![]() |
|
Azərbaycan arıçıları bu sahə ilə bağlı turizmin inkişaf etdirilməsi istiqamətində işlərə başlayıb.
Bunu “Report”a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.
Onun sözlərinə görə, bu işlər Dövlət Turizm Agentliyinin Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi "Slow Food" layihəsi çərçivəsində həyata keçirilir.
"Belə ki, Qaxda yerləşən arıçılıq təsərrüfatlarında həm qədim dövr arıçılığı, həm də müasir dövr arıçılığı ilə bağlı nümunələr yerləşdiriləcək. Bu təsərrüfatlara baş çəkən qonaqlar arılara qulluq da daxil olmaqla bu sahənin bütün elementləri ilə tanış ola biləcəklər", - deyə o qeyd edib.
Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-cü kilometrində, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında yenidənqurma işləri həyata keçirilir.
Yenidənqurma işləri çərçivəsində yol qovşağına qalxan və düşən istiqamətlərdəki yollarda genişləndirmə işləri aparılır, yeni yol hissələri yaradılır. Bunun üçün ərazidə hazırda tikinti altına düşən maneələrin köçürülməsi, qazma-dolma işləri, yeni yol yatağının tikintisi işləri icra olunur.
Bundan başqa yol ötürücüsü üzərində yerləşən iki dairə də yenidən qurulur. Dairələrin eni kiçildilir, ətrafına təhlükəsizliyi təmin etməsi üçün yeni dəmir-beton maneələr qoyulur. Həmçinin yol ötürücüsündə dayanıqlığı artırmaq məqsədilə yol ötürücüsünün alt hissəsində yeni istinad divarları inşa edilir. Günün pik saatlarında yaranan sıxlıq və tıxacın aradan qaldırılması üçün Saray qəsəbəsinə giriş hissədə olan yolun da genişləndirməsi işləri aparılır.
Artıq sözügedən ərazinin zəruri olan hissəsində yeni yol yatağı və yol əsası inşa edilib, hazırda asfaltlanma işləri görülür. Ümumilikdə qeyd edilən ərazilərdə hərəkət intensivliyi və yay fəslinin gəlməsi ilə əlaqədar olaraq Saray, Novxanı və bu istiqamətdə yerləşən qəsəbələrə gediş-gəlişin artacağı nəzərə alınaraq aparılan yenidənqurma işləri yarana biləcək tıxacların qarşısının alınmasını təmin etməyə imkan verəcək.
Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN..
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib.
Dövlətimizin başçısına yeni uçuş-enmə zolağı ilə bağlı görülən işlər barədə məlumat verildi.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş İdarəsi (Katiblik) ləğv edilib.
Onun bazasında 2 yeni baş idarə - Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) Baş İdarəsi və İnzibati şikayətlərə baxılması Baş İdarəsi yaradılıb.
Bununla da, Dövlət Vergi Xidmətinin tərkibindəki strukturların sayı 27-yə çatıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,35 ABŞ dolları, yaxud 0,51 % azalıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,04 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Ölkə vətəndaşlarının mənzil təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması, habelə əlçatanlığın artırılması məqsədilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara müvafiq dəyişikliklər edilib.
İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, dəyişikliklər gəlirlərin qiymətləndirilməsi şərtlərinin daha da yumşaldılmasını, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzun müddətə ödəmə imkanının yaradılmasını, habelə sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanmasını nəzərdə tutur.
Dəyişikliklərə görə, artıq kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün ərizəçinin “bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması” tələb olunmur.