Azərbaycanın müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və ehtiyat fondlarından ayrılmış 670,3 milyon manat vəsait də nəzərə alınmaqla, 2020-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 16,8%-i həcmində və ya 4 milyard 425,4 milyon manat vəsait yönəldilib.

"Yol-xeber.az"ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, bu, 2019-cu illə müqayisədə 1 milyard 63,8 milyon manat və ya 31,6% çoxdur.

Müdafiə qüvvələrinə 1 milyard 627 milyon 553 min 480 manat, milli təhlükəsizliyə 240 milyon 668 min 725 manat, sərhəd xidmətinə 278 milyon 792 min 577 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 3 milyon 704 min 889 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə 1 milyard 604 milyon 370 min 767 manat sərf olunub.

Sənədə əsasən, 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan isə xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 139 milyon manat ayrılıb.

Ötən il dövlət büdcəsindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin şəhərsalma və arxitektura işləri üçün 1 milyon manat vəsait sərf edilib.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Sənəddə qeyd edilib ki, bir sıra rayonlar və şəhərlər üzrə müfəssəl ərazi planlarının hazırlanması üçün 300 min manat vəsait sərf olunub.

Qanun layihəsi yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanlıb.

"Yol-xeber.az" xəbər verir ki, avronun məzənnəsi 0,42% azalaraq 2,0708 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0231 manat, türk lirəsi 0,04% ucuzlaşaraq 0,2019 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Şəki şəhəri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən “Yuxarı Karvansaray” kompleksinin yenidənqurma, bərpa və abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün dərc edilmiş açıq tenderə yekun vurulub.

 “Chiza Architectural Bureau” MMC tenderin qalibi elan olunub. 

Qalib şirkətlə 196 min 777,14 manat dəyərində müqavilə imzalanıb.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

 Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,38 ABŞ dolları və ya 0,57% artaraq 66,88 dollar təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında araşdırmalara başlayıb.

Dövlət Xidməti verdiyi məlumata görə, məqsəd istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınmasıdır.

Araşdırmalar Qida Təhlükəsizliyi Agentliyinin müraciəti, laborator müayinələrin nəticələri əsasında aparılır.

Qeyd edək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

"Sizin Azərbaycana gəlişinizdən əvvəl məlumatlara nəzər saldım və gördüm ki, Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb. Bu, həqiqətən də çoxdur".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edərkən deyib.

"Bu, bizim inkişafımıza kömək edib. Bu, bizə nəinki təkcə neft və qaz sənayesini inkişaf etdirməyə kömək edir, eyni zamanda, ümumi inkişafımıza kömək edir. Çünki, bu investisiya bizim büdcəmizə daxil olan və qeyri-neft sahələrinə təkrar investisiya kimi yatırdığımız gəlirlərə gətirib çıxarmışdır. Bu gün əməkdaşlıq çox fəal şəkildə davam edir. BP 30 il ərzində və ən azından bundan sonra da 30 il ərzində bizim strateji tərəfdaşımızdır, çünki yeni perspektivlər var, yeni müqavilələr imzalanıb", - dövlət başçısı bildirib.

Dünya Bankı "Regional Əlaqə və İnkişaf Layihəsi" üzrə Azərbaycana 65 milyon ABŞ dolları dəyərində krediti təsdiqləyib.

“Bankdan əldə etdiyi məlumata görə, kredit yeni yol infrastrukturu layihəsinə ayrılıb.

Məlumata əsasən, layihə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat infrastrukturunu təmin edəcək və bazara çıxışı yaxşılaşdıracaq.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açlıqlanıb.

"Avronun məzənnəsi 0,44% azalaraq 2,0709 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0231 manat, türk lirəsi 0,6% ucuzlaşaraq 0,2020 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Azərbaycan Mərkəzi Bankı bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

"Avronun məzənnəsi 0,58% artaraq 2,0800 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0231 manat, türk lirəsi isə 0,5% ucuzlaşaraq 0,2032 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub

Xəbər lenti