Prezident İlham Əliyev Hacıqabul şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1. Hacıqabul şəhərində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məktəb binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Dövlət başçısının tapşırığına uyğun olaraq respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Bu cür layihələrdən bir-neçəsi Ucar, Zərdab, Ağcabədi, Yevlax və Şəki rayonları ərazisində icra olunur.

 

Belə ki, Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonu Dərəcənnət və Təpəcənnət, Yevlax rayonu Qaraoğlan və Quşçu, Ucar rayonu Alpı və Qulabənd, Zərbad rayonu Yarməmmədbağı, Körpükənd və Əlvənd və Ağcabədi rayonu  Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınıb. 

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən layihəyə əsasən qeyd edilən kənd yollarının ümumi uzunluğu 61.7 kilometdir. IV texniki dərəcəyə uyğun olaraq bərpa edilən yolların hər birinin eni 10 metr təşkil edir. Yolların gediş-gəliş hissəsinin eni 3.5 m olmaqla 7 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 1.5 m olmaqla 3 metrə bərabərdir. 

 

Görülən işlər çərçivəsində Şəki rayonu ərazisində Təpəcənnət və Dərəcənnət kənd yolları layihəyə uyğun olaraq, torpaq yatağının normativ eninin alınması üçün genişləndirilib, genişləndirilmiş ərazilərə yol boyu yararlı material tökülərək qrunt yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa olunub. Bununla yanaşı uzunluğu 5.2 km olan Təpəcənnət  yolunda 14 ədəd, 6.2 km olan Dərəcənnət kənd yolunda isə 24 dairəvi suotürücü boru quraşdırılıb, həmçinin 1 düzbucaqlı su keçidi inşa edilib. Hazırda hər iki yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

 

Layihəyə uyğun olaraq Yevlax rayonunda da 2 kənd yolunun yenidən qurulması icra olunur ki, artıq işlər son mərhələdədir. Bu 4.4 km uzunluğa malik Qaraoğlan və 3.2 km-lik Quşçu kənd yollarıdır. Sözügedən kənd yolları boyunca deformasiyaya uğramış örtüyün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, yeni yol yatağının inşası aparılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilir və hərəkət hissə asfalt örtüyü döşənməsi üçün hazır vəziyyətə gətirilir. Yollar boyunca mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan ümumilikdə 57 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri icra olunur.

 

Ucar rayonunda isə 3.5 km uzunluğa malik Alpı və 3.4 km-lik Qulabənd kənd yolları inşa edilir. Hər iki yolda işlər artıq yekunlaşmağa doğru gedir. Belə ki, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, sözügedən yollarda yeni yol yatağı inşası yekunlaşdırılıb. Hazırda layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası aparılır, yollar boyunca ümumilikdə 31 ədəd dairəvi suötürücü boru quraşdırılır. Bunun ardınca isə yollara 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.

 

Anoloji işlərin Zərdab rayonu ərazisində 3 kənd yolunda da icrasına start verilib. Bu uzunluğu 15.9 km olan Yarməmmədbağı, 4.7 km uzunluğa malik Körpükənd və 5 km-lik Əlvənd kəndlərinin yollarıdır. Hazırda yollar boyu xüsusi texnikalardan istifadə olunmaqla yatağın genişləndirilərək profilə salınması və IV texniki dərəcəyə uyğun inşası, həmçinin lazımi qarışıqlardan istifadə olunmaqla yol əsasının tikintisi işləri həyata keçirilir. Yarməmmədbağı, Körpükənd və Əlvənd kənd yollarında müvafiq olaraq 20, 10 və 9 ədəd dairəvi suötürücü borunun quraşdırılması da layihə üzrə nəzərdə tutulur.

 

Zərdab rayonu ilə yanaşı Ağcabədi rayonunda Şənlik kəndi yolunun da yenidən qurulması işlərinə başlanılıb. Hazırda kəndə gedən 10.2 km-lik yolda yeni torpaq yatağı və yeni yol əsası inşa edilir. Mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan 16 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri və mövcud 2 avtomobil körpüsünün əsaslı şəkildə təmiri də layihəyə daxil edilib. Texnoloji ardıcıllığa uyğun olaraq, torpaq işlərindən sonra Şənlik kənd yoluna əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. 

 

Qeyd edək ki, tikintiyə Texniki nəzarət işlərini İtaliyanın “İRD Engineering” şirkəti yerinə yetirir.

 

Ümumilikdə isə tikinti işləri tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

 

Əsaslı şəkildə yenidən qurulan yerli əhəmiyyətli yollar adı qeyd edilən 10 kəndin 12 mindən artıq əhalisi ilə yanaşı bu yollardan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək. Bundan başqa əhali tərəfindən yetişdirdirilən kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan rayon mərkəzinə və qonşu rayonlara daşınmasına şərait yaratmaqla bu sahənin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində kənd əhalisinin sosial həyat şəraitinə müsbət təsir etmiş olacaq.

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 
 

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyini bildirib. Dövlət başçısı bəyan edib: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi post-müharibə dövründə region üçün prioritet məsələlərdəndir. Bu Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə quru nəqliyyatı vasitəsi ilə birləşdirməklə yanaşı həm də regionda davamlı sülhün formalaşması baxımından vacibdir:

“Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”.

“Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.

Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”, - deyə o əlavə edib.

2021-ci ilin birinci rübü üzrə Azərbaycan ərzaq və yeyinti məhsullarının idxal həcmini artırıb.

Ölkə.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ilin əvvəlindən ölkəmiz xaricdən 454 milyon 987,1 min dollar dəyərində yeyinti məhsulları alıb.

Ötən ilin rəqəmləri ilə müqayisədə bu, 27,3 faiz daha çoxdur. İlin yanvar-mart ayları ərzindən Azərbaycanın ən çox idxal etdiyi ərzaq və yeyinti məhsulları aşağıdakılardır:

Ət - 8,8 min tona yaxın (14,9 milyon dollar dəyərində) idxal baş tutub. Bu məhsulun ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 20,2 faiz, idxal dəyəri isə 26,1 faiz azalıb.

Süd - 1,9 min tona yaxın (2,8 milyon dollar dəyərində) idxal həyata keçirilib. İllik müqayisədə idxal həcmi 8,6 faiz, idxal dəyəri isə 17,3 faiz azalıb.

Kərə yağı və süddən hazırlanmış digər yağlar - 4,2 min tona yaxın (20,1 milyon dollar dəyərində) idxal baş tutub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 5,1 faiz, idxal dəyəri 1,7 faiz artıb.

Meyvə-tərəvəz - 132,2 min tona yaxın (72,5 milyon dollar dəyərində) idxal həyata keçirilib. İllik müqayisədə idxal həcmi 7,8 faiz, idxal dəyəri isə 6,2 faiz çox olub.

Çay - 3,2 min ton həcmində (12,7 milyon dollar dəyərində) məhsul tədarük edilib. Ötən ilə nisbətən idxal həcmi 5,2 faiz, idxal dəyəri 0,3 faiz azalıb.

Bitki və heyvan mənşəli piy və yağlar - 48 min tona yaxın (62,8 milyon dollar dəyərində) idxal həyata keçirilib. İllik müqayisədə idxal həcmi 40,3 faiz, idxal dəyəri isə iki dəfəyə qədər artıb.

Digər yeyinti məhsulları: 

Buğda - 187,9 min ton həcmində (47,7 milyon dollar dəyərində) tədarük baş tutub. Ötən illə müqayisədə idxal həcmi 13,6 faiz, idxal dəyəri isə 32 faizə qədər artıb.

Düyü - 15,6 min ton həcmində (10,7 milyon dollar dəyərində). İllik müqayisədə idxal həcmi səkkiz faizə qədər, idxal dəyəri isə 17 faiz artıb.

Əsas idxal məhsulları sırasına bu il aşağıdakı yeyinti məhsulları da daxil edilib: 

Arpa - 11,2 min ton həcmində və 2,3 milyon dollar dəyərində.

Qarğıdalı - 18,4 min ton həcmində və 5,4 milyon dollar dəyərində.

Dünya birjalarında neft ucuzlaşıb.

 ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,47 dollar və ya 0,71% azalaraq 66,10 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,50 dollar və ya 0,80% azalaraq 62,17 dollar təşkil edib.

Manat bir sıra xarici valyutalar qarşısında dəyər qazanıb.

 Mərkəzi Bankın rəsmi valyuta məzənnələri xəbər verir ki, avronun məzənnəsi 0,3% azalaraq 2.0446 manat, rubl 0,9% ucuzlaşaraq 0.0221 manat, türk lisrəsinin məzənnəsi isə 0,24% azalaraq 0.2094 manat olub.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7 manat səviyyəsində qalıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycana 128 ölkədən 117,2 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Ölkəmizə gələnlərin 33 %-i Rusiya, 27,9 %-i Türkiyə, 16,2 %-i İran, 10,6 %-i Gürcüstan, 2,4 %-i Ukrayna, 1,1 %-i Böyük Britaniya, 1,0 %-i Belarus, hər birindən 0,7 % olmaqla Qazaxıstan və Özbəkistan, 0,6 %-i Türkmənistan, hər birindən 0,5 % olmaqla İtaliya və Almaniya, 4,8 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 93,4 %-ni kişilər, 6,6 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan - 8,9 dəfə, Qazaxıstandan - 7,7 dəfə, Özbəkistandan - 5,2 dəfə, Rusiya Federasiyasından - 4,1 dəfə, Ukraynadan - 3,7 dəfə, Böyük Britaniyadan - 3,6 dəfə, Belarusdan - 2,1 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,6 dəfə azalıb.

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 19,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 45,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,5 dəfə azalaraq 4,3 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,9 %-i dəmir yolu və avtomobil, 25,8 %-i hava, 3,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Aprelin 20-də Hacıqabul rayonunda "Aqro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkının təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Aprelin 20-də Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verilib.

Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.

Xəbər lenti