Bu gündən Azərbaycandan ixrac olunan buğdanın hər tonuna tətbiq olunan 200 dollar gömrük rüsumu ləğv olunur.

Nazirlər Kabinetinin 16 fevral 2021-ci il tarixli “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarına əsasən, mayın 1-dək Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunub. 

Eyni zamanda Azərbaycandan ixrac olunan buğda ununun da 1000 kiloqramına 200 ABŞ dolları rüsum tətbiq edilib. 

Bu gündən isə bu qərar qüvvədən düşür. 

“Mərkəzi Bank qanunsuz və izahedici sənəd olmadan, ancaq tapşırıqla ölkədə dollar satışına mənasız qadağalar, məhdudiyyətlər qoyub. Ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir”.

“Ölkə.az” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, limiti aşan vətəndaşlara bildirilmişdi ki, 1 il ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satışı həyata keçirilməyəcək, limit yalnız 12 ay başa çatdıqdan sonra sıfırlanacaq. Hazırda 12 ay müddəti başa çatmış və buna görə banklara dollar almaq üçün müraciət edən vətəndaşlara bildirilir ki, limit Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən şəxsiyyət vəsiqəsilə dollar alışı mümkün olmayacaq:

“Qadağa ilə yanaşı 1 il müddəti bitən vətəndaşların limitini də sıfırlamayıblar və vətəndaşlar bundan əziyyət çəkir. Belə qadağalar, məhdudiyyətlər normal bazar iqtisadiyyatı olan ölkələrdə mümkün deyil, hətta belə qadağaya cəhd edən ölkənin milli valyutası devalvasiyaya uğrayar, investorlar ölkədən qaçar”. 

Ekspert bildirib ki, qərar vətəndaşları yan keçməyə sövq edir: “Əgər mənim 11 min 700 dollarlıq limitim dolubsa, qardaşımın, bacımın, qonşumun, dost-tanışımın şəxsiyyət vəsiqəsini götürüb dollar alacam. Bu da mümkün olmazsa, qara bazardan alacam - bu tipli məntiqsiz qərarlar zatən qara bazarı dirçəldir”. 

“Belə qərarlarla manatın məzənnəsini saxlamaq cəhdi tam fiaskodur, əksinə, məzənnənin sonra daha sərt oynamasına səbəb olacaq”, - deyə ekspert əlavə edib.

Azərbaycan Mərkəzi Bankı bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Avronun məzənnəsi 0,08% azalaraq 2,0602 manat, Rusiya rublu 0,9% ucuzlaşaraq 0,0227 manat, türk lirəsinin məzənnəsi isə 0,29% azalaraq 0,2067 manat təşkil edib. 

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci il üzrə xalis mənfəəti 20,485 milyon manat olub.

Qurumun maliyyə hesabatı xəbər verir ki, bu, 2019-cu il ilə müqayisədə 24,1% azdır.

Bu ilin yanvar-mart aylarında Azərbaycan 43,2 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 19% çoxdur. Ötən ilin müvafiq dövründə isə ölkə üzrə 36,3 mln. dollar dəyərində qızıl ixrac edilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na  xəbər verir.  

Məlumata görə, mart ayında Azərbaycan 8,8 mln. dollarlıq qızıl ixrac edib, bu da 2020-ci ilin martın göstəricisi ilə müqayisədə 2,2% azdır.

Dünya birjalarında neft bahalaşıb.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,17 dollar və ya 0,25% artaraq 67,44 dollar olub. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,14 dollar və ya 0,22% artaraq 64,00 dollar təşkil edib.

2021-ci il üzrə Azərbaycanda 1,9% iqtisadi artım olacağı gözlənilir.
Bu barədə Asiya İnkişaf Bankının 2021-ci il üzrə “Asian Development Outlook” hesabatının aprel sayında bildirilir.

Hesabata əsasən, iqtisadi artım 2022-ci ildə 2,5%-ə çatacaq.

Qeyd edək ki, sözügedən hesabatda Azərbaycan üzrə proqnozlaşdırılan iqtisadi artım yüksək qiymətli və artan neft və qaz hasilatı, eləcə də, turizmin gözlənilən bərpası ilə əlaqələndirlilib.

Prezident İlham Əliyev aprelin 26-da Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoyub.

İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir.

Bu layihələr işğaldan edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

Türkiyə və Azərbaycan səmərəli istehsal sahəsində əməkdaşlıq edəcək.

Bu barədə Trend-ə Türkiyə Sənaye Texnologiya Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata əsasən, səmərəli istehsal sahəsində əməkdaşlıq məqsədi ilə iki ölkə arasında aidiyyəti qrupların səfərləri nəzərdə tutulub.

Bütün bunlarla yanaşı Türkiyə və Azərbaycan arasında sənaye parkları, zonaları və məhəllələri ilə bağlı da təcrübə mübadiləsi həyata keçiriləcək.

“Bunun üçün tərəflər arasında qarşılıqlı səfərlər təşkil olunacaq”, - deyə nazirlikdən bildirilib.

Məlumata görə, Azərbaycanla bundan sonra da müxtəlif sahələrdə əməkdaşlıq ediləcək. Sənaye və texnologiya sahəsində əməkdaşlıq hər iki dövlətin maraqlarına xidmət etməklə yanaşı, eyni zamanda təcrübə mübadiləsinin də artmasına təkan verəcək.

Neft bahalaşdı

“Brent” markalı neftin qiyməti bahalaşıb.

“Qara qızıl”ın dəyəri 0,81% artaraq bir barrelə görə 66,18 dollar olub.

“WTI” markalı neft isə 0,84% bahalaşma ilə bir barrelə görə 62,43 dollar olub.

Xəbər lenti