərəfindən, 23,4%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,4% artıb, fərdi sahibkarlar üzrə 0,9%, bazar və yarmarkalarda 12,7% azalıb. Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,5%-i ərzaq məhsullarının, 5,5%-i içkilər və tütün məmulatlarının, 14,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4%-i avtomobil benzini və dizel yanacağının, 5%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 304,6 manatlıq, o cümlədən 167,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 137,1 manatlıq qeyri-ərzaq malları alınıb.  

Bu gün Rusiya səkkiz ölkə ilə uçuşlarını bərpa edir. 

Yol-xeber.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, buraya Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mauritius, Mərakeş və Xorvatiya daxildir. Çarter reysləri Albaniyaya uçacaq. 

Bundan əlavə, Moskvadan Yunanıstan, Azərbaycan, Ermənistan, Özbəkistan, Qətər, Tacikistan, Serbiya, Belarusiya və Misirə uçuşların sayı artırılacaq.

Uçuşlar Münhenə davam edəcək. Əvvəllər yalnız Berlin və Frankfurta uçmaq mümkün idi.

Qeyd edək ki, beynəlxalq uçuşlar Rusiyanın üç şəhərindən - Nijnekamsk, Vladikavkaz və Tomskdan  başlayır.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,12% azalaraq 2,0681 manat, Rusiya rublu 0,42% ucuzlaşaraq 0,0235 manat, türk lirəsinin məzənnəsi isə 0,2% artaraq 0,1979 təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

“Bakı Metropoliteni” QSC istismarda olan metro vaqonlarının (Vaqonların siyahısı 2825-1912-1911-1910-2826, 2853-1999-3003-3007-2854, 2723-1582-1583-1584-2724, 2725-1585-1586-1588-2726, 2659-1474-1475-1476-2669,2803-1853-1852-1851-2804,2772-1741-1740-1739-2773) ön görünüşünün dəyişdirilməsi, qumla təmizlənməsi üçün tam sökülməsi,qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, iki qat akril boya ilə rənglənməsi, yığılması və salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi işlərinin satın alınması ilə bağlı elan olunan tenderə yekun vurub.

“Yol-xeber.az”ın məlumatına əsasən, tenderin qalibi “Nəqliyyat Təmir-Təchizat” MMC olub. Qalib şirkətlə 666,212 min manat dəyərində müqavilə imzalanıb. 

Qurumun çəp tipli işıqlandırıcı çıraq və ehtiyat hissələrinin satınalınması ilə bağlı tenderinin qalibi “Erg Baku” olub və şirkətə 633,896 min manat ödəniləcək.

Son günlər tikinti materailları bazarında qiymət artımı əsas müzakirə mövzularından birinə çevrilib. Bir sıra tikinti materiallarının qiymətində 2 dəfəyə yaxın, bəzilərində isə 2 dəfədən çox artım müşahidə olunur. Bu isə inşaat sektorunda xərcləri artıraraq növbəti aylarda mənzil bazarında qiymətlərin artacağından xəbər verir.

Bəzi ekspertlər bahalaşmanı mövsümi amillərlə əlaqələndirib. Bəziləri isə qiymətlərdəki kəskin artımın təkcə mövsümlə bağlı olmadığını, monopoliya və süni qiymət artımının da rol oynadığını hesab edirlər. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Ölkə.az”ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən əsassız qiymət artımı hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə mütəmadi olaraq bir sıra malların, o cümlədən tikinti materiallarının qiymətlərinin monitorinqi aparılır:

“Son dövrdə Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlərin nəticələri təhlil edildikdən sonra tikinti materiallarında qiymət artımının dünya bazarında müşahidə olunan əmtəə dəyərinin yüksəlməsi nəticəsində baş verdiyi müəyyən olunub”.

Qurum əlavə edib ki, tikinti materiallarının qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün, bazar iqtisadiyyatı şəraitində rəqabət mühitində tələb-təklif əsasında formalaşır. Qeyd olunub ki, qiymətlərin səviyyəsi dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsiri altında dəyişə bilər:

“Bazarda əsassız qiymət artımının vaxtında müəyyən edilərək qarşısının alınması istiqamətində Dövlət Xidməti tədbirlərini davam etdirilir. Məqsəd bazarda sağlam rəqabət mühitinin yaradılmasının və qorunmasının təmin edilməsidir”.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Yol-xeber.az" xəbər verir ki, avronun məzənnəsi 0,01% artaraq 2,0706 manat, Rusiya rublu 1,29% bahalaşaraq 0,0236 manat, türk lirəsinin məzənnəsi 0,10% artaraq 0,1975 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Prezident İlham Əliyev "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Yol-xeber.az" xəbər verir ki, sərəncamla Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 660 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xəbər lenti