Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu
Artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir

“Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açılacaq. 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

B.Məmmədov qeyd edib ki, artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir. 

 

Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, qurum rəsmisi bununla bağlı qərarın Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcəyini bildirib: 

“Tərəfimizdən B-3 stansiyasının adı ilə bağlı hər hansı müzakirə aparılmayıb  və təklif verilməyib. Əgər Nazirlər Kabineti tərəfindən adla bağlı bizə müraciət daxil olarsa, müzakirə edilə bilər. Hələlik belə müraciət yoxdur”. 

İlham Əliyev Dövlət Agentliyinə 15,4 milyon manat ayırdı


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xaçmaz rayonunun Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsasiı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Azərbaycan hava limanları 5 milyondan artıq sərnişinə xidmət göstərib
2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirmişdir

İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 5,15 milyon sərnişin təşkil edib.

Bunun 4,39 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 6% çoxdur.

Naxçıvan hava limanı 597 min sərnişinə xidmət göstərib, 140 min sərnişin isə ölkənin sıxlıq üzrə üçüncü aeroportu – Gəncə şəhərinin hava limanının xidmətlərindən istifadə edib.

 

11 ay ərzində Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” 1,86 milyon, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti isə 552 min sərnişin daşınıb.

Paytaxtın hava limanında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 3,8 milyon nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 456 min sərnişin), “FlyDubai” (BƏƏ, 219 min), “Aeroflot” (Rusiya, 180 min), “AirArabia” (BƏƏ, 155 min), “UIA” (Ukrayna, 116 min), “Qatar Airways” (Qətər, 97 min), “Lufthansa” (Almaniya, 63 min) və “SCAT” (Qazaxıstan, 57 min) daxil olmuşdur.

2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirilib.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Yol-xeber.az “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi  Natəvan Bayramovanın “Real TV”-yə müsahibəsini təqdim edir.
 

Gələn ildən Rusiyanın bu bölgəsində azərbaycanlılar avtobus idarə edə bilməyəcək
Bu səbəbdən Xabarovskda mövcud sürücülərin təxminən beş faizi işlərini itirəcək

Rusiyanın Xabarovsk vilayətində azərbaycanlı avtobus sürücüləri gələn ildən avtobus idarə edə bilməyəcəklər.

 Xabarovsk qubernatoru Sergey Furqal Azərbaycan, Tacikistan, Özbəkistan və Moldova pasportları olan şəxslərin 2020-ci ildə avtobus idarə etməsinə qadağa qoyub.

Bu səbəbdən Xabarovskda mövcud sürücülərin təxminən beş faizi işlərini itirəcək.

 

Xabarovsk şəhəri və Xabarovsk rayonu Məşğulluq Mərkəzinin rəhbəri Yelena Danilenko bununla bağlı 30 vakansiya elan edildiyini və artıq beş nəfər D kateqoriyalı sürücünün müraciət etdiyini bildirib.

Qeyd edək ki, qadağa Avropa İqtisadi Birliyinə üzv olan ölkələrin - Qırğızıstan, Ermənistan, Qazaxıstan və Belarus vətəndaşlarına təsir göstərməyəcək.



“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler” şirkətindən aldığı 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib.

“Report” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Natəvan Bayramova məlumat verib.

Onun sözlərinə görə, 371 oturacağı olan yeni qatarlar tezliklə Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.

“Bununla da Azərbaycanda “Stadler” qatarlarının sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb sərnişin sıxlığıdır. İsveçrə şirkətindən “FLIRT” tipli, birmərtəbəli daha 6 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək”, – deyə “Azərbaycan Dəmir Yolları” rəsmisi qeyd edib.

İlham Əliyev Dövlət Agentliyinə 7,8 milyon manat ayırdı


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon manat ayrılıb.
Prezident bu agentliyə 11,8 milyon manat ayırdı
1,8 milyon (on bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,8 milyon (on bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

Prezident İlham Əliyev "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə vətəndaşların rahatlığı, eləcə də gənclər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

Xəbər lenti