Dünya birjalarında neft bahalaşıb.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,20 dollar və ya 0,29% artaraq 69,66 dollar olub. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,17 dollar və ya 0,26% artaraq 66,44 dollar təşkil edib.

Finlandiya "yaşıl" enerjiyə keçid fonunda Rusiya neftinin alınmasından imtina etməyə başlayıb.

"Bu barədə Reuters məlumat yayıb. 

Qeyd edilir ki, Finlandiyanın əsas neft emalı zavodu olan Neste Oil xammalı əsasən Rusiyadan alırdı.

Finlandiya Rusiya neftinin əsas alıcısı hesab olunurdu.

Bundan əvvəl Finlandiya Rusiyadan elektrik idxalından imtina etməyə hazır olduğunu açıqlayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2021-ci il 

Prezident İlham Əliyev "Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

"Sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,10% azalaraq 2,0621 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0230 manat, türk lirəsi 0,05% bahalaşaraq 0,2013 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

BMT Təhlükəsizlik Şurası üçüncü dəfə İsrail ilə Fələstin arasındakı qarşıdurmanın kəskinləşməsi ilə bağlı ortaq bəyanat qəbul edə bilməyib.

Bu barədə "Times of Israel" diplomatik mənbələrə istinadən yazır .

Görüşün ABŞ-ın mövqeyinə görə təxirə salındığı bildirilir. Diplomatların sözlərinə görə, ABŞ təmsilçiləri "öz diplomatik səyləri üçün daha çox vaxt" istəyiblər.

Bu mövzuda danışıqların davam etdiyi qeyd edilir.

9 May - faşizm üzərində Qələbə Günü və Ramazan bayramı ilə əlaqədar verilmiş tətil günlərində Bakı şəhərində ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə hərəkət intensivliyinin azalması fürsətindən yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə cari və orta təmir işləri aparılıb.

 

Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə təmir işləri planlaşdırıldığı kimi, 9-15 may tarixləri arasında qeyri-iş günlərində gücləndirilmiş iş rejimində olmaqla aparılaraq yekunlaşdırılıb.  

 

Belə ki, cari və orta təmir işləri paytaxtın Heydər Əliyev, Ziya Bünyadov, Parlament və Mətbuat prospektlərində,  Mikayıl Müşfiq, Rəşid Behbudov, Alı Mustafayev və İlqar Musayev küçələrində, həmçinin Şəhər şossesində, Mehdiabad-Digah-Məhəmmədi, Binəqədi-Novxanı və Bibiheybət yollarında aparılıb. Təmir işlərinin aparıldığı ərazilərin sahəsi ümumi olaraq 42 min kv.m-ə yaxındır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin intensiv hərəkəti və təbii amillər nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işləri qarşıdan gələn istirahət günlərində də davam etdiriləcək.

Türkiyənin "Türk Hava Yolları" şirkəti İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa edib.

"Türk Hava Yolları" şirkətinə məxsus təyyarə bu gün səhər saatlarında Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb.

Qarşılanma mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və "Türk Hava Yolları"nın Gəncədəki nümayəndəsi Cabir Peçe iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev İstanbul-Gəncə-Naxçıvan reysinin 14 aylıq vasilədən sonra bərpa olunması münasibətilə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və "Türk Hava Yolları"nın nümayəndələrinə şəhər rəhbəri Niyazi Bayramovun təbriklərini çatdırıb. O bildirib ki, Gəncənin yerləşdiyi coğrafi mövqe olduqca əlverişlidir.

Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması və ümumilikdə Qərb bölgəsinin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn turistlərin sayına müsbət təsir edəcək. Sözügedən reys sadəcə Gəncəyə yox, ətraf ərazilərə səfər edəcək olan turistlərin də işini asanlaşdıracaq.

Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Türkiyə-Azərbaycan əlaqələri daim genişlənir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizasız şəkildə səyahət edə bilərlər. İstanbul-Gəncə-Naxçıvan reysi Azərbaycan vətəndaşlarının Türkiyəyə, Türkiyədən də dünyaya çıxışını təmin edəcək.

Qeyd edək ki, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Uçuşlar pandemiya qaydalarına riayət olunmaqla təşkil ediləcək.

Mayın 15-də Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

 
 
 
 
 
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

AQTA verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 14 may 2021-ci il tarixindən daha 30 pomidor istehsalı müəssisəsindən də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 288414 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 160,2 %-ni təşkil edir.

Xəbər lenti