|
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb.
Həmin görüntüləri təqdim edirik.
Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, burada minlərlə müalicəvi əhəmiyyətli bitkilər var:
“Turşsu var, Çardaqlı var. Müalicəvi əhəmiyyətli mineral suları var. Laçının relyefi çox gğzəldir. Qış turizminin inkişafı üçün xüsusi potensial mövcuddur. Biz onlardan istifadə edə bilərik. Qış kurort - qış xizək kurort sanatoriyaların tikilməsi məqsədəuyğundur”.
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Burda 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri var. Abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünə aiddir.
Rayonun təbiəti yeni turizm növlərinin tətbiqinə də şərait yaradır. Azərbaycan Turizm Assosiasiyası (ATA) bu məqsədlə layihələr üzərində işləyir.
Qurumun İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib ki Laçında hər zaman, toxuculuq, misgərlik kimi sənət növləri olub:
“Biz gələcəkdə turistlərə onu yeni turizm növü kimi təqdim edə bilərik ki, onlar öz gözləri ilə bu tariximizi görsünlər. Yol-nəqliyyat infrastrukturu inkişaf etdikdən sonra burada yeni marşrut xətləri çəkiləcək və turizm qurumları tərəfindən yeni turizm marşrutları yaradılacaq”.
Bildirilib ki, Azərbaycan Turizm Assossasiyası işğaldan azad olunmuş ərazilərdə “Qarabağ Azərbaycandır” layihəsinə start verib. Layihə çərçivəsində Laçında da yeni turizm marşrutlarının hazırlanması ilə bağlı işlər görülür.
Daha ətraflı AZTV-nin videosüjetində:
Türkiyədə fəaliyyət göstərən “GOSB” texnoparkı ilə İnnovasiyalar Agentliyi arasında “Mədəni və Elmi Əməkdaşlıq” memorandumu imzalanıb.
İnnovasiyalar Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Qarabağ torpaqları düşmən işğalından azad edildikdən dərhal sonra ölkə prezidentinin göstərişi ilə regionda abadlıq işlərinin aparılmasına start verilib.
Qarabağ hər zaman ilk öncə mədəniyyət ocağı, şairlərin, musiqiçilərin və incəsənət xadimlərinin vətəni olub. Qarabağın yeni tarixi yazılarkən onu regionda həm də yüksək texnologiyalar və innovasiyalar məkanına çevirmək dövlətimizin iqtisadiyyatı və gələcək tərəqqisi üçün vacibdir. Bu məqsədlə Qarabağda texnologiya parklarının, innovasiya mərkəzlərinin açılması planlaşdırılır. İnnovasiyalar Agentliyi bu yolda ilk addımını Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə memorandum imzalayaraq atıb.
Memorandumda hər iki tərəfin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub. Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədi ilə mütəmadi olaraq akselerasiya proqramlarının, texnologiya transferi proqramlarının, bilik və təcrübələrin paylaşması planlaşdırılır. Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil ediləcək, ən əsası isə müştərək Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Mütəmadi təşkil olunacaq kampuslarda isə gənclərimizin və İKT sahəsinin mütəxəssislərinin bir-biri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılacaq.
Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
“Bu layihə də baş versə, - əminəm ki, baş verəcək, – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola bilər? Yox. Kimdir bunun təşəbbüskarı? Bizik. Kim bu bəndi buraya salıb? Mən. Bu gün - dekabrın 1-də biz bu işlərin artıq inkişafını görürük.
Mən deyə bilərəm ki, artıq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Horadiz-Zəngilan dəmir yolunun, hansı ki, mənfur düşmən dağıdıb, təhlili aparılsın, ilkin hesablamalar aparılsın”.
İ.Əliyev bildirib ki, eyni zamanda, Rusiya Federasiyasının nümayəndə heyətinin Azərbaycana etdiyi səfər çərçivəsində, o cümlədən, dəmir yollarının bərpası məsələləri müzakirə olunubdur:
“Ermənistan dəmir yolları Rusiya dəmir yollarına məxsusdur, 100 faiz. Ona görə biz bu məsələni Ermənistanla yox, Rusiya ilə müzakirə edirik. Çünki Ermənistanda nə var ki, Ermənistanın özünün olsun?
Ermənistan beynəlxalq münasibətlərin subyekti deyil, obyektidir. Nəyə görə? İşğala görə. O tarixi şansı itirib, müstəqil ölkə ola bilməyib, iqtisadi imkanlarını itirib, işğala görə. Nə qazandı? Heç nə”.
Oxu.az xəbər verir ki, bu barədə İKZF-nin satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi haqqında onlayn mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, hazırda Fondun bazasında 983 mənzil var və yaxın günlərdə yeni mənzillərin də bazaya əlavə edilməsi gözlənilir.
Əlavə olunub ki, xüsusilə də, 9-cu mikrorayonda və Babək prospektində yerləşən mənzillərin bazaya əlavə edilməsi gözlənilir. Babək prospektində mənzil satışı 1350 manat, 9-cu mikrorayonda yerləşən mənzillərin satışı isə 1380 manatdan həyata keçiriləcək.
Qeyd edək ki, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmindən yararlanmaq istəyən vətəndaşlar “Asan İmza” əldə etməklə e-gov.az saytı üzərindən elektron qaydada müraciət edə bilərlər.
Ümumi uzunluğu 28.5 km olan avtomobil yolları iki texniki dərəcəyə uyğun olaraq bərpa edilir. İki geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni doqquz metr təşkil edəcək.
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxıb və dağılıb. Hazırda yol boyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı genişləndirilərək profilə salınır və yeni yol əsası inşa edilir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır.
Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km hissəsində torpaq yatağının və yol əsasının inşası işləri yekunlaşmaq üzrədir. Yol asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Bundan başqa, hazırda Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik yolun da tikintisi işlərinə start verilib.
Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu səkkiz kilometr olan yolun, həmçinin, Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22.5 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır.
Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.
Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.
Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, yeni qurulacaq yol Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yoludur:
“Yol ümumilikdə Hacıqabul-Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yolu olacaq. Hacıqabuldan Horadiz istiqamətində ikinci dərəcəli yol yenidən qurulub və normal vəziyyətdədir.
Horadizdən Ermənistan sərhədinə qədər avtomobil yolu isə torpaqlarımız işğal altında olarkən dağıdılıb və bərbad vəziyyətə salınıb. Ərazidə yeni yolun tikintisinə ehtiyac var. Layihələndirmə başa çatandan sonra aidiyyəti qurumlara təqdim ediləcək. Layihə təsdiq olunandan sonra inşaat işlərinə başlana bilər”.
A.Nəcəfli deyib ki, bu yol gələcəkdə Ermənistan sərhədindən Naxçıvan istiqamətinə də çəkilə bilər.
Azərbaycan nefti bahalaşıb.
“Azeri Light” markalı neftin bir bareli 0,93 faiz və ya 0,45 ABŞ dolları qədər bahalaşıb. Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 48,73 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum 149,66 dollara satılıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, noyabrın 25-də 36-cı sessiyasının videokonfrans formatında açılış mərasimi təşkil olunub.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən tədbirdə İƏT üzvü olan dövlətlərin nümayəndə heyətləri, İƏT-in ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusef bin Ahmad Al-Osaymi, Asiya, Ərəb və Afrika regional qrupları üzrə Banqladeş, Küveyt və Nigeriya rəsmiləri İƏT-ə daxil olan dövlətlər arasında qardaşlıq və həmrəylik əlaqələrinin genişləndirilməsinin önəmini qeyd edərək, iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi yolları barədə fikirlərini diqqətə çatdırıblar.
Daha sonra Azərbaycana xüsusi çıxış üçün söz verilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov İƏT-in islam dünyasında rifahın yaxşılaşdırılması və problemlərin həllində əhəmiyyətli rolunu vurğulayıb, üzv dövlətlərin qurumun müxtəlif platformaları vasitəsilə əməkdaşlıq etdiyini, birgə layihələr icra olunduğunu qeyd edib.
Bildirilib ki, Azərbaycan COMCEC-in COVID-19 pandemiyası ilə bağlı xüsusi proqramında iştirak edir.
Azərbaycanın İƏT üzvü olan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı barədə məlumat verən Mikayıl Cabbarov 2020-ci ilin 10 ayında COMCEC ölkələrinin Azərbaycanın xarici ticarətindəki payının 22 faiz təşkil etdiyini, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün İƏT qurumları arasında tərəfdaşlıq layihələrinin artırılmasının önəmini vurğulayıb.
Qeyd edilib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan uğurlu əməkdaşlıq həyata keçirir, indiyədək bank tərəfindən ölkəmizdə müxtəlif sahələrə 1 milyard dollaradək maliyyə vəsaiti ayrılıb.
COMCEC-in 36-cı sessiyasında Mikayıl Cabbarov 27 sentyabrda Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə məlumat verib, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, İƏT və onun alt qurumları tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çoxsaylı qətnamələr qəbul edildiyini, bəyanatlar verildiyini və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Bütün münaqişə boyu və 44 günlük müharibə müddətində Türkiyə dövlətinin və xalqının Azərbaycana göstərdiyi böyük dəstəyin ölkəmizə və xalqımıza əlavə güc və ruh yüksəkliyi verdiyini vurğulayan nazir bu dəstəyə görə Azərbaycan Hökuməti adından təşəkkürünü bildirib. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik.
Eyni zamanda, şərəfli və haqq yolumuzda Azərbaycana dəstək olan digər ölkələrə də minnətdarlıq ifadə edilib.
İslam dünyasında əməkdaşlığın bariz nümunəsi sayılan COMCEC-in 36-cı sessiyasının işinə uğurlar arzulayan Azərbaycanın iqtisadiyyat naziri işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.