![]() |
|
Bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Zəngilan rayonuna səfəri zamanı deyib.
“Bu işlərə start verilib və Horadiz qəsəbəsində bir müdət əvvəl Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşını qoyduq. Bu dəmiryolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsi ilə birləşdirəcək.
Əslində Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib, Naxçıvana dəmiryolu açacaq. Və avtomobil yolu həmçinin salınmalıdır”, deyə dövlət başçısı bildirib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,7% artaraq 2,0590 manat, Rusiya rublu 0,9% bahalaşaraq 0,0227 manat, türk lirəsinin məzənnəsi 1,2% azalaraq 0,2018 manat təşkil edib.
İşğaldan azad edilmiş ərazilərimizə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması prosesi davam edir.
İndiyədək magistral və respublika əhəmiyyətli avtomobil yollarında 26 ədəd bu cür lövhə yenilənib, 20 yeni lövhə quraşdırılıb. Qısa müddət ərzində daha 15 lövhənin yenilənməsi və 10 yeni lövhənin quraşdırılması nəzərdə tutulur.
Cari ilin aprelin 1-nə Azərbaycan manatının real effektiv məzənnəsi isə 102,2 bənd təşkil edib.
Bu, illik müqayisədə isə 2,7 bənd azdır. Real effektiv məzənnədə aylıq müqayisədə 1,6 bənd, ilin əvvəlinə nisbətən 1,9 bənd artım qeydə alınıb.
Milli valyutanın xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 75,9 bənd təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,7 bənd azdır. Aylıq müqayisədə isə nominal məzənnədə 1,2 bənd, ilin əvvəlinə nisbətən 0,3 bənd artım qeydə alınıb.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,39 dollar və ya 0,60% artaraq 65,79 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,47 dollar və ya 0,77% artaraq 61,90 dollar təşkil edib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 aprel 2021-ci il
“Azərişıq” ASC işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir.
“Azərişıq”dan verilən məlumata görə,
Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirib.
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir.
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izoliyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xəttlərə texniki xidmət xərci minumuma enir.
Suqovuşan qəsəbəsinin daxili şəbəsində isə 0,4 kv hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,06% artaraq 2,0459 manat, Rusiya rublu 0,45% bahalaşaraq 0,0222 manat, türk lirəsinin məzənnəsi 1% azalaraq 0,2073 manat təşkil edib.
Azərbaycan neftinin dünya bazarına daşınmasında vasitəçilik edən Türkiyə Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri ilə daşınan hər barel neft üçün “keçid haqqı”nı artırır.
“Habertürk” xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın “British Petroleum” şirkəti ilə görüşlər yekunlaşıb. Məlumata əsasən həmin haqqın yaxşılaşdırılması ilə bağlı razılıq əldə olunub və tərəflər gizlilik qərarı verib. Buna görə də, yeni "keçid haqqı" ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Türkiyəyə ödənilən sözügedən haqq daha əvvəl 55 sent səviyyəsində olub. Dünya üzrə bənzər boru xətləri üzrə keçid haqqının isə 1,5-2 dollar olduğu qeyd olunur.
BTC Neft Boru Kəməri ilə Xəzər bölgəsində hasil olunan neft Ceyhana nəql olunur, daha sonra beynəlxalq bazarlara tankerlər vasitəsilə çatdırılır. Xəttin gücü ildə 50 milyon ton, gündə 1 milyon bareldir. BTC boru kəmərinin ümumi uzunluğu 1768 km-dır. Xəttin Türkiyə üzrə uzunluğu 1076 min km-dır.
Prezident İlham Əliyev Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı– Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.