Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,80 ABŞ dolları və ya 1,82% artaraq 100,53 ABŞ dolları təşkil edib.

İqtisadçı deyir ki, Azərbaycana köçürülən vəsaitlərdə problem olacaq, daşınmaz əmlak bazarı isə...

Rusiyadan rublun çıxarılmasına limit tətbiq edilməsi təklif edilib. VTB-nin rəhbəri Andrey Kostin ruslar üçün ölkədən kənara təkcə xarici valyutanı ilə deyil, həm də rubl köçürmələrinin məhdudlaşdırılmasını təklif edib. Onun sözlərinə görə, rublun məzənnəsini dəstəkləmək üçün xaricə pul çıxarmaq boşluqlarını bağlamaq lazımdır. “Sadəcə, başa düşmək lazımdır ki, biz sülh dövründə yaşamırıq. Tutaq ki, siz xaricə pul köçürmək qərarına gəldiniz: limit xarici valyuta ilə ayda 1 milyon dollardır, lakin siz istədiyiniz qədər rublla köçürmə edə bilərsiniz. Məsələn, Ermənistana 1 milyard rubl köçürülür və o, dərhal dollar müqabilində geri qayıdır. Bu fürsəti bağlamaq lazımdır”, - Kostin bildirib.

Bundan əlavə, o vurğulayıb ki, Rusiya hökuməti daha sərt valyuta nəzarəti tətbiq etməyi təklif edir. Kostin onu da qeyd edib ki, həddi xarici valyutada olduğu kimi, 100 milyon rubl müəyyən etmək olar.

VTB rəhbəri əlavə edib ki, Mərkəzi Bank digər variantlarla yanaşı, rublun çıxarılmasına limit tətbiq etmək təklifini nəzərdən keçirir: “Mənə elə gəlir ki, bu, rublla bağlı vəziyyətin inkişafından asılı olacaq”.

Martın sonunda Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xarici banklara vəsait köçürməsinə qoyulan məhdudiyyətləri 2023-cü il sentyabrın 30-dək uzadıb. Məhdudiyyətlər nəzərdə tutur ki, Rusiya vətəndaşları və dost ölkələrdən rezident fiziki şəxslər hələ də bir ay ərzində istənilən xarici bank hesabına 1 milyon dollardan çox olmayan və ya başqa xarici valyuta ekvivalentində pul köçürə bilərlər. Rusiyada işləyənlərin Azərbaycana göndərdikləri məbləğlər bu qədər olmasa da,  onlara da limit tətbiqi gələ bilərmi? İki ölkə arasında sahibkarlara hansı təsirləri ola bilər...

Natiq Cəfərli:

 Natiq Cəfərli

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a dedi ki, Rusiyada istənilən valyutada məhdudiyyətlərin tətbiqi qaçılmazdır: “İndi ancaq avro, funt, dollar və sairə bu kimi Qərb valyutalarında müəyyən məhdudiyyətlər var. Amma yuanla, rupi ilə, hətta rublla da xaricdən pul köçürmələrdə müəyyən məhdudiyyətlər olacaq. Çünki Rusiya iqtisadiyyatı bunu diktə edir. Rusiya iqtisadiyyatında dalğalanmalar yenidən başlayıb. Yenidən sanksiyaların təsiri getdikcə artır. Son məlumatlara görə, Azərbaycana da köçürülən vəsaitlər iki dəfədən çox eyni müvafiq dövrdə, yəni bu ilin ilk yarısında iki dəfədən çox azalıb. Bu onu göstərir ki, Azərbaycana köçürülən vəsaitlərdə problem yaranacaq, azalmalar olacaq. Bu, tək məhdudiyyətlərlə bağlı deyil. Bu həm də onunla bağlıdır ki, rubl dəyərdən düşüb, az qala 1 dollar 100 rubl civarındadır. Azərbaycanlılar orada rublla pul qazanırlar. Onlar rublu yenidən valyutaya çevirib öz ailəsinə göndərməkdə problem yaşayırlar. Çünki gəlirləri azalır, xərcləri artır. Rusiyada da güclü inflyasiya var, qiymət artımı müşahidə olunur. Ona görə də Azərbaycan iqtisadiyyatına düşən böyük həcmdə təsiri yoxdur. Çünki bizim Rusiyadan asılılığımız şükür ki, çox azdır. Amma bəzi regionlarda yaşayan soydaşlarımız uzun illərdir ki, Rusiyadan gələn vəsait hesabına sosial-iqtisadi problemlərini edirdilər, bax bu, onların dolanışığına təsir göstərə bilər”.

Ekspert əlavə etdi ki, bu amil Azərbaycanda daşınmaz əmlak bazarına da mənfi təsir göstərə bilər: “Çünki Bakıda əsasən daşınmaz əmlak bazarında Rusiyadan gələn vəsait həmişə önəmli rol oynayırdı. Rusiyada qazanılan vəsaitlərin bir qismini soydaşlarımız Azərbaycanda daşınmaz əmlaka yatırırdı. Bazarda da getdikcə müəyyən durğunluq yarana bilər. Vəsait azaldıqca Rusiyadan gələn pulların Azərbaycanda daşınmaz əmlaka yatırılması məhdudlaşacaq”.  

Rusiyalı iqtisadçı və maliyyəçi Konstantin Tserazov isə bildirib ki, Rusiya Mərkəzi Bankının faiz artıracağı gözləntiləri, ixracatçılardan xarici valyuta təklifinin artması və daxili statistikada müsbət xəbərlər rublun bu həftənin əvvəlində möhkəmlənməsinə səbəb olub. Hər şey yaxşı getsə, yaxın həftələrdə dollar 90 rubla kimi ucuzlaşa bilər. Son günlər rəsmi qurumların hərəkətləri və ritorikası avqustun ortalarında baş verənlərə bərabərdir. Hər iki vaxtda dollar/rubl məzənnəsi 100-ə yaxın olub. Bu, onu göstərir ki, bu səviyyə qırmızı xətdir, son dərəcə arzuolunmaz hesab olunur", - deyə o düşünür.

“Marja” yazır ki, sentyabrın 15-də keçiriləcək növbəti iclasda Rusiya Mərkəzi Bankı uçot dərəcəsini yenidən 2 bənd artıraraq 14 faizə qaldıra bilər. Bu, rubl əmanətlərinin cəlbediciliyini artıra, kreditləşməni yavaşlada, idxal və xarici valyutaya tələbi azalda bilər. Qeyd edək ki, 15 avqustda Rusiya Mərkəzi Bankı növbədənkənar iclasında uçot dərəcəsini illik 8,5%-dən 12%-ə qaldırıb. İxracatçılardan xarici valyuta təklifinin artması (neftin dünya qiymətlərinin artması fonunda Brent və Urals arasında endirimin azalması) və Rusiya Mərkəzi Bankı tərəfindən xarici valyuta satışlarının müvəqqəti artması, habelə idxalçılar və möhtəkirlərin valyuta tələbinin azalması rublu dəstəkləyir. Tserazov əlavə edib ki, Rusiya büdcəsinin profisitə qaytarılması, həmçinin VTB-nin rəhbəri Andrey Kostinin “rublla xaricə vəsaitlərin köçürülməsinə mümkün limitlərin tətbiqi” barədə təklifi Rusiya valyutasına əlavə dəstək verir. “Rublun bahalaşmasının qalıcı olub-olmayacağı rəsmilərin rublu dəstəkləmək əzminindən asılıdır. Əgər Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırılmış səviyyədə saxlasa, ixracatçılar kifayət qədər xarici valyuta tədarükünü saxlasalar və kapitalın xaricə çıxışını məhdudlaşdırmaq üçün əlavə tədbirlər görülsə, o zaman yaxın aylarda rublun məzənnəsinin daha da sabitləşməsinin şahidi ola bilərik”, - iqtisadçı hesab edir. Onun sözlərinə görə, yaxın bir neçə həftə ərzində bir dolların 90 rubla çatması tamamilə mümkün görünür.

Abşeron dairəvi dəmir yolu xətti üzrə saat 07:50 qatarının hərəkəti bərpa olunur

Yol-xeber.az" xəbər verir ki,   “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin rəy və təkliflərini nəzərə alaraq yenilənmiş Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən sürət elektrik qatarlarının hərəkət cədvəllərində 15 sentyabr tarixindən etibarən dəyişikliklər edir.

8 sentyabr tarixində tətbiq edilmiş yeni qrafik üzrə ADY-də sərnişin axınına və Bakı şəhərində ictimai nəqliyyatda olan sıxlığa dair məlumatlar üzrə təhlillər aparılmış, sərnişinlərin müraciətləri diqqətə alınaraq cari hərəkət qrafikində müvafiq dəyişikliklər edilmişdir. Belə ki, Sumqayıtdan saat 07:50-də Pirşağı istiqamətində yola düşən qatarının hərəkətinin 15 sentyabr tarixindən etibarən bərpasına qərar verilmişdir. Sözügedən qatarın bərpası ilə əlaqədar olaraq hərəkət qrafikində bir sıra dəyişikliklər edilmişdir.

Yeni qrafikə əsasən Sumqayıtdan saat 06:35-də, Bakıdan isə saat 07:30-da Xırdalan istiqaməti ilə, Sumqayıtdan saat 08:15-də Pirşağı istiqaməti ilə yola düşən reyslər ləğv edilərək əvəzində Sumqayıtdan saat 07:50-də Pirşağı istiqaməti ilə yola düşüb Bakıya saat 08:42-də çatan qatarın hərəkəti bərpa edilir.

Ləğv edilən reyslərlə bağlı bildirilir ki, Sumqayıtdan saat 06:35-də yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər alternativ olaraq  Sumqayıtdan saat 06:20 və 06:45-də yola düşən qatarlarla  səfərlərini həyata keçirə biləcəklər.

Bakıdan saat 07:30-da yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər isə alternativ olaraq  Bakıdan saat 07:20-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər.

Yenilənmiş hərəkət cədvəlini www.ady.az ünvanından, Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlardan, elektrik qatarların monitorlarından, həmçinin sosial media hesablarımızdan əldə etmək mümkündür.

Bir daha qeyd edirik ki, ADY mütəmadi olaraq rəy və təkliflərin öyrənilməsi üçün sərnişinlər arasında sorğu keçirir, rəsmi hesablara, 18 22 Çağrı mərkəzinə daxil olan hər bir müraciət diqqətə alınaraq xüsusi araşdırılır. Bütün bunların nəticəsi olaraq xidmət səviyyəsinin yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində vaxtaşırı operativ addımlar atılır.

Cari ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 99,1%, 2022-ci ilin avqust ayına nisbətən 107,4% təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata əsasən, avqustda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binaları tikiləcək.

23, 24, 25, 26, 27 və 28 nömrəli binaların tikintisini “Hünər İnşaat” Firması həyata keçirəcək.

“MİDA” MMC layihə üçün şirkətə 20,932 mln manat ödəniş edəcək.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 2-3 sentyabr tarixlərinə əlavə qatar reysləri təyin edib.

Qurumun məlumatına görə, əlavə təyin edilən qatarlar hər şənbə, bazar günləri saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya çıxacaq, 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Sumqayıt-Bakı sərnişin qatarları üçün optimal hərəkət cədvəli hazırlanır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq ADY-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova məlumat verib.

O bildirib ki, hazırda hər iki istiqamət üzrə günorta reysləri dayandırılıb:

“Bakı-Pirşağı istiqamətində günorta reysləri dayandırılıb. Söhbət Bakı stansiyasından 13:30-da, Pirşağı stansiyasından isə 14:30-da çıxan qatarların fəaliyyətindən gedir. İnfrastrukturda aparılan işlərə görə texniki fasilə götürülüb. Artıq qarşıdan gələn yeni tədris ili ilə bağlı optimal hərəkət cədvəli hazırlanır. Təsdiq olunan kimi bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, son günlər “Azərbaycan Dəmir Yolları”ndan (ADY) istifadə edən sərnişinlər qatarda sərnişin sıxlığının artdığını iddia edirlər. Tədris ili başladıqdan sonra isə bu sıxlığın daha da artacağı istisna edilmir.

Naxçıvan Muxtar Respublikasında un kəskin ucuzlaşıb.

Buna səbəb muxtar respublikada un istehsalında yerli buğdanın istifadəsinin artırılmasıdır.

Bildirilir ki, “Gəmiqaya Taxıl Məhsulları” MMC-yə bu günədək 5266 ton buğda qəbul edilib. Yerli buğdadan un istehsalının artması isə daxili bazarda unun qiymətinin növbəti dəfə aşağı düşməsinə səbəb olub.

Müəssisədə istehsal olunan unun qiyməti 27 %-dən çox enib. Belə ki, 50 kiloqramlıq unun qiyməti 37 manatdan 27 manata düşüb. Qiymətlərin aşağı düşməsi yerli unun satışına da müsbət təsir göstərib.

Müəssisədən verilən məlumata görə, son 20 gün ərzində 270 tona yaxın un satılıb.

Qeyd edək ki, bu ilin iyul ayında da unun qiymətində endirim olmuşdu. Daxili bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğu nəzərə alınaraq iyulun 17-dən 300 qramlıq çörəyin topdansatış qiymətinin 36 qəpiyə, pərakəndə satış qiyməti isə 40 qəpiyə endirilmişdi.

Azərbaycanda balın qiyməti arta və bazarda saxta məhsullar yer ala bilər.

Bu barədə Ölkə.Az-a arıçılar məlumat verib. Gözlənilən qiymət artımını əlverişsiz hava şəraiti, yağıntıların çox düşməsi ilə əlaqələndirən arıçılar bazarda bal qıtlığı yaşanacağını deyir.
Təsərrüfat sahibləri belə olan halda pişxtaxtalarda saxta balların çoxalmasını da istisna etmir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov problemdən xəbərdar olduğunu deyib. O bildirib ki, hökumət bununla bağlı müvafiq tədbirlər görməlidir:

“Azərbaycanda bu il bal istehsalı baha başa gəlib. Balın maya dəyəri yüksəkdir. Təbii fəlakətlər - hava şəraitinin tez-tez dəyişməsi, leysan yağışların yağması, dolu düşməsi, regionlarda arıçılıqda kifayət qədər yemin olmaması ciddi problemlər yaradır. Fermerlərimiz arıların yerini dəfələrlə dəyişməli olublar.  Bu həm də yem qıtlığı ilə bağlı olub. Ona görə də məhsul az, qiyməti yüksəkdir. 
Bu məhsul bazara çıxarılacaqsa, əlbəttə, qiyməti yüksək olacaq.
Hökumət çalışmalıdır ki, bal satanlara şərait yaratsın ki, onlar da öz məhsullarını sata bilsinlər”. 

V.Məhərrəmov həmçinin əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta bal satanlarla bağlı ciddi tədbir görməlidir:

“AQTA buyursun, keyfiyyətə nəzarət etsin. Niyə Azərbaycan istehlakçısı bazardan baha qiymətə saxta bal almalıdır? Yəni bütün məhsulların keyfiyyəti yoxlanılmalıdır. Nə vaxta kimi bazarda saxta bal olacaq? Nə üçün digər ölkələrdə belə məsələlər olmur? Saxta bal istehsalçılarına qarşı çox ciddi tədbirlər görülməli, bunun qarşısı birdəfəlik alınmalıdır. Saxta məhsulu sıradan çıxarmaq üçün hazırkı qiyməti aşağı salmaq mümkün deyil. Belə işbaz istehsalçılara qarşı tədbir görülməlidir. Yarmarkaya gətirilən bütün ballar yoxlanılmalı və keyfiyyətlə bağlı sənəd verilməlidir. Eyni zamanda bu şəxslərin hansısa yollarla saxta keyfiyyət sənədi almasına və fəaliyyətlərini davam etdirməsinə də imkan verilməməlidir. Bu, hökumətin üzərinə düşən vəzifədir”.

Qiymət artımın hansı civarda olacağı ilə bağlı suala isə ekspert belə cavab verib:

“Ötən il balın bir kilosunun maya dəyəri 26 manat 50 qəpik idi. İndi ola bilsin, bu qiymət baha olsun.
Azərbaycanın regionları müxtəlif olduğu üçün bəzi regionlarda bal baha başa gəlir, bəzilərində ucuz. Söhbət keyfiyyətli baldan gedir. Onun maya dəyəri yemdən asılıdır. Əgər fermer məcbur qalıb arıları başqa rayonlara da aparırsa, onun xərcləri də artır. Belə olan halda onun istehsal etdiyi balın maya dəyəri də yüksək olur. Biz istehlakçılar bunu başa düşməliyik. Düzdür, istehsalçı çalışmalıdır məhsuldarlığı artırsın, maya dəyərini aşağı salsın, keyfiyyəti yaxşılaşdırsın, rəqabət qabiliyyətli olsun. Arıçıların da rəqabətədavamlı bal istehsal etməsi, yem bazasının möhkəmlənməsi üçün hökumət müəyyən işlər görməlidir. Mövcud problemlər barədə bizə arıçılardan çox sayda zənglər gəlir. Hazırda məhsulun maya dəyəri yüksək olduğu üçün qiyməti də onlar müəyyən edəcəklər. Dediyim kimi, regionlardan asılı olaraq maya dəyəri də müxtəlifdir. Elə region var ki, balın kilosunun maya dəyəri 26-27 manat, eləsi də var ki, 15 manatdır. Hansı regionda bu il bal az, maya dəyəri yüksək olubsa, həmin yerlərdə arıçılara subsidiya dəstəyi göstərilməlidir”.

Bu günədək Laçın rayonunda ümumi gücü 40,5 meqavat, illik enerji istehsalı potensialı 120 milyon kilovat/saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib.

Bu barədə “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Laçın rayonunda keçirilən “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Gələn ilin birinci rübündə artıq Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat/saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.

"Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda “Ağbulaq” Su Elektrik Stansiyasında artıq son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarında isə işlər başa çatdırılıb", - B.Rzayev qeyd edib.

Xəbər lenti