“Bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsidir. Artıq həm şimaldan, həm cənubdan ölkəmizə daxil olan tranzit, həmçinin daxili yüklərin bu yol vasitəsilə rahat daşınması təmin olunacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolu ilə bağlı medianın suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, yük və sərnişindaşıma prosesi bir qədər də asanlaşacaq:

“Bu yolun istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılması, turizmin daha da inkişaf etdirilməsi və sosial baxımdan digər bir çox sahələrin də inkişafı təmin olunacaq”.
A.Nəcəfli ödənişli yolun standartlara uyğun olaraq sürətli yol kimi inşa edildiyini və hər bir istiqamətdən xüsusi çəpərlər vasitəsilə bağlandığını qeyd edib:

“Bu yola hər hansı maneənin çıxmasının qarşısının alınması üçün görülən tədbirdir. Onu da qeyd edim ki, sürücü A nöqtəsindən B nöqtəsinə sürəti dəyişmədən eyni sürətlə hərəkət etmək imkanı qazanır. Çünki yolda təhlükəsizlik tam formada təmin edilib. Avtomobil yolu boyunca zəruri olan kamera və digər avadanlıqlar yerləşdirilib. Zərurət yarandıqca bu avadanlıqların sayının artırılması da təmin ediləcək. Ehtiyac olarsa, radarlar da quraşdırılacaq.

Yeni yol köhnə yoldan 13 km daha qısadır. Sürücü mənzil başına vaxt etibarilə də daha tez və rahat çatacaq”.

“Hazırda ödənişli yoldan istifadə qaydaları müəyyənləşdirilir. Qaydalarla yolda hərəkət üçün sürət məsələsi də təyin ediləcək”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolu ilə bağlı medianın suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ödənişli yolun digər magistral yollardan daha sürətli olması planlaşdırılır.
“Ödəniş məsələsi nağd və bank kartları vasitəsilə, eləcə də onlayn formada həyata keçirilə biləcək”, - deyə A.Nəcəfli əlavə edib.

Ödənişli avtomobil yolundan istifadə üçün ödənişin həyata keçirilməsi VİDEO

Yol-xeber.az" xəbər verir ki,  Ödənişli yol sistemi istifadəçilərin hərəkətini idarə etmək, yolların baxım və təmiri üçün maliyyələşdirmə  mənbəyini təmin etmək üçün bir vasitədir. 

Ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə mümkün olacaq. Sözügedən kartları ödənişli yola giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq. 

Kartların 2 cür olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edənlər daimi kartlardan, yoldan vaxtaşırı istifadə edən sürücülər isə müvəqqəti və ya birdəfəlik kartlardan əldə edə biləcəklər. 


Ödənişli yol sistemi avtomobil yoluna daxil olarkən sürücülərə müxtəlif hərəkət zolaqlarından istifadə imkanı verir – adi və dayanmadan keçid zolaqları. 

Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün xüsusi çiplə təchiz olunmuş kartı əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur.  

Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti endirmədən və dayanmadan keçməyə imkan verir. Bunun üçün sürücüdə öncədən əldə edilmiş xüsusi çipli kart və yetərli ödəniş balansının olması kifayətdir. Dayanmadan keçid zolaqlarında ən son texnoloji standartlara uyğun olaraq xüsusi nömrə oxuma kameraları, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllərdən istifadə olunmuşdur.

Dayanmadan keçid zolaqları ödənişli yolun yalnız başlanğıc və son nöqtəsində, yəni Yaşma və Xaçmaz (SDK) məntəqələrində mövcuddur. Yolun Giləzi, Siyəzən, Gəndob və Xaçmaz yaşayış məntəqələrinə birləşən yolların girişində inşa edilmiş məntəqələrdə isə yalnız HİBRİD keçid zolaqları qurulub. Bu məntəqələrdə sürücülər yerində ödəniş edərək, və ya öncədən əldə edilmiş kartla eyni zolaqlardan istifadə edərək ödənişli yola daxil ola biləcəklər.

Ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün hazırda həmin tariflərin ödəniş sistemində inteqrasiyası həyata keçirilir. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulur.

Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. 

Qeyd edək ki, bütün məntəqələrdə qabaqcıl texnoloji qurğular və təhlükəsizliyi təmin etmək üçün xüsusi nəzarət kameraları quraşdırılmışdır. Həmçinin, çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də qurulub. 

Müasir avadanlıqlarla təchiz olunmuş ödənişli yol sitemi istifadəçilərin rahatlıq, güvənlilik və vaxta qənaət baxımından üstünlüyü ilə seçilən bir yol sistemidir. Belə ki, elektron ödənişlər, mobil tətbiqlər və avtomatik ödənişlər, sürücülərin yoldan çıxıb ödəniş terminalına yaxınlaşması və ya ödənişləri nəğd etməsi ehtiyacını azaldır. Həmçinin, gələcəkdə avtomatik ödənişlər və ya QR kodları ilə mobil ödənişlər də mümkün olacaq.

Qeyd edək ki, H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən 150 kilometrlik Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib. Ödənişli avtomobil yolu I b texniki dərəcəlidir və hərəkət zolaqlarının sayı 4-dür.

Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc nöqtəsi və son nöqtəsi, həmçinin digər avtomobil yolları ilə 4 kəsişmə və birləşmələri mövcuddur. 

Alternativ ödənişsiz avtomobil yolunun uzunluğu 142 km-dir və yolun 80 kilometri Ib dərəcəli, 62 kilometri II dərəcəlidir. Müvafiq olaraq yol 4 və 2 hərəkət zolaqlıdır. 

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına və bir çox sosial problemlərin həllinə şərait yaradacaqdır.

YOLUNUZ AÇIQ OLSUN...

Ödənişli olacaq Bakı-Quba-Rusiya dövlət sərhəddi yeni avtomobil yolu yaxın vaxtlarda istifadəyə veriləcək.

Xezerxeber.az xəbər verir ki, bu yolda giriş-çıxış nöqtələri ilə yanaşı, sürücülərə yol boyu əlavə 4 yerdə də giriş-çıxış imkanları veriləcək. Avtomobil yolları dövlət agentliyinin sözçüsü Anar Nəcəfli deyir ki, başlanğıcını Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindən götürən yolda sürücülər 23-cü km-də Giləzidən, 53-cü km-də Siyəzəndən, 85-ci km-də Gəndobdan, 107-ci km-də isə xaçmazdan giriş və ya çıxış edə biləcəklər. Onlar avtomobillərinə və getdikləri məsafəyə uyğun ödəniş edəcəklər.

Məlumata görə, yolda radar da olmayacaq. Yəni sürücülərin sürətli və rahat hərəkəti üçün hər cür şərait yaradılacaq.

Həmçinin, sürücülərin avtomobili saxlayıb ödəniş etmələrinə də ehtiyac yoxdur. Bu sistem də avtomatlaşdırılır.

Anar Nəcəfli deyir ki, yoldan istifadə edənlər xüsusi kartlar əldə edəcəklər. Onların balansını isə onlayın artırmaq mümkün olacaq.
Bakı-Quba-Rusiya dövlət sərhəddi yeni avtomobil yolunun ümumi uzunluğu 150 km-dir. Həmin yolun 129 km-lik hissəsinin ödənişli olması nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.

Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Muğan Bank” ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar “Muğan Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.

“Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. “Muğan Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

Bildiririk ki, “Muğan Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcəkdir. “Muğan Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır.

Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması ilə bağlı Texniki İqtisadi Əsaslandırma hazırlanacaq.

Bununla bağlı Energetika Nazirliyi işlərə başlayıb.

Nazirlik layihə ilə bağlı təklifləri 2023-cü il dekabrın 1-i saat 15:00-a qədər qəbul edəcək.

Bəzi məhsullar bahalaşıb, bəzi malların isə qiyməti enib.

Bununla bağlı rəqəmlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlərin nəticəsində müəyyən edilib.

Monitorinqlərə əsasən, ötən ilin oktyabr ayı ilə müqayisədə şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğanın qiymətində artımlar müşahidə edilib.

Dövlət Xidmətinin məlumatında bildirilib ki, çörək, yumurta, günəbaxan və qarğıdalı yağı, marqarin, kartof, qarabaşaq, kələm, sarımsağın qiymətində isə enmə müşahidə olunub.

Dövlət Xidmətinin məlumatında o da bildirilir ki, bazarda aparılan monitorinq və rəqabət təhlilləri zamanı rəqabətin pozulduğu hallar aşkar edildiyi təqdirdə, pozuntuya yol vermiş təsərrüfat subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

Xəzər TV-nin mövzu ilə bağlı daha hazırladığı videomaterialı təqdim edirik:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard 741 milyon manat vəsait yönəldib.

Maliyyə Nazirliyi xəbər verir ki, məlumata görə, bu, 2023-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş vəsaitin 77,9 %-i deməkdir.

Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 588,5 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 59,7 %-nə bərabərdir.

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,4 %-i qədər olub.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Məlumata görə, borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 535 milyon ABŞ dolları xarici, 6 milyard 093,8 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3 %-i və 5,1 %-i qədərdir.

Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat tarixinə dövriyyədə olan dövlət istiqrazlarının 25,4 %-i 1 illik, 57,9 %-i 2 və 3 illik, 16,6 %-i isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşüb.

Unun qiyməti yenidən artmağa başlayıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, ölkədə 50 kiloqramlıq unun topdan satış qiyməti 1 manata qədər artıb.

Qiymət aralığı 26 manat 50 qəpikdən, 28 manat 50 qəpiyədək dəyişir.

Bahalaşmaya səbəb ölkəyə gətirilən buğdanın qiymətinin artmasıdır. Belə ki, 2023-cü ilin avqustunda idxal olunan bir ton məhsulun qiyməti 209 ABŞ dolları olduğu halda, sentyabrda bu göstərici 13,7 vahid artaraq 238 ABŞ dollarına çatıb.
İqtisadçı Xalid Kərimli bildirib ki, unun qiymətinin artması çörəyin qiymətinə təsir göstərməyəcək.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Xəbər lenti