"Bakı Metropoliteni" yeni kondisionerlərin alışına 194 min manat xərcləyəcək
194 062 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb

"Bakı Metropoliteni" QSC müxtəlif növ yeni kondisonerlər alır.

"APA-Economics"in Tender Komissiyasına istinadən verdiyi məlumata görə, QSC tərəfindən müxtəlif növ kondisionerlərin açıq tender üsulu ilə satın alınmasına dair müsabiqədə tamamilə xarici investora məxsus müəssisə – "Contek Ltd” qalib gəlib.

Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 194 062 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.

Prezident yeni avtomobil yolunun tikintisi ilə tanış olub
Dövlət başçısına yeni avtomobil yolunun tikintisi çərçivəsində görülən işlərlə bağlı məlumat verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub. Dövlət başçısına yeni avtomobil yolunun tikintisi çərçivəsində görülən işlərlə bağlı məlumat verilib.
Yeni istifadəyə verilmiş körpünün buraxılış imkanları artdı - FOTO
2019-cu ilin 11 ayı ərzində Azərbaycana gəlmiş 900 min Rusiya vətəndaşlarının 70 faizi yerüstü nəqliyyat vasitələrindən istifadəyə üstünlük verirlər

Əvvəlki körpüdən sutka ərzində təqribən 500 yük, 800 minik avtomobili keçirdi. Yeni körpünün buraxılış imkanı bundan iki dəfə artıqdır. Samur çayı üzərindəki yeni körpü üç səviyyədə mühüm iqtisadi və humanitar əhəmiyyətə malikdir. Buraxılış imkanları genişləndirilmiş yeni körpü Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin intensivliyini artıracaq. Körpü Dağıstanla Azərbaycan arasında sərhədyanı ticarət əlaqələrinə təkan verəcək və humanitar əlaqələr üçün əlverişli imkan yaradacaq. Samur körpüsünün daha geniş miqyaslı beynəlxalq əhəmiyyəti də var. Ona görə ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan avtomobil yolunun üzərində yerləşir. 

Yeni körpü Azərbaycanın həyata keçirdiyi bütöv bir avtomobil yolları strategiyasının tərkib hissəsidir. 

Hazırda Azərbaycanın tikintisini həyata keçirdiyi, yaşayış məntəqələrindən yan keçən Bakı-Rusiya sərhədi avtomobil yolu da yaxın illərdə istismara veriləcək. Bakı-İran sərhədi istiqamətində uzanan yeni magistral yol isə hazırda istifadədədir. Bununla Azərbaycan ərazisindən Şimal-Cənub və geriyə istiqamətlərdə avtomobil yükdaşımalarına sərf olunan vaxt iki dəfə azalmış olacaq. Bu yollar və Samur çayı üzərindəki yeni körpü birlikdə beynəlxalq yükdaşımalarının həcmini artıracaq, paralel olaraq daşımalara sərf olunan vaxta qənaət ediləcək. 

 

Körpü və yollar turizmin inkişafına da təkan verəcək. Belə ki, 2019-cu ilin 11 ayı ərzində Azərbaycana gəlmiş 900 min Rusiya vətəndaşlarının 70 faizi yerüstü nəqliyyat vasitələrindən istifadəyə üstünlük verirlər. 

Odur ki, yeni körpü Rusiya ilə Azərbaycan arasında 2020-2022-ci illər üçün nəzərdə tutulmuş "Turizm sahəsində əməkdaşlıq Proqramı"nı reallaşdırmağa imkan verəcək.


Körpü keçidinin ümumi texniki göstəriciləri:

yolun texniki dərəcəsi – II;

körpünün yanaşmalarla birlikdə uzunluğu – 812 m.;

körpü qurğusunun uzunluğu – 325 m;

yanaşmaların ümumi uzunluğu – 487 m (109 m+378 m);

körpünün ümumi eni – 17,3 m;

hərəkət zolağının eni – 3,75 m (2 zolaqdan ibarətdir);

təhlükəsizlik zolağının eni – 2,0 m (2 zolaqdan ibarətdir);

yol örtüyü – asfalt-beton;

piyada keçidi hissəsi:

eni – 1,5 m (2 hissədən ibarətdir);

hündürlüyü – 3,2 m

müasir yük daşınma standartlarına uyğun hesablanıb. 

Qeyd edək ki, körpünün açılış mərasimdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkin iştirak ediblər. Həmçinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyasının Azərbaycandakı səfiri M.Boçarnikov, Dağıstan Respublikasının Başçısı Vladimir Vasiliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Əflatun Qasımov və agentliyin digər rəhbər şəsləri, Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Fərhad Tağızadə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev iştirak ediblər.

 
Mingəçevirdə yolların təmirinə 2,5 milyon manat pul ayrıldı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə iki milyon beş yüz min manat ayrılıb

Prezident İlham Əliyev Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11,9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə iki milyon beş yüz min manat ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilib
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar

“Azərbaycan Dəmir Yolları” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sərnişlərin artan tələbatını təmin etmək məqsədi ilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə bir qatar təyin edib. QSC-dən Yol-xeber.az-a verilən məlumata görə, 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı hər iki istiqamətə təyin edilib.

Belə ki, 30 və 31 dekabr tarixlərində əlavə təyin edilən qatar Bakıdan saat 08:00-da yola düşəcək və Gəncəyə saat 11:45-də çatacaq. Gəncədən saat 16:00-da geri yola düşəcək olan qatar saat 19:45-də paytaxtda olacaq.

Qeyd edək ki, mövcud saat 08:45 Bakı-Gəncə və saat 17:00 Gəncə-Bakı sürət qatarları isə normal qrafikləri üzrə fəaliyyət göstərəcəklər.

Metronun 11 aylıq gəliri - 64,1 milyon manat
Ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz artıb.

Cari ilin yanvar-noyabr aylarında 213,9 milyon nəfər metrodan istifadə edib.

 

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz artıb.

Prezident Qarabağ müharibəsi əlillərinə mənzil və avtomobillər verdi


Dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yaşayış binasında mənzillərin, həmçinin, Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimi keçirilib.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak etdi — FOTO
Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev mərkəzin kollektivi ilə görüşüb.

İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak etdi — FOTO
İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak etdi — FOTO
İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak etdi — FOTO
İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak etdi — FOTO
 
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfə artırıb
Bu ilin yanvar-noyabr aylarında

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan 19 988 ədəd avtomobil idxal edib. Yol-xeber.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika Xidmətindən bildirilib.

 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 192 ədəd və yaxud təxminən 2 dəfə çoxdur. 11 ay ərzində Gürcüstandan Azərbaycana gətirilmiş avtomobillərin dəyəri 213,638 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 38,1% çoxdur.

Daha bir küçədə işıqlandırılma bərpa olunub - FOTO
Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsi təmin olunub

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Hökməli dairəsi yaxınlığında mövcud olan piyada zolağının sutkanın qaranlıq saatlarında işıqlandırılması istiqamətində addım atılıb.

Azərbaycan Avtomobil Dövlət Agentliyin mətbuat katibi Anar Nəcəflinin Yol-xeber.az-a verdiyi məlumata görə yol ayrıcına ikitərəfli işıqlandırmanı təmin edən işıq dirəyi quraşdırılıb.

Bununla da vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsi təmin olunub.

 

Zəruri və mümkün olan digər bu kimi ərazilərdə də anoloji addımların atılması nəzərdə tutulur...

 

Xəbər lenti