Ramazan bayramı və Qələbə günü ilə əlaqədar ölkədə mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. Sözügedən 7 günlük tətil ölkədaxili turizmi də canlandırıb. Belə ki, müxtəlif bölgələrdə hotellərə və fərdi evlərə tələbatda artım müşahidə olunur. Tələbdə qeydə alınan artım isə qiymətlərə təsir göstərib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Ölkə.az”a açıqlamasında bildirdi ki, bölgələrdə kirayə mənzil bazarında canlanma müşahidə olunur:

“Kirayə evlər üçün müraciətlərin sayında artım var. Adətən, qiyməti yay mövsümündə müəyyən olunan kirayə evlərə indiki halda tələb artıb və qiymət də müvafiq olaraq dəyişir. Ümumiyyətlə, qiymət artımı qeyri-iş günləri və bayram tətillərində daha aktiv şəkildə qeydə alınır”.

Ekspertin sözlərinə görə, turizm üçün əlverişli olan dağlıq və dağətəyi rayonlarda orta təmirli, 1 otaqlı, kommunal təchizatı olan evlərdə qiymətlər 25-30 manatdan başlayır. Burada qiymətlər otaq sayından, evlərin yerləşdiyi ərazidən və digər amillərdən asılı olaraq dəyişir. Aylıq kirayə zamanı isə ümumi qiymətdə müəyyən güzəştlər tətbiq oluna bilir: 

“Bölgələrdə adi vaxtlarda 30 manat olan fərdi yaşayış evləri hazırda bazara 40 manata təklif olunur. Bu dövrdə hotellərin rezervasiya qiymətlərində də artım müşahidə olunur”. 

Bu ərəfədə bölgələrdə fərdi evlərin günlük kirayə haqlarında 30%-ə qədər qiymət artımı müşahidə olunur.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi “Ölkə.az”a açıqlamasında bildirdi ki, daxili turizmin məhdudlaşdırılması ilə bağlı qərarlar olmadığı üçün hotel sifarişlərində canlanma müşahidə olunur:

“Regionlarda canlanma daha çox beşulduzlu hotellərə şamil edilə bilər. Artıq gələn həftə üzrə hotellərdə otaq sifarişləri 80-85%-dir. Düşünürəm ki, bazar gününə qədər satışlar 100% olacaq və bir çox hotellər satışları saxlayacaq”. 

Espert əlavə etdi ki, beşulduzlu hotellərdə otaq rezervasiya qiymətləri 175-180-210 manat arasında dəyişir: “Müştərilər tərəfindən daha çox 170-190 manat arasında olan otaqlar rezervasiya olunur. Orta və kiçik biznes subyektlərində, yəni orta və kiçik hotellərdə satışlar elə də böyük deyil”.

“Yay aylarında epidemioloji vəziyyət yaxşıya doğru getdikcə daxili turizm də canlana bilər. Xarici turizmin bərpası isə sərhədlərin açılması, vizaların verilməsi, aviaşirkətlərin bilet satışını bərpa etməsi ilə bağlı olacaq ki, bu da daha uzun müddət tələb edir”, - deyə ekspert vurğulayıb. 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,55% artaraq 2,0515 manat, Rusiya rublu 0,88% bahalaşaraq 0,0229 manat, türk lirəsinin məzənnəsi 0,54% yüksələrək 0,2052 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

“Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolununçəkilməsinin 2024-cü il ərzində tam olaraq yekunlaşdırılması nəzərdə tutulur”.

“Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun təməli bu il yanvarında 14-də Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri çərçivəsində qoyulub. Yolun ilk 48 kilometrlik hissəsi 6 hərəkət zolaqlı, 48-86 km-lik hissəsinin isə 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

"Sənaye Təchizat Servis" MMC qızıl təyyarənin satınalınması ilə bağlı dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender elan edib.

“Ölkə.az” xəbər verir ki, elana əsasən iddiaçılar tender təklifini mayın 5-i, saat 16:25-ə qədər Qurban Xəlilov küçəsi, 8 ünvanına təqdim etməli idilər. 

Həmçinin təkliflərə baxılma tarixi mayın 5-i, saat 16:25 olaraq qeyd olunub.

Tenderdə iştirak haqqı qeyd edilməyib.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,18 % azalaraq 2,0403 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0227 manat, türk lirəsi 0,15% ucuzlaşaraq 0,2041 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,15% azalaraq 2,0439 manat, Rusiya rublu 0,44 % bahalaşaraq 0,0227 manat, türk lirəsinin məzənnəsi isə 0,58% azalaraq təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

“Ölkə.az” xəbər verir ki, dəyişikliklə Məcəlləyə yeni 445-1.7-ci maddəsi əlavə edilir.

Yeni maddəyə əsasən, satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına, yəni satınalma müqaviləsi üzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada, məbləğdə və müddətdə həyata keçirilməməsinə, o cümlədən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra ödənilməli məbləğin satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilməməsinə, habelə ödənişin gecikdirilməsinə görə satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinə görə – vəzifəli şəxslər 3 000 manatdan 6 000 manatadək məbləğdə cərimə ediləcək.

Dövlət Neft Fondunun məlumatına görə, Fondun aktivləri birinci rübdə 1,84% azalaraq 43,6 milyard dollardan 42,8 milyard dollara düşüb. Yəni Fond 3 ayda 803 milyon dollar itirib. Aktivlərin azalmasına səbəb, Fondun da qeyd etdiyi kimi, qızılın uculaşması və əsas valyutaların ABŞ dollarına nəzərən dəyərsizləşməsidir. Təxmini hesablamalar apardıqda məlum olur ki, təkcə 2021-ci ilin yanvar-mart aylarında dünya əmtəə birjalarında qızılın 9,8% ucuzlaşması hesabına Fondun itkisi 580 milyon dollara yaxın olub. Bu müddətdə qızılın unsiyası 1874,3 dollardan 1691,5 dollara düşüb.

Bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, valyutalara gəldikdə isə İngilis funtu istisna olmaqla ən azı aktivlərin 1/3-ni təşkil edən 7 valyutanın 6-ı ABŞ dollarına münasibətdə dəyərini itirib:

“Aktivlərin 1/5-nin məxsus olduğu avronun dəyər itirməsi 4%-ə yaxın olub. Bu, Fonda 420 milyon dollar zərər vurub. Daha çox ucuzlaşma paylarının kiçik olmasına rəğmən Türkiyə lirəsi (10%) və Yaponiya yenində (7,2%) qeydə alınıb. Bundan başqa dollar qarşısında Rusiya rublu 2,2%, Avstraliya dolları 1,25%, Çin yuanı 0,4% zəifləyib. Fondun açıqlamasına görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 2 milyard manatdan çox olub”.

Ekspertin sözlərinə görə, digər məsələ A və daha yüksək kateqoriyalı reytinqə malik qiymətli kağızlara yatırımın payının 91,2%-dən 89,9%-ə düşməsidir. Əvəzində BBB dərəcəli reytinqə malik kağızların payı 7,4%-dən 8,8%-ə yüksəlib. 

“Əlbəttə, Fondun aktivlərinin azalması fiziki xərcləmələrlə bağlı deyil. Ən azı Fond da qeyd edir ki, birinci rüb gəlir xərcləri üstələyib. Ola bilsin, ikinci rübün sonuna valyutaların dollara münasibətdə möhkəmlənməsi və ya qızılın bahalaşması baş versin. Yaxud da hər ikisi baş versin. Bu halda aktivlərin artması baş verəcək”, - deyə ekspert əlavə edib

ADY  bu il tranzit yük daşımalarını 11%-dək artırıb

2021-ci ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 3 milyon 769 min ton yük daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% çoxdur.

Yol-xeber.az bu barədə QSC-nin hesabatına istinadən xəbər verir.

Məlumata görə, yük daşımalarının 1 milyon 901 min tonu və yaxud 50,4%-i beynəlxalq (idxal-ixrac) daşımalar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% çoxdur.

Hesabat dövründə tranzit yük daşımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% artaraq 1 milyon 285 min ton təşkil edib. Daxili yük daşımaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% azalaraq 582 min ton təşkil edib.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,83% azalaraq 2,0431 manat, Rusiya rublu 0,44 % ucuzlaşaraq 0,0226 manat, türk lirəsinin məzənnəsi isə 0,82% azalaraq 0,2050 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Xəbər lenti